Gundemxeber.az » Ölkə » Cəmiyyət » Belimizə minən qiymətlər: Onu mindiyi yerdən düşürə də bilmirik
Azərbaycanın rayonlarında soğanın qiymətinin bir həftə ərzində 35-40 qəpik bahalaşdığı bildirilir.
Astara rayon bazarından soğan alan yerli sakinlərdən Zabir Ağayev əlindəki bağlamanı göstərib deyir ki, beş-altı gün bundan əvvəl həmin məhsulun 1 kiloqramını 50 qəpiyə alıb: “Bu gün (yanvarın 15-də) həmin soğandan aldım, 1 kilosuna 90 qəpik verdim. Hələ, üstəlik, satıcı ilə mübahisə də etdim. Gördüm ki, günah onda deyil. Göyərtinin də qiyməti artıb. Əvvəl göyərtinin bir dəstəsi 8-10 qəpik idi, indi olub 20 qəpik. Həyət yumurtasının bir ədədi 45-50 qəpiyə satılır. Bahalaşma maaş və pensiya artımını udur”.
Kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan, adının çəkilməsini istəməyən işadamının deməsinə görə, bazarlara soğan, əsasən, Ağdam rayonundan gətirilir: “Gözləmirdik ki, soğanın qiyməti qısa müddətdə bu qədər qalxar. Ağdamdan olan soğan tədarükçüsü bizə dedi ki, anbarlara vurulan soğanın 70-80 faizi çürüyüb. Məhsul tükənir, tükəndikcə qiyməti qalxır. Belə getsə, soğanın qiyməti iki dəfə qalxacaq. Cəlilabaddan, Rusiyadan, İrandan kartof gəlir, ona görə qiyməti sabitdir. Soğan gəlmir. Digər tərəfdən, soğanının bir hissəsi toylara gedir”.
Marketlərin birinin qarşısında rastlaşdığımız yaşlı bir qadın da qiymətlərin qalxmasından gileylənirdi: “Mən müəllimə işləmişəm, indi pensiyadayam. Yaşlı adamam, gərək indi evdə əyləşib rahatlıqla pensiyamla dolanım. Dolana bilmirəm. Həftədə iki dəfə marketə gəlirəm. Hər dəfə gələndə eyni məhsulları alıram, hər dəfə də görürəm ki, qiymətlər qalxıb. Gördüm ki, kəllə qəndin 800 qramı 3 manat 7 qəpikdir. Qarğıdalı yağı baha, toyuq ətinin 1 kiloqramı 7 manatdan yuxarıdır. Belə iş olar?!”.
Onun sözlərinə görə, dərmanın bahalaşması daha sürətlə gedir: “İran sərhədində satılan ərzaq məhsulları buradakından ucuzdur, 30 faiz fərq edir”.
GUNDEMXEBER.AZ
16-01-2023, 14:27
23-12-2013, 14:08
30-12-2013, 12:11
23-08-2013, 18:31
25-12-2013, 15:28
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?