”Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevun barəsində 4 il əvvəl başlanmış cinayət işinə xitam verilib.
Bu barədə AzadlıqRadisou-na hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib.
Onun sözlərinə görə, Oqtay Gülalıyevin Sabirabad polis idarəsinə çağrılması müsbət sonluqla nəticənib:
“Oqtaya bildiriblər ki, onun barəsində 4 il əvvəl qaldırılmış cinayət işinə xətm verilib və ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb”.
Oqtay Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabadın Minbaşı kəndində saxlanılmışdı və inzibati qaydada 12 sutkalıq həbs cəzası almışdı. Aprelin 19-da ona qarşı CM-in 220.2 (kütləvi iğtişaş) maddəsilə cinayət işi açılmışdı.
Sabirabad Rayon Məhkəməsi Oqtay Gülalıyevun barəsində 2 ay həbs qətimkan tədbiri seçmiş və o, Bakıyaİstintaq Təcridxanasına göndərilmişdi. 2012-ci il iyunun 13-də Sabirabad Rayon Məhkəməsi həbs qətimkan tədbirinin ləğv olunması və onun məhkəmə zalından azadlığa buraxılması barədə qərar vermişdi.
Sorğu
Yeni dizaynımız necədir?