Hansısa adam, xüsusilə də tarixi şəxsiyyət haqqında müsbət, yaxud mənfi fikir söyləməzdən, ünvanına ittihamedici böhtan və yalan deməzdən əvvəl gərəkdir ki, həmin şəxsin ictimai-siyasi fəaliyyəti, yaradıcılığı, dünyaya baxışı haqqında yetərli bilgilərin olsun. Əksi olanda Mircəfər Bağırov kimi pis vəziyyətə düşər, ironiya hədəfinə çevrilərsən.
Soçidə İ.Stalinlə görüşündə özünü SSRİ-nin sədaqətli kadr kimi göstərmək istəyən M. Bağırov o vaxt Türkiyədə mühacir həyatı yaşayan M. Rəsulzadənin ünvanına hədyanlar yağdırır. Onu SSRİ-ə qarşı pozuculuq işləri aparmaqda, SSRİ-ni xalqlar həbsxanası adlandırmaqda, kommunist partiyasını diktatura ilə eyniləşdirməkdə, Azərbaycanın müstəqilliyinin önəmindən bəhs edən silsilə məqalə və kitablar yazaraq ideoloji mübarizə aparmaqda ittiham edir.
Bağırovdan fərqli olaraq onu real ölümdən xilas etmiş M. Rəsulzadənin məram və məqsədini, hansı ideallar uğurunda mübarizə apardığını, hakimiyyətə sərvət mənbəyi kimi deyil, məqsəd və mərama çatmaq üçün vasitəsi kimi baxdığını yaxşı dərk edən, Stalin diqqətlə Bağırovun gözünün içinə baxır və sərt şəkildə deyir: “TOVARİŞ BAGİROV, TANIMADIĞIN ADAM HAQQINDA DANIŞMA!”
Sorğu
Yeni dizaynımız necədir?