Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanın göndərdiyi humanitar yardımın bir hissəsi Ukraynaya çatıb
Azərbaycanın göndərdiyi növbəti humanitar yardımın bir hissəsi artıq Ukraynaya çatıb.
Ukraynanın Çernovis vilayətində yardım yüklərinin təhvil verilməsi mərasimi keçiril
Mərasimdə çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Sabir Rzayev bildirib ki, son humanitar yardım Ukraynanın müraciəti əsasında göndərilib: “Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformator və 50 generatorun bir hissəsi artıq Ukraynaya çatıb. Digərlərinin isə yaxın günlərdə ölkəyə çatdırılması gözlənilir”.
O qeyd edib ki, Azərbaycanın bu günə qədər Ukraynaya göndərdiyi humanitar yardımın məbləği təxminən 30 milyon manat həcmindədir.
Mərasimdə iştirak edən Ukraynanın Energetika Nazirliyinin rəsmisi Lutsi Petroviç isə humanitar yardıma görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.
L.Petroviç söyləyib ki, ağır günlərdə Azərbaycan hər zaman Ukraynaya dəstək olub: “Azərbaycanın göndərdiyi humanitar yardımlar döyüşlərdə, xüsusən də Rusiyanın endirdiyi raket zərbələrindən daha çox zərər çəkən Xerson, Xarkov, Nikolayev və Çerniqov vilayətlərinə göndəriləcək”.
Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, dekabrın 10-da mövcud vəziyyətlə əlaqədar zərərçəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.
Gundemxeber.az
7-03-2022, 13:33
12-03-2022, 10:48
19-11-2016, 18:44
28-02-2014, 13:50
23-02-2021, 11:53
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?