“Rusiyanın guya Ermənistanın təhlükəsizliyinə təhdidlər törətməsi barədə bəyanatları absurddur”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bəyan edib.
Onun sözlərinə görə, Rusiya və Ermənistan xalqlarını möhkəm dostluq əlaqələri bağlayır:
“Biz həm ikitərəfli münasibətləri, həm də ümumi inteqrasiya birliklərində - KTMT, Aİİ, MDB-də qarşılıqlı fəaliyyəti hər formada gücləndirmək əzmindəyik. Bu fonda İrəvanın Rusiyanın mövcudluğunun Ermənistanın təhlükəsizliyinə müəyyən təhdidlər yaratdığı barədə bəyanatları absurddur”, - deyə o, bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?