Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cinayət yolu ilə əldə edilmiş əmlakla bağlı qanun qəbul ediləcək
Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının aşkarlanması və qarşısının alınması ilə bağlı qanun qəbul ediləcək.
Bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsidir.
Layihə FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında hazırlanıb.
Bu qanun layihəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir. Qanun layihəsinin ümumi müddəalarında əsas anlayışların mənaları, bu qanunun Azərbaycan Respublikasının yurisdiksiyasında və ondan kənarda həyata keçirilməsi qaydaları, habelə bu qanunun tələblərinin qeyri-maliyyə institutları və peşə sahiblərinə tətbiq olunma halları müəyyən edilir.
Qanun layihəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlərin aşağıdakı istiqamətləri müəyyən edilir:
1. Müştəri uyğunluğu tədbirləri;
2. Üçüncü şəxslərə güvənmə;
3. Məlumat və sənədlərin saxlanılması öhdəliyi;
4. Siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlar;
5. Yeni texnologiyalar;
6. Yüksək riskli zonalar;
7. Daxili nəzarət proqramı.
Qanun layihəsinə uyğun olaraq öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər aşağıdakı monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edir:
1. Minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin nağd və ya elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər;
2. Qanun layihəsinin 11.2-ci maddəsində nəzərdə tutulan hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər;
3. Məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından asılı olmayaraq bu Qanun layihəsinin 11.3-cü maddəsində nəzərdə tutulan əməliyyatlar barədə məlumat və sənədlər.
Öhdəlik daşıyan şəxslərin, habelə auditor xidməti göstərən şəxslərin yuxarıda qeyd edilənlərin maliyyə monitorinqi orqanına təqdim etməsi ilə bağlı prosedur qaydalar da bu Qanun layihəsinin 11-ci maddəsi ilə tənzimlənir.
Qanun layihəsinin 4-cü fəslində maliyyə monitorinqi orqanının səlahiyyətləri, nəzarət orqanları və nəzarət tədbirləri, 5-ci fəslində ölkədaxili və beynəlxalq əməkdaşlıq, 6-ci fəslində isə yekun müddəalar müəyyən edilir.
Yekun müddəalarda məsuliyyətdən azadolma, qanunun pozulmasına görə məsuliyyət və keçid müddəalar müəyyən edilir.
Keçid müddəalara əsasən minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlərin maliyyə institutları tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilməsi barədə tələbi müəyyən edən müddəanın (maddə 11.1.2.) həmin əməliyyatlara dair maliyyə monitorinqi orqanı tərəfindən məbləğin minimum həddi müəyyənləşdirildikdən 6 ay sonra qüvvəyə minməsi nəzərdə tutulur.
Qeyd edilən müddəa istisna olmaqla, bu Qanun layihəsinin digər maddələrinin isə 2023-cü il fevralın 1-dən qüvvəyə minməsi təklif edilir.
Gundemxeber.az
17-10-2018, 21:58
26-05-2018, 10:16
25-11-2016, 13:07
20-11-2015, 01:21
25-05-2018, 17:43
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?