GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qərəzli Makron və təxribatçı parlament – Cənubi Qafqazda oyundankənar qalan Fransa - ŞƏRH

Qərəzli Makron və təxribatçı parlament – Cənubi Qafqazda oyundankənar qalan Fransa - ŞƏRH

Tarix: 2-12-2022, 16:02 Bölmə :Cəmiyyət Baxış: 245

Dövlət başçıları, parlament üzvləri, siyasətçilər həm də ölkələrinin nüfuzunun beynəlxalq aləmdə artmasına xidmət edirlər. İlk növbədə bu inam və etibarın artması, qorunmasına şamil olunur. Bu baş verməzsə, həmin dövlətin vətəndaşları ilə ticarət əlaqələrinin qurulmasında da problem yaranar. Çünki həmin dövlət başçısına, deputatlara təmsilçilik səlahiyyətini seçicilər verir.

Bu məntiqlə Fransadan olan iş adamları da etibarsız sayıla bilər. Onlar həm seçici, həm də vergi ödəyicisidir. Həmin şəxslərin səsverməsi nəticəsində seçilən Prezident və formalaşan parlament bir çox baxımdan onların da etibarlılığına təsir göstərir.

Fransa hakimiyyəti və parlamenti Azərbaycan torpaqları işğal altında olanda ermənilərə yardım etməklə məşğul idi. ATƏT-in keçmiş Minsk qrupunun üzvü və beynəlxalq vasitəçi, həmsədr olaraq o, işğala qarşı bir cümləlik bəyanat belə verməmişdi. Torpaqların işğaldan azad edilməsi ilə bağlı keçirilən anti-həmlə əməliyyatı zamanı isə Ermənistanın hərtərəfli dəstəkləyir, yardım göstərirdi. Hətta, Fransa rəsmiləri və KİV-i dünya mediası arasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına liderlik edib.

Ötən gün bu ölkə parlamentinin Aşağı palatası (Milli Assambleya) Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran qətnaməyə səs verib. Palatanın 256 üzvü bu sənədin lehinə səs verib.

Qeyd edək ki, Fransa parlamenti iki palatadan Senat (Yuxarı Palata) və Milli Assambleyadan (Aşağı Palata) ibarətidir. Senatın isə 348 üzvü var. Bundan əvvəl oxşar addımı Yuxarı palata atmışdı.

Bütövlükdə parlamentin qəbul etdiyi qətnamələr məntiqsizdir. Çünki Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində heç bir əməli addım atılmayıb. Ən başlıcası, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyən olunmayıb, sülh müqaviləsi imzalanmayıb. Belə olan şəraitdə Fransa parlamenti hansı torpaqların azad olunmasından bəhs edir?

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində tərəfsiz sənəd qəbul olunsa idi, daha mütərəqqi sayılardı. Ancaq Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı Fransa parlamenti bir addım atmadığı halda Azərbaycana qarşı qətnamələri məsələyə qərəzli yanaşmaya örnəkdir.

Aşağı palata Ermənistanın “müdafiə qabiliyyətinin yüksəldilməsi”ni də Fransa hökumətinə təklif edib. Qətnaməyə Azərbaycanın ərazi bütövlüyünə qarşı da müddəa daxil olunub.

Fransa Xarici işlər Nazirliyinin nümayəndəsi parlamentarilərin səhvlərini hakimiyyət bölgüsünün üzərinə yıxıb. Ancaq bu qətnamələrdən bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron Azərbaycana qarşı çıxış edərək, Ermənistanın yanında olduqlarını bildirmişdi: “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir...Biz erməniləri tək qoymacağıq”.

Azərbaycana qarşı sanskiya ilə bağlı çağırışın arxasında da Makronun məlum açıqlamasının durduğu istisna deyil: “Fransa Azərbaycandan qaz alımır”.

Deməli, alsa idi məsələ başqa cür olar bilərdi...

Bu baxımdan nazirliyin açıqlaması bütövlükdə Fransa hakimiyyətinin ermənilərə olan tərəfli münasibətini gizlətməyə uğursuz cəhddir.

Qeyd edək ki, XİN sözçüsü parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi olmadığını və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edildiyini bildirmişdi.

Azərbaycanın Xarici İşlər Nazirliyi Milli Assambleyanın qətnaməsini Fransanın Azərbaycana qarşı növbəti təxribatı adlandırıb.

Qərəzli münasibət tutan Fransa hakimiyyəti, Emmanuel Makron Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi olmaq və iki ölkənin liderlərinin görüşündə iştirak etmək istəyir. Axı bu cür vasitəçilik olmur. Belə bir görüş baş tutsa onda Azərbaycan iki erməni mövqeyi ilə müzakirə aparmalı olacaq.

Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 7-də Azərbaycan Prezdenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının sədri Mişel Şarl və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə görüşməyə hazır olduğunu bildirib. Fransa Prezidenti bu görüşdə hansı rolda çıxış edəcək? O artıq mövqeyini açıqlayıb.Rəsmi Bakı danışıqlarda Makronun iştirakına razılıq verməyib. Bu isə perspektivdə Fransanın Cənubi Qafqazda fəaliyyətinə mənfi təsir göstərə bilər.

Makron Ermənistanın yanında olduqlarını açıqlamaqla tərəflər arasında vasitəçilik haqqını çoxdan itirib. Assambleya və senatın qəbul etdikləri qətnamələr isə Fransada Ali icraedici orqanla qanunverici qurumların Ermənistanın qərəzli və pozuculuq fəaliyyətini dəstəklədiklərini isbatlayır. Bu həm də Fransa XİN-in “hakimiyyət bölgüsü prinsipi” bəhanəsinin də uğursuzluğunu təsdiqləyir.

Parlamentin hər iki palatası, Prezidenti Ermənistansevər mövqeyi ilə Fransa nümayəndəsinin Azərbaycan-Ermənistan danışıqlarına vasitəçilik etmək arzusunu gözündə qoyur. İndiki şəraitdə rəsmi Parisin görüşlərə istənilən sifətdə qatılması Cənubi Qafqazda, Azərbaycanla Ermənistan arasında gərginliyin artmasına xidmət edər. Ona görə də yersiz, əsassız açıqlamalar, qıcıqlandırıcı, qərəzli mövqe Fransanı regionda oyundankənar vəziyyətə salır...


Sədrədddin İsmayılov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Parlament diplomatiyası Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər"

    "Parlament diplomatiyası Qarabağ ...

    10-03-2017, 21:33

  • 
  • Fransa parlament seçkiləri: İkinci dövrədə seçici fəallığı kəskin düşüb

    Fransa parlament seçkiləri: İkinci dövrədə seçici ...

    18-06-2017, 19:38

  • 
  • Elmar Məmmədyarov: Minsk qrupunun həmsədrləri Ermənistana təzyiq göstərməlidirlər

    Elmar Məmmədyarov: Minsk qrupunun həmsədrləri ...

    9-02-2018, 14:41

  • 
  • Azərbaycan Fransaya etiraz notası təqdim edəcək

    Azərbaycan Fransaya etiraz notası təqdim edəcək ...

    5-04-2018, 12:24

  • 
  • “Niyə ATƏT sual vermir ki, 14 görüşlə prezident seçmək olar?”

    “Niyə ATƏT sual vermir ki, 14 görüşlə prezident ...

    10-10-2013, 21:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (446)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu