GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bəxtiyar Hacıyevə iki maddə üzrə cinayət işi açılıb

Bəxtiyar Hacıyevə iki maddə üzrə cinayət işi açılıb

Tarix: 9-12-2022, 17:10 Bölmə :Cəmiyyət Baxış: 313

İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi başlanılıb.

Bu barədə Amerikanın Səsinə Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, dekabrın 9-da məhkəməyə göndərilib.

Bir müddət əvvəl vəkil Aqil Layic Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilmək üçün Bakı şəhər Xətai rayon Məhkəməsinə aparıldığını deyib. Onun sözlərinə görə, cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi qaldırıb və o, jurnalist Ülviyyə Alovlunun şikayəti ilə bağlıdır.

Hüquq müdafiəçisi Rüfət Səfərov isə Amerikanın Səsinə bildirib ki, jurnalistlər, ictimai-siyasi fəallar, vətəndaş cəmiyyətinin nümayəndələri məhkəmə binasının qarşısına buraxılmayıb.Bu məsələ ilə bağlı Xətai rayon məhkəmsindən şərh almaq mümkün olmayıb.

Ötən ilin oktyabrında məhkəmədə Bəxtiyar Hacıyev ilə jurnalist Ülviyyə Alovlu arasında insident yaşanıb.

Ülviyyə Alovlu Bəxtiyar Hacıyevin ona fiziki təzyiq etdiyini iddia edib. Bəxtiyar Hacıyev isə, öz növbəsində, bu halın yaşanmadığını və sadəcə təhqir qarşısında kağızları masaya çırpdığını deyib.

Ülviyyə Alovlu Bəxtiyar Hacıyevi Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib. Amma Ülviyyə Alovlunun verdiyi şikayət sübuta yetirilmədiyi üçün iddiaya xitam verildiyi açıqlanıb.

Onlar bir-birilərindən şikayətçidirlər.

Bu il iyulun 5-də Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyev barəsində protokol tərtib edərək araşdırılıması üçün Ədliyyə Naziliynin İstintaq İdarəsinə göndərib. Bu barədə Bəxtiyar Hacıyev Amerikanın Səsinə deyib.

Belə ki, Bəxtiyar Hacıyev sosial şəbəkələrdə Ülviyyə Alovlu adlı şəxsin onu təhqir etdiyini hesab edərək, xüsusi ittiham qaydasında Yasamal rayon Məhkəməsinə müraciət edib. Bu ilin aprelində Yasamal rayon Məhkəməsi Hacıyevin iddiasını təmin etməyib. Hacıyev Yasamal rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsi verib. İyulun 5-də Bakı Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib.

“Qərar elan olunanda hakimlərə dedim ki, “əgər təhqir yoxdursa, orada yazılanlar ailə üzvlərinizə aiddir”. Bunu hakimlərə hörmətsizlik kimi qəbul etdilər və barəmdə protokol tərtib edilərək araşdırılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib ki, məni məsuliyyətə cəlb etsinlər,” o qeyd edib.

Bu məhkəmənin qərarı ilə bağlı Ülviyyə Alovlunun mövqeyini öyrənmək mükün olmayıb. Amma Ülviyyə Alovlu Yasamal rayon Məhkəməsinin qərarına sosial mediada münasibət bildirib.

“Bloger Bəxtiyarın mənə qarşı əsassız ittihamı ilə başladılan məhkəmə işi mənim - hüququ beş barmağı kimi bilən möhtərəm vəkilim Fuad Kərimovun sayəsində başa çatdı. Yəni o savadlı bildiyiniz bloger mənə məhkəmədə uduzdu,” o, Facebook hesabında yazıb.

İctimai fəal Bəxtiyar Hacıyev bu il avqustun 23-də Azərbaycan vətəndaşlığından çıxmaq üçün Prezident Administrasiyasına ərizə təqdim edib. O, bu addımı ölkədə həyatına hədə-qorxunun artması ilə izah edib.

Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs edilib. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. İctimai fəal son zamanlar hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.



Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azad Həsənova qarşı cinayət işi qaldırılıb

    Azad Həsənova qarşı cinayət işi qaldırılıb ...

    13-10-2018, 13:07

  • 
  • Hüquq müdafiəçisi barəsindəki cinayət işi bağlanıb

    Hüquq müdafiəçisi barəsindəki cinayət işi bağlanıb ...

    24-10-2016, 23:27

  • 
  • Bəxtiyar Hacıyev deputat Fazil Mustafanın şikayəti əsasında polisə dəvət edilib

    Bəxtiyar Hacıyev deputat Fazil Mustafanın ...

    22-06-2020, 19:29

  • 
  • Bəxtiyar Hacıyev polis bölməsinə aparıldı

    Bəxtiyar Hacıyev polis bölməsinə aparıldı ...

    31-07-2013, 17:56

  • 
  • Cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

    Cinayət işi baxılması üçün məhkəməyə ...

    7-02-2015, 22:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu