GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » VASİF TALIBOVUN VƏ RAMİZ MEHDİYEVİN "MEDİA RUPORU"- BƏXTİYAR SADIQOV

VASİF TALIBOVUN VƏ RAMİZ MEHDİYEVİN "MEDİA RUPORU"- BƏXTİYAR SADIQOV

Tarix: 23-12-2022, 11:51 Bölmə :Cəmiyyət Baxış: 240

"Naxçıvan gerçəklikləri” – bu haqda indi hamı danışır, daha doğrusu vətənimizin ayrılmaz dilbər guşəsi olan Muxtar Respublikada baş verən, dövlət adına utanc gətirən proseslər indi ölkə mediasının diqqət mərkəzindədir...

“Naxçıvan gerçəklikləri” – sən demə, bu kitab adı imiş!!! Və bu ilin fevral ayından başlayaraq “Azərbaycan” qəzetinin əməkdaşları Naxçıvana fasiləsiz səfərlər edərək sislsilə məqalələr yazıblar, hələ bununla da ürəkləri soyumayıb bu ilin iyun ayında yuxarıda qeyd olunan adda iri həcmli, nəfis tərtibatlı kitab da buraxıblar.

Qəribə olan odur ki, deputat İsa Həbibbəylinin ön söz yazdığı, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun redaktoru olduğu “Naxçıvan gerçəklikləri” heç də bütün ölkənin bildiyi yox, Vasif Talıbovun sifariş etdiyi, göstərmək istədiyi gerçəkliklərdir.

Kitabın müəllifi isə Ramiz Mehdiyevin mirzəliyini eləməkdə ad çıxarmış Bəxtiyar Sadıqovun varisi, redaksiyanın “boz kardinalı” Ulu öndər Heydər Əliyevi söydüyünə görə işlədiyi “Yeni Azərbaycan” qəzetindən qovulan İxtiyar Hüseynlidir. Yəni axsaq atın kor nalbəndi olar.

Kitabı açan kimi İsa Həbibbəylinin alovlu publisistikasının qığılçımları adamın gözünü qamaşdırır.

Akademik yazır: “Azərbaycan Respublikasının Əməkdar jurnalisti İxtiyar Hüseynlinin “Naxçıvan gerçəklikləri” kitabı publisistik janrda qələmə alınan məqalələr toplusu həm də gələcək nəsillərə ünvanlanan salnamədir. “Naxçıvan gerçəklikləri” Muxtar Respublikanın Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yorulmaz və məqsədyönlü fəaliyyəti ilə baş vermiş böyük inkişafın mükəmməl publisist salnaməsi kimi diqqəti cəlb edir”.

Akademiki təəssüfləndirməli olacağıq – “nəsillərə ünvanlanan səlnamə”nin ömrü heç altı aya çatmadı. İndi bütün bu pafoslu cümlələrin nə qədər taftalogiya və sözyığını olduğunu isbat etməyə gərək yoxdur. Həm də ona təəssüflənirik ki, dövlət siyasətini təbliğ etməli olan Milli Məclisin orqanı “Azərbaycan” qəzeti hansısa şəxsi maraqlar və təmənna müqabilində özündən gerçəklıik uydururb ictimai rəyə sırımaqdan utanmır.

Kitabın “şah əsəri” olan “Naxçıvanın inkişaf modeli” məqaləsi isə necə deyərlər “gül vurur”. Bircə sitata diqqət edək “Sədərək Gömrük Sərhəd-Buraxılış məntəqəsinin yeni inşa olunan binasının əzəməti, tətbiq edilən texniki innovasiyalar, xidmət keyfiyyətinin yüksəkliyi növbəti təəccübümüzə səbəb oldu. Buradakı xidmət, əslində, BÜTÜN GÖMRÜK-BURAXILIŞ MƏNTƏQƏLƏRİ ÜÇÜN ÖRNƏK OLMALIDIR… Naxçıvan gömrükçüləri  ötən il büdcə öhdəliyini 108 faiz yerinə yetiriblər”.

VASİF TALIBOVUN VƏ RAMİZ MEHDİYEVİN "MEDİA RUPORU"- BƏXTİYAR SADIQOV

 Empty

 Asif Memmedov

 22 December 2022

 Hits: 123

Bu Vasif Talıbovun özünün ruporu hesab etdiyi “Azərbaycan” qəzetinin mirzələrinin ifasında uydurduğu gerçəklikdir. Əsl gerçəklıik budur ki, İsa Həbibbəylinin general oğlunun rəhbərlik etdiyi Naxçıvan gömrüyünün şöbə rəisi Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur… və dövlətin rəsmi qəzeti belə rüsvayçılığı ölkənin “bütün gömrük-buraxılış məntəqələri üçün örnək olmalıdır”, – deyə israr edir.

Əsl “Naxçıvan gerçəklikləri” odur ki, Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

“Azərbaycan” qəzetinin baş mirzəsi və ikinci plan mirzəsi cinayətkar, rüşvətxor ünsürləri müdadfiə edir, onları təmizə çıxarmaq üçün məqalələr, kitablar yazır, lakin heç bir məsuliyyət daşımır.

Təkcə bu ilin fevral ayında Vasif Talıbovu vəsf edən məqalələr qalareyasının bəzilərinə nəzar salaq:

1) Naxçıvan təhsilin inkişafında liderdir / İxtiyar Hüseynli // Azərbaycan.- 2022.- 6 fevral.- № 27.

2) “Made in Nakhchivan”: 22 xarici dövlətdə nüfuz qazanan bu keyfiyyət brendi Azərbaycan iqtisadiyyatına və ixrac potensialına böyük töhfə verir / İxtiyar Hüseynli // Azərbaycan. – 2022.- 19 fevral. – № 38.

3) Naxçıvan turizmi: Muxtar respublika cəlbedici bölgəyə çevrilib / Rəşad Cəfərli // Azərbaycan. – 2022.- 16 fevral.

4) Naxçıvanda inkişaf kənddən başlayır / İxtiyar Hüseynli // Azərbaycan. – 2022.- 12 fevral. – № 32.

5) Möhtəşəm minilliklərin şanlı 98 ili / Səttar Möhbalıyev // Azərbaycan. – 2022.- 9 fevral. – № 29.

6)Naxçıvanın inkişaf modeli / İxtiyar Hüseynli // Azərbaycan.- 2022.- 29 yanvar. – № 20. Və sair...

Xatırladaq ki, rəsmi qəzetin rekvizitində yazılıb ki, “qəzetdə gedən materiallar dövlətin mövqeyini əks etdirməlidir”. Budurmu dövlətin mövqeyi? Bəxtiyar və İxtiyar cütlüyü 20 ildən artıqdır dədə malı kimi özəlləşdirdikləri Milli Məclisin orqanı olan qəzeti dövlətin çətiri altında gizlənərək öz maraqlarının kağız parçasına çeviriblər. Qəzet azlıq edir, hələ bir akademik İsa Həbibbəylinin təbirincə desək “nəfis tərtibatlı” “Vasifnamə” buraxırlar.

Qədim Şərq atalar sözüdür “ilan üstə qonan milçək zəhərlidir ilan kimi”. Dövlətin sütunlarının içəridən laxladılması, qalib ölkənin Prezidentinin xalqın həmrəyliyinə söykənən siyasətinə kölgə salınması istiqamətində 20 il dayanmadan tər tökən mirzələrin məsuliyyəti yalnız media etikası qarşısında olmamalıdır. Milli Məclis heç olmasa öz qəzetinə nəzər salsın, yiyə dursun! Bu dövlət əxlaqından uzaq partizanlığa dur deməyin vaxtı çatmayıbmı? Nəzərə alaq ki, söhbət mediaya, rəsmi ideologiyaya və dövlətçilik ideyalarının təbliğinə cəmiyyətin inamından gedir. Bu inamı sarsıtmaq cinayət deyilmi?/KONKRET.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin sözlərindən nəticə çıxardı - BAŞ REDAKTORU KƏNARLAŞDIRDI

    Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin sözlərindən ...

    1-09-2014, 11:24

  • 
  • “Mən bilmirəm “nurçu”luq nədir”

    “Mən bilmirəm “nurçu”luq nədir” ...

    3-04-2014, 12:24

  • 
  • Vasif Talıbovdan yeni təyinat - SƏRƏNCAM

    Vasif Talıbovdan yeni təyinat - SƏRƏNCAM ...

    10-11-2018, 15:41

  • 
  • Vasif Talıbov jurnalisti NİYƏ CƏZALANDIRDI? - İLGİNC İDDİA

    Vasif Talıbov jurnalisti NİYƏ CƏZALANDIRDI? - ...

    18-06-2021, 10:46

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

Hansı Antivirusdan istiafdə edirsiniz?

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu