GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » QAPIMIZDAKI SƏFALƏT: Təkcə qidaya görə ötən illə müqayisədə 72 manat daha çox xərcləyirik

QAPIMIZDAKI SƏFALƏT: Təkcə qidaya görə ötən illə müqayisədə 72 manat daha çox xərcləyirik

Tarix: 29-11-2022, 15:25 Bölmə :Cəmiyyət Baxış: 194

Mərkəzi Bank bu ilin 3-cü rübünün sonuna pul-kredit siyasəti barədə icmalını yayımlayıb. İcmalda 9 ayın yekununda ölkənin makroiqtisadi durumu təhlil edilir. İlk diqqətçəkən məqam istehlak xərclərinin artması ilə bağlıdır. Bu il istehlak xərclərinin artım meyli davam edib. DSK-nın məlumatlarına görə, istehlak bazarında satılmış əmtəə və xidmətlərin dəyəri istər nominal, istərsə real olaraq ötən ilin eyni dövründəki səviyyəni üstələyib. İlk 9 ayda istehlakçılara toplam mal və xidmətlərin dəyəri 43 milyard manatdır. Başqa deyimlə, bir istehlakçı ortalama 475 manat xərcləyib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 72 manat artım deməkdir.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarətlə bağlı xərcləri də çoxalıb. Artım özəlliklə qida xərclərində özünü göstərir. Hazırda ölkədə qida inflyasiyasının 22 faizə çatması insanların qida xərclərini çoxaltmaqla yanaşı, toplam xərclər arasında qida xərclərinin payını da artırıb. İstehlak səbətinə daxil olan məhsulların 89 faizində son bir il ərzində bahalaşma qeydə alınıb. Məhsulların cəmi 11 faizinin həmin müddətdə qiyməti ya dəyişməyib, ya da nisbətən ucuzlaşıb. Mərkəzi Bankın hesablamasına görə, bu ilin yanvar-sentyabr aylarında hər bir istehlakçı pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 393 manat xərcləyib. Bu, ötən illə müqayisədə aylıq 56 manat artım deməkdir. Eyni zamanda, ərzaq inflyasiyasının toplam inflyasiya formalaşdırmaqdakı payı da 53 faizdən 60 faizə yüksəlib.

Marketlərə adambaşına ayda 221 manat xərclənir

Azərbaycanda aylıq adambaşına düşən qida xərcləri 221 manat, qeyri-qida məhsullarına çəkilən xərcsə 172 manat olub. Bu o deməkdir ki, əhalinin xərclərinin 56.3 faizi qida məhsullarına sərf edilib. Ötən il bu rəqəm 54 faiz idi. Deməli, son dövrlər qida məhsullarının bahalaşması xərclərin daha böyük bölümünün qidaya sərf edilməsinə səbəb olub. Belə xərclərin insanların toplam xərclərində hansı yeri tutması həm də rifah göstəricisi sayılır. Məsələn, inkişaf etmiş ölkələrin bir çoxunda qida məhsullarına sərf edilən vəsait toplam xərclərin 10-15 faizini ötmür, axı insanlar sosial yaşamlarına, dincəliş və əyləncələrinə, təhsil və səhiyyə ehtiyaclarına da pul xərcləyə bilərlər.

Azərbaycanda toplam xərclər arasında qida məhsullarının bu qədər böyük yer tutması əslində gəlirlərin ancaq əhalinin qida xərclərinə yetməsinin göstəricisi sayıla bilər. Son bir il ərzində ölkədə qida xərcləri toplam xərclərdə artsa da, geyim xərclərinin payı, əksinə, azalıb. Ötən ilin ilk 9 ayında əhalinin xərclərinin 15 faizi geyim və ayaqqabının payına düşmüşdü. Bu il həmin rəqəm 13.5 faizə enib.

Mərkəzi Bankın icmalında istehlakçılar arasında keçirilən sorğuya dair də bəzi bilgilər açıqlanır. Aydın olur ki, əhalinin 80 faizi qarşıdakı 12 ayda da bahalaşmanın davam edəcəyini düşünür.

Valyuta bazarı böyüyüb

Açıqlanan rəqəmlərdən bu il ölkədə valyuta bazarının həcm baxımından böyüyəcəyi də aydınlaşır. Nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış bank əməliyyatlarının həcmi ötən ilin eyni dövrüylə müqayisədə 47 faiz artıb. İlk 9 ayda belə əməliyyatların toplam həcmi 3 milyard 900 milyon dollar olub. Ölkədəki xarici valyuta alqı-satqısının 87.2 faizi ABŞ dollarının payına düşüb. Xarici valyuta alqı-satqısı ilə bağlı rəqəmlərdən aydın olur ki, ilin ilk 3 ayında bankların dollar satışı alışı üstələyib. Aprel ayından bəri isə bunun tam tərsi baş verib. Əhali xarici valyutanı daha çox satmağa başlayıb.

Mərkəzi Bank bu ilin ilk 9 ayında toplam 74 valyuta hərracı keçirib. Belə hərraclarda banklar toplam 3 milyard 858 milyon dollar xarici valyuta əldə edib. Həmin dövrdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi isə alışyönümlü olub və bazardan toplam 835 milyon dollar alış gerçəkləşdirilib. Kommersiya banklarının ilboyu ortalama günlük alış məzənnəsi (1 ABŞ dollarıyla müqayisədə) 1.6972 manat, satış məzənnəsi isə 1.7023 manat olub.

Bu il Azərbaycanda dövriyyədəki nağd pulun həcmi 11 faiz artıb. Dövriyyədəki nağd pul deyərkən, banklardakı və bank sistemindən kənardakı vəsaitlərin cəmi nəzərdə tutulur. Əhalinin ilboyu banklarda saxladığı əmanət həcmində də artım qeydə alınıb. Bu artım, əsasən, “tələb olunanadək” depozitlərin, başqa sözlə, əhalinin bank hesablarında saxladığı vəsaitin hesabına baş verib.

Depozitlərin strukturunda dollarlaşma səviyyəsi nisbətən azalıb. İlboyu xarici valyutadakı depozitlər 15.6 faiz artıb. Di gəl, manatla olan depozitlər daha surətlə artdığından xarici valyutadakı əmanətlərin toplam əmanətlərdə payı 45 faiz olub. Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 9 ayın sonuna 53.2 faiz civarındadır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 39.2 faiz olub. Ev təsərrüfatı əmanətlərinin dollarlaşması 9 ayda 4.7 bənd azalaraq dövrün sonuna 35.9 faizə enib. Bu göstərici əvvəlki illərlə müqayisədə azalsa da, əmanətlərin dollarlaşması region ölkələriylə müqayisədə daha yüksək qalmaqdadır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib – 9,6 milyard manat

    Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox ...

    2-01-2019, 14:41

  • 
  • Manat “tarazlaşdı”, bəs qiymətlər niyə sabitləşmir?

    Manat “tarazlaşdı”, bəs qiymətlər niyə ...

    29-03-2017, 14:31

  • 
  • Neftdənkənar ixracat 30 milyon dollar azalıb

    Neftdənkənar ixracat 30 milyon dollar azalıb ...

    16-02-2017, 22:09

  • 
  • Ərzaq məhsulları sürətlə bahalaşır

    Ərzaq məhsulları sürətlə bahalaşır ...

    14-12-2016, 22:13

  • 
  • Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi sahədir

    Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi ...

    5-12-2016, 12:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (446)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu