GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mingəçevir küçələrində budcə vəsaitinə belə “işıq salınır”: "Azman LTD" MMC ilə əməkdaşlığın qaranlıq tərəfi 

Mingəçevir küçələrində budcə vəsaitinə belə “işıq salınır”: "Azman LTD" MMC ilə əməkdaşlığın qaranlıq tərəfi 

Tarix: 14-12-2022, 09:42 Bölmə :Cəmiyyət Baxış: 216



Mingəçevir Şəhər İşıqlanma İdarəsi "Azman LTD" MMC ilə 58444 manatlıq müqavilə bağlayıb  


Dövlət satınalmaları ilə bağlı yumşaq desək anlaşılmaz mənzərə hələ də aktuallığını qorumaqdadır. Baxmayaraq ki, az qala hər gün mediada bu mövzuda araşdırılması zəruri olan faktlarla zəngin yazılar tirajlanır. Amma, bu istiqamətdə durum dəyişmir ki, dəyişmir...  Hələ də dövlətin pulunu “babasından qalma xəzinə” bilib, istədiyi kimi, istədiyi tərəflərlə pay-püş edənlər var.

Baxmayaraq ki, cənab prezident də vaxtaşırı büdcə vəsaitinə qənaət edilməsinin vacibliyini bildirir. Bu istiqamətdə irad və tövsiyələrini səsləndirir, məsul şəxslərə xəbərdarlıqlar da edir...   

Azərbaycan Respublikasının Hesablama Palatası da vaxtaşırı olaraq dövlət satınalmaları ilə bağlı korrupsiya faktları ilə zəngin araşdırmalar yayır.  

Hətta bir müddət əvvəl Vüqar Gülməmmədov mediaya açıqlamasında rəhbərlik etdiyi qurumun apardığı nəzarət tədbirlərində dövlət satınalmalarında üç əsas məsələyə diqqət etdiyini bildirmişdi: “Bunlar dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməsi, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməsi, qalib təşkilatla bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməsi məsələsidir. Bizim fikrimizcə, dövlət satınalmasının keçirilməsində məqsəd bundan ibarət olmalıdır və nəzarət də bunun üzərində qurulmalıdır. Hesab edirik ki, bu məsələlərdə yol verilmiş pozuntular satınalmaların etibarsız olması ilə bağlı dəlillərdir. Həmçinin, dövlət satınalmaları ilə bağlı qeyd etdiyim 3 əsas məsələdə fəaliyyətin gücləndirilməsinə hələ də ehtiyac duyulduğunu vurğulamaq istərdim. Bu sahədə müşahidə edilən mühüm müsbət meylləri, o cümlədən büdcə vəsaitinin dövlət satınalmalarına cəlb olunmasının əhatəsinin və rəqabətli satınalma metodlarına üstünlük verilməsi hallarının artdığını, satınalmalarda ehtimal olunan qiymətlə orta bazar qiymətləri arasındakı fərqin azaldığını, ölkədə e-satınalma modelinin tətbiq edilməsi ilə keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edildiyini, dövlət satınalmalarında qalib təşkilatların vergi öhdəliklərinə nəzarətin artırıldığını da qeyd etməliyəm”.

Palata sədrinin sözlərinə görə, dövlət satınalmalarında korrupsiya ehtimalını yaradan iki əsas nöqsan halı var ki, bunlar da qiymətin bilərəkdən baha olması və satınalmalarda maraq ziddiyyətidir: “Audit və ya təftiş aparmaqla, sadaladığım bu ciddi pozuntunu sübut etmək çox çətindir və demək olar ki, mümkün deyil. Bu cür halları hüquq-mühafizə orqanları çox uğurla müəyyən edir və nəticələr də göz qabağındadır”.

                     Mingəçevir şəhərinin küçələri belə işıqlanır

Dövlət satınalmaları ilə bağlı daha bir ilginc məlumat Mingəçevir Şəhər İşıqlanma İdarəsi ilə bağlıdır. Məlumata görə Mingəçevir Şəhər İşıqlanma İdarəsi mal-materiallar və ehtiyat hissələrinin alınması məqsədi ilə "Azman LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.   

Mingəçevir Şəhər İşıqlanma İdarəsinin 02.12.2022-ci il tarixdə start götürən tender müsabiqəsinə dörd gün sonra - 05.12.2022-ci il tarixdə yekun vurulub... Müsabiqənin qalibi "Azman LTD" MMC olub. Bu müqavilə ilə "Azman LTD" Mingəçevir Şəhər İşıqlanma İdarəsini mal-materiallar və ehtiyat hissələri ilə təmin etmək qarışılığında 58444 manat alacaq.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Mingəçevir Şəhər İşıqlanma İdarəsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də alınacaq mallar barədə məlumat verilmədən(?) Mingəçevir Şəhər İşıqlanma İdarəsi "Azman LTD" MMC ilə  58444 manatlıq müqavilə bağlayıb!

Mingəçevir Şəhər İşıqlanma İdarəsi həm də əməkdaşlığın təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, gerçəkləşdiriləcək əməkdaşlıqla bağlı heç bir məlumat yoxdur(?)  Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək Mingəçevir Şəhər İşıqlanma İdarəsinin də, vəzifə borclarından biridir...

 Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 58444 manatından gedir...

           ***

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: Mingəçevir Şəhər İşıqlanma İdarəsi nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Hansı işlərin görüləcəyi haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə nəzərdə tutulan əməkdaşlığın detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.

Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə hər iki tərəflə əlaqə yaratmağa çalışdıq.

Bu ayın 5 -də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılova elektron sorğu ünvanladıq. Bu sorğunun eynisini Mingəçevir Şəhər İşıqlanma İdarəsinin rəisi hörmətli Azərin İsmayılova da göndərdik... Dörd gün sonra Mingəçevir Şəhər İcra Hakimiyyətindən anlaşılmaz cavab aldıq: sorğumuzdakı suallara toxunmadan, qısaca olaraq, əgər buna cavab demək mümkünsə:

 

Müraciətinizə cavab olaraq bildiririk ki, şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan  müəssisə və təşkilatlar Dövlət Satınalmaları haqqında qanuna uyğun olaraq ona ayrılmış vəsaiti elektron satınalmalar vasitəsi ilə açıq tender və ya digər prosedurlar üzrə həyata keçirir. Bütün bu prosedurlara Azərbaycan Respublikasının İqtisadiyyat  Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət  Dövlət Xidməti tərəfindən nəzarət edilir.

Sizi maraqlandıran suallarla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat  Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət  Dövlət Xidmətinə müraciət edə bilərsiniz.   

Mingəçevir Şəhər İşıqlanma İdarəsinin rəisi Azərin müəllim isə elə həmən gün cavab yazacaqlarını desə də, bugünüədək heç bir xəbər yoxdur(?)

Digər tərəf - "Azman LTD" MMC ilə isə heç bir əlaqə yaratmaq mümkün olmadı. Heç də az olmayan dövlət vəsaitinə iddialı bir şirkətlə bağlı internet üzərindən hansısa bir məlumata rast ola bilmədik../yenixeber.org

Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Sabunçu Tibb Mərkəzi" çirkab suları belə təmizləyir:dövlətin puluna xəsislik etmədən...

    "Sabunçu Tibb Mərkəzi" çirkab suları ...

    24-10-2022, 18:36

  • 
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender müəmması-FOTOFAKT

    Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender ...

    3-10-2022, 15:29

  • 
  • Mingəçevir Dövlət Universiteti belə təmir edilir-NONSES

    Mingəçevir Dövlət Universiteti belə təmir ...

    22-02-2021, 16:12

  • 
  • Sevindik Hətəmovun lampalara 47872 manat xərcləməsi...-Niyə çıxmır qaranlıqlar aydınlığa?

    Sevindik Hətəmovun lampalara 47872 manat ...

    17-12-2020, 11:47

  • 
  • Mingəçevir Tibb Kolleci büdcə vəsaitini belə xərcləyir-“Melorasiya-F” MMC ilə müəmma dolu əməkdaşlıq/DE-FAKTO

    Mingəçevir Tibb Kolleci büdcə vəsaitini belə ...

    27-08-2021, 17:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (351)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu