GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azad olmayan İran qadını - 44 ildir İŞİD-çilik edən Tehran rejimi - ŞƏRH

Azad olmayan İran qadını - 44 ildir İŞİD-çilik edən Tehran rejimi - ŞƏRH

Tarix: 23-01-2023, 18:51 Bölmə :Cəmiyyət Baxış: 62




İranda son 44 ildə qadınlara münasibət sərtləşib. Sanki 1979-cu ilin fevralında baş verən inqilabın əsas hədəfi cəmiyyətin bu zərif təbəqəsinin ictimai və məişət azadlıqlarını məhdudlaşdırmaqdan ibarət imiş. Çünki inqilabın şüar və hədəflərində qadınların indi düşdüyü vəziyyətlə bağlı tələblər olmayıb. Həmin dövrün əsas şüarları bunlar idi:

“Azadlıq!”, “Ədalət!”, “Bərabərlik!”. Ancaq bu rejim hakimiyyətə gələndən sonra hicabla bağlı öz qaydalarını tətbiq etməyə başladı. Bu istiqamətdə xüsusi komitə fəaliyyət göstərdi. Yeni hakimiyyətin tətbiq etdiyi qaydalara əməl etməyənlər məhkəməsiz-vəkilsiz mühakimə olundu, onlara işgəncə verildi. Bir sıra hallarda isə qapalı məhkəmələrdə hökm çıxarıldı, edam olundular. İran hakimiyyəti bu qaydaları bütün ilahi, insani, beynəlxalq, daxili və s. qanunları, qaydaları pozaraq həyata keçirirdi. Daha aydın təsəvvür yaranması üçün Əfqanıstanda hakimiyyəti zorla iki dəfə ələ keçirən “Taliban” hərəkatının və Suriyada terrorçu İŞİD qruplaşmasının qadınlara tətbiq etdiyi zorakılığı yada salmaq kifayət edər.

Əslində, Tehran rejiminin qadın vətəndaşlara qarşı zorakılığı sentyabrın 17-də başlayan etiraz aksiyalarında daha aydın görünüb. Yeri gəlmişkən, son aksiyalarda hakimiyyətin hərbi-polis qüvvələrinin zorakılığı nəticəsində 520-dən çox etirazçı ölüb. Onların 68-nin qadın, o cümlədən yeniyetmə qızlar olduğu bildirilib. Aksiyalar zamanı 20 mindən çox etirazçı tutulub. Onların da 7-10 faizdən çoxunun qadınlar olduğu iddia edilir. Son rəsmi göstəriciyə əsasən, İranda 189 min məhbus var. Onların 5 faizinin zərif cinsin nümayəndələri olduğu bildirilib. 2021-ci ilin məlumatına görə, ölkədə bir ildə 15 qadın barəsində çıxarılan edam hökmü icra olunub. Bu, İranda qadınlara edilən zülmlərə aid çoxsaylı faktların çox cüzi hissəsidir. Sadaladığımız faktlarla ölkədə zərif cinsə edilən işgəncəni göstərmək istədik.

Deməli, yanvarın 20-də Tehranda Nüfuzlu Qadınların I Beynəlxalq Konqresi keçirilib. Tədbirdə 300 xarici qonaq, o cümlədən nazirlər, vitse-prezidentlər və millət vəkilləri də daxil olmaqla 70 qadın məmur iştirak edib. Tədbirdən dörd gün əvvəl isə İran həbsxanalarından 975 qadın azad edilib. Bu tədbir və minə yaxın qadının sərbəst buraxılması İranda qadın azadlığının göstəricisi deyil. Hər iki hadisə sentyabrın 17-də başlayan “Qadın, həyat, azadlıq!” şüarı əsasında keçirilən aksiyaların mahiyyətini beynəlxalq səviyyədə azaltmağa yersiz, əbəs cəhddir.

Yeri gəlmişkən, hakimiyyət etiraz aksiyası keçirən qadınları təhqir edir. Rejim rəsmiləri və nümayəndələrinin qadınları aşağılayan çıxışlarına qarşı aksiyaçılar belə şüarlar irəli sürürlər: “Pozğun sənsən, əclaf sənsən, mən azad qadınam!”, “Nə yaylıq, nə təhqir, azadlıq və bərabərlik!”, “Qadın, həyat, azadlıq!” və s. Hakimiyyətin hərbi-polis qüvvələri aksiyaları zorakılıq, odlu silahdan atəş açaraq yatırmaqla ölkə konstitusiyasının 23-cü (“əqidələri təftiş etmək qadağandır və heç kəsi müəyyən əqidəyə malik olduğuna görə təqib etmək, sorğuya çəkmək və töhmətləndirmək olmaz”) və 27-ci maddələrini (“İslamın əsaslarına xələl gətirmədən silahsız yığıncaqlar və yürüşlər keçirmək azaddır”) pozur. Aylar Həqqinin, Məhsa Əminin qətlləri İran hakimiyyətinin qadınlara və Əsas Qanuna “hörmət"inin nümunəsidir. Aksiya iştirakçıları rejimin qəddarlıqla etirazları yatıracağını bilərək küçə, meydan və xiyabanlara çıxırlar. Bu, azadlıq, firavan həyat və ədalət uğrunda mübarizə aparan ölkə qadınlarının rejimin zülmündən cana doyduqlarına sübutdur. "Gender Gap Report 2022"nin hesabatına əsasən, İran 146 ölkə arasında gender bərabərliyi üzrə 143-cü yerdədir.

Nəhayət, qadın ən başlıcası anadır. O, ailənin qorunmasında başlıca rollardan birini oynayır. Hakimiyyətin yürütdüyü siyasət nəticəsində İran əhalisinin qışda istiliklə təchiz olunmasında ciddi problemlər yaşanır. Dünyada neft və təbii qaz ehtiyatına görə aparıcı yerlərdən birini tutan ölkədə “mavi yanacaq” qıtlığı yaşanır. Yaranan vəziyyət insanların balonla qaz almaq üçün uzun növbələrdə gözləməsinə səbəb olur.

Qadın hüquqları, özünüifadə azadlığı, onların cəmiyyət üçün yararlılığı təmin olunanda ölkə humanist sayılır. Tehran hakimiyyəti konqres keçirməklə özünü belə təqdim etməyə çalışır. Qadın vətəndaşını edam edən, onların hüquq və azadlığını tapdalayan bir rejim bu beynəlxalq konqreslə dünya ictimaiyyətinin gözünə kül üfürməyə cəhd göstərir. İran qadınının vəziyyətinin ağır olduğunu zəlzələdən zərərçəkən bölgələrdə, təbii qaz ehtiyacı olan kəndlərdə, öz ana dilində danışmaqdan, təhsildən məhrum olunan məktəblərdə, addımbaşı zorakılığa, qısnamaya məruz qaldıqları dövlət müəssisələrində görmək olar. Bu səbəbdən İran qadınları “Qadın, həyat, azadlıq!” deməklə rejimin qoyduğu qaydalara, qadağalara qarşı çıxır. Onların haqlı tələbləri parlamentdə müzakirə olunmur. Müzakirələr isə qarayaxmalarla müşayiət olunur. Bu, İran rejiminin, panfarsçı düşüncə sisteminin qadına münasibətinin din pərdəsi altında yanaşmasıdır. Konqres də bu maskalardandır. Son olaraq, 2022-ci il dekabrın 31-nə olan məlumata əsasən, İran əhalisinin 43 mln. 951 min 258 kişi, 42 mln. 715 min 084 nəfərini qadınlar təşkil edir. Bu baxımdan da azlığın hüququ tapdanır.

SƏDRƏDDİN İSMAYILOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran Çin vətəndaşları üçün vizasız rejim tətbiq etdi

    İran Çin vətəndaşları üçün vizasız rejim tətbiq ...

    31-07-2019, 11:57

  • 
  • İranda hakimiyyətin cinsi ayrı-seçkiliyinə etiraz: “Qadın, Azadlıq, Həyat!” - ŞƏRH

    İranda hakimiyyətin cinsi ayrı-seçkiliyinə ...

    15-12-2022, 18:35

  • 
  • Molla rejimi üçün son başladı – İrana "Ərəb baharı" mesajı

    Molla rejimi üçün son başladı – İrana "Ərəb ...

    25-11-2022, 17:20

  • 
  • Nəsib Nəsibli - İnqilabın 40 illiyi, repressiyalar və türklər

    Nəsib Nəsibli - İnqilabın 40 illiyi, ...

    16-02-2019, 13:59

  • 
  • Tezliklə Xamenei üçün də dar ağacı qurulacaq - İranda nə baş verir?

    Tezliklə Xamenei üçün də dar ağacı qurulacaq - ...

    12-12-2022, 13:46


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (91)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu