GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan-Türkiyə birgə təlimi: hikkəli və kinli Tehrana mühüm ismarış - ŞƏRH

Azərbaycan-Türkiyə birgə təlimi: hikkəli və kinli Tehrana mühüm ismarış - ŞƏRH

Tarix: 5-12-2022, 18:37 Bölmə :Cəmiyyət Baxış: 256


Bir müddətdir dünyada qlobal səviyyədə gərginlik mövcuddur. Proseslər inqilabi dəyişikliklərin baş verəcəyini göstərir. Bu fonda dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyinin qorunub-saxlanılması qarşıda duran vacib məsələlərdən birincisidir. Belə bir vəziyyətdə Azərbaycanla Türkiyənin hərbi də daxil olmaqla bütün sahələrdə əməkdaşlığı genişlənir və güclənir. Dekabrın 5-də Azərbaycanla Türkiyə arasında keçirilən daha bir hərbi təlim buna örnək ola bilər.

Məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. Bu təlimlər İranda baş verən etiraz aksiyaları və Tehran hakimiyyətinin Azərbaycanla Türkiyə sərhədlərinə qoşun və hərbi texnika cəmləşdirməsi fonunda daha aktual sayılır.

Bu arada oxucuların diqqətinə çatdıraq ki, bir neçə gün öncə İranın 14 vətəndaşı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə keçib. Onların Azərbaycan ərazilərində separatçıların tör-töküntülərinə terror təlimi keçəcəyi bildirilib. Belə qənaətə gəlmək olar ki, İran hakimiyyəti ermənilərdən alət olaraq istifadə etməklə Azərbaycan daxilində təxribat və ya diversiya hazırlayır. Başqa sözlə, Tehran rejimi Azərbaycanda yaratmaq istədiyi 5-ci kolon vasitəsi ilə iğtişaşlar törətməyə nail ola bilmədiyindən, tərəfdarlarının şəbəkəsi ifşa olunduğundan, terrora və ya hərbi müdaxiləyə əl atır.

Qeyd edək ki, noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında keçirilən hərbi təlimlərə toxunaraq demişdi: “Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil edilib. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar". Prezident həmin çıxışında beynəlxaq hüququn işləmədiyini və ya selektiv qaydada işlədiyini qeyd edərək güclü ordu, yaxşı müttəfiqin vacibliyini də vuruğulamışdı.

Bu baxımdan Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin əsas müttəfiqidir.

İki ölkənin hərbi sahədə əməkdaşlığı Şuşa Bəyannaməsində də təsbit olunub. Həmin sənədin müvafiq bölməsində bildirilib ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

İran hakimiyyəti hazırkı şəraitdə Ermənistan üzərindən Azərbaycana qarşı hibrid müharibəsi aparmağa çalışır. Tehranla İrəvan arasında əlaqələrin genişlənməsi, İranın Ermənistanı özünə “qırmızı xətt” elan etməsi, 14 terrorçunun erməniləri təlimatlandırmağa göndərilməsi, sərhədlərdə manevrlər bunu təsdiqləyir. Bu azmış kimi, İran rəsmiləri Azərbaycanı şantaj edir, terrorçulara yardım etməkdə ittiham edir. İran Məsləhət Şurasının katibi Möhsün Rzayinin Xuzistanın İze şəhərində terrorçuluqda şübhəli bilinənlərin guya “Bakı ilə sərhəddə saxlanıldığına” dair açıqlaması da buna nümunədir.

Azərbaycanın adının təhrif edilməsi də İran hakimiyyətinin, qonşu dövlətə dost olmayan münasibətinin göstəricisi sayıla bilər. Tehran rejimi qonşulara, xüsusi ilə Azərbaycan və Türkiyəyə qarşı tez-tez terrorçulardan, eləcə də ermənilərdən, ASALA-dan və PKK-dan istifadə edib. Məşhur ASALA terrorçusu Monte Melkumyanın İranın xüsusi xidmət orqanları ilə əlaqəsi, 1993-cü ildə Qubadlının işğalından əvvəl onlar arasında görüş olması da buna sübutdur. Bu, Tehranın Azərbaycana qarşı terrorçularla əlaqəsinə dair məlum faktlardandır.

Yaxud, İran hakimiyyəti Azərbaycanın dövlət sərhədlərini pozmaqla öz gücünü göstərməyə çalışıb. “Türk şahinləri”nin Bakı səmasında görünməsi panfarsçı rejimin pis niyyətinə cavab olub. Təəssüf ki, İran hakimiyyəti hələ də regionda, Cənubi Qafqazda pozuculuq fəaliyyəti göstərmək cəhdlərini davam etdirir. İmkan daxilində sadaladığmız belə hallara əsasən, birgə hərbi təlimi İrandakı rejimə xəbərdarlıq kimi də saymaq olar.

Türkiyə ilə Azərbaycan hərbçilərinin bu gün başlayan təlimləri İran hakimiyyətinin Azərbaycana qarşı terror fəaliyyəti və hərbi hədə-qorxusuna cavab sayıla bilər. Bu təlim dosta dost, düşmənə düşmən ismarışıdır. 30 ildə qazandığı təcrübə, tarixi hadisələr Azərbaycana dostunu da, düşmənini də tanımağa imkan verib. Azərbaycan bu gün dostu, müttəfiqi, soydaşı olan Türkiyə ilə düşmənin hikkəsi, kini və pis niyyəti qarşısında birliyini, regionun təhlükəsizliyinin vacibliyini göstərir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Türkiyə birgə geniş hərbi təlimlər keçirəcək

    Azərbaycan və Türkiyə birgə geniş hərbi təlimlər ...

    27-07-2020, 19:17

  • 
  • Türkiyənin hərbi rəhbərləri Azərbaycana səfərə gəlir

    Türkiyənin hərbi rəhbərləri Azərbaycana səfərə ...

    12-08-2020, 15:52

  • 
  • Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirir

    Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi ...

    5-06-2017, 16:34

  • 
  • Qarsda birgə hərbi təlim başlayıb

    Qarsda birgə hərbi təlim başlayıb ...

    3-06-2016, 02:20

  • 
  • Türkiyə Fars körfəzində hərbi baza yaradır

    Türkiyə Fars körfəzində hərbi baza yaradır ...

    17-12-2015, 00:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu