İranın mərkəzi Kərəc şəhərində həbsdə olan 15 yaşlı yeniyetmənin anası ilə müsahibəsi sosial şəbəkələrdə yayıldıqdan sonra yeniyetmə sərbəst buraxılıb.
Əmirhüseyn Rəhiminin anası baş qərargahı Tehranda yerləşən "Etemad" qəzetinə deyib ki, etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinin izdihama atəş açdığı zaman oğlunun başından və sinəsindən yaralanmasına baxmayaraq, hələ də həbsxanadadır.
"Oğlum oktyabrın 13-də Kərəcdə həbs olunub və bir həftə onun harada olduğunu bilmədim. Nəhayət, onu yetkinlik yaşına çatmayanlar üçün təcridxanada tapdım" deyə, ana "Etemad"a bildirib.
O, ciddi ittihamlarla üzləşən oğlu üçün girovu ödəyə biləcəyi məbləğə endirməsi üçün hakimə yalvardığını deyib.
Müsahibə sosial mediada yayılıb və "Etemad" dekabrın 15-də Əmirhüseyn Rəhiminin güzəştli zaminə buraxıldığını elan edib.
"Etemad"ın siyasət üzrə redaktoru Twitter səhifəsində "İnsanların reaksiyaları hakimin geri çəkilməsinə və dərhal azadlığa buraxılması barədə qərar çıxarmasına səbəb olub. Bu, xalqın qüdrətini göstərir. Ümid edirəm ki, qalan məhbuslar da azad olunacaq" yazıb.
Rəhiminin anası müsahibəsində deyib ki, ictimai müdafiəçi onun görüş xahişlərinə cavab verməyib və yalnız bir dəfə onunla telefonla danışıb və söhbət onun özünü aqressiv aparması ilə yekunlaşıb.
İslam Respublikasının rəsmiləri vəkilləri hədələyərək və qorxudaraq, əksər hallarda təqsirləndirilən şəxslərin sənədləri ilə tanış olmasına mane olur. Onlar məhbusları məhkəməyə ictimai müdafiəçi ilə gəlməyə məcbur edir. Bir çox hallarda bu ictimai müdafiəçilər nəinki müttəhimi dəstəkləmir, bəziləri məhkəmədə onların əleyhinə danışırlar.
Sorğu
Yeni dizaynımız necədir?