GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tezliklə Xamenei üçün də dar ağacı qurulacaq - İranda nə baş verir?

Tezliklə Xamenei üçün də dar ağacı qurulacaq - İranda nə baş verir?

Tarix: 12-12-2022, 13:46 Bölmə :Dünya Baxış: 83


Ötən gün İranda daha bir etirazçı – Məcid Rza Rahnəvərd ictimaiyyət qarşısında dar ağacından asılıb.

Xatırladaq ki, son günlər İranda etirazçıların edam edilməsi intensiv xarakter alıb. Demək olar ki, hər gün 1 nəfər, bəzən isə bir gündə 2-3 etirazçının asıldığına dair rəsmi məlumatlar yayılır.

İran etirazçıları ölümə məhkum etməklə kütləvi aksiyaların qarşısını ala bilərmi? Ümumiyyətlə, son günlər daha da kəskin xarakter alan repressiyalar nə vəd edir? Bu gün etirazçılar üçün qurulan dar ağacları bir gün də Xamenei üçün qurula bilərmi?

Yenisabah.az-a danışan iranşünas, politoloq Sədrəddin Soltan deyib ki, etirazlardan sonra bu günə qədər İranda 2 etirazçı edam olunub:

“Digər 20 nəfər etirazçı barəsində edam hökmü çıxarılsa da, icra olunmayıb. O cümlədən edam hökmü çıxarılanlar arasında Güney Azərbaycan türkləri də var. Məsələn, dünən onlardan biri edam olunmalıydı, amma hökm icra olunmayıb”.

Sədrəddin Soltanın sözlərinə görə, inqilabın ilk illərində İran hakimiyyəti rejimə etiraz edən qüvvələri, müxalifləri məhkəməsiz edam edirdilər:

“Bunu o vaxtı İslam İnqilabı Komitəsi edirdi. O komitə 6-7 nəfərdən ibarət idi və onlar mühakimə olunan “əksinqilabçı ünsürlər”i sorğu-suala gətirir və barələrində həmin gün edam hökmü çıxarıb bunu icra edirdilər. Onları ya güllə vuraraq, ya da dar ağacından asaraq edam edirdilər. Həmin komitənin üzvlərindən biri də İranın indiki prezidenti İbrahim Rəisi idi. Onlar bununla həm etirazın qarşısını alır, həm cəmiyyətdə xof yaradır, həm də öz nüfuzunu qaldırırdı ki, bu hakimiyyət çox qəddardır və qəddarlığına görə cəmiyyəti sakitləşdirə bilir. O vaxtı komitə adı insanlara çox vahiməli görünürdü. Eləcə də SEPAH və “Ettelaat”. Çünki həmin hökmlərin icra olunmasında bu qurumlar iştirak edirdi”.

“İndi həmin komitə üzvü prezidentdir. Ölüm hökmü ilə bağlı olan məhkəmə isə 1 həftədə başa çata bilməz. Ölüm hökmü çox uzun müddətə gedir. Doğrudur, hamısı insan taleyidir, lakin ölüm hökmü geriyə qayıtmayacaq bir tale məsələsidir. İranda isə ölüm hökmləri çox qısa müddətə çıxarılır. İran hakimiyyəti də bununla həbs olunanların etiraf etməsini istəyir ki, guya bunları etiraz aksiyası keçirməyə hansısa xarici qüvvə təhrik edib. Bununla da rejim etiraz aksiyası keçirən insanların da gözünü qorxudur və qarşısını almağa səy göstərir”, – deyə müsahibimiz edamlardan söz açarkən əlavə edib.

Analitikə görə, etirazların qarşısının alınması üçün müəyyən təkliflər də var:

“Məsələn, etirazçıların bank hesablarının dondurulması. Lakin bütün bunlar göstərir ki, bu planlar əbəsdir. O cümlədən həm inqilabın ilk illərində, həm indiyə qədər olan dövrdə, həm də indi İran cəmiyyəti azad olmaq və bu rejimdən xilas yolunu tapmaq üçün yüzlərlə qurban verib. Bu mübarizə davam etməkdədir.

O ki qaldı indiki rejimin təmsilçilərinə, dar ağacının qurulması məsələsinə, bunu o şəkildə deməsək də, onu bilin ki, qanla gələn, qanla gedər. Yəni qan gec-tez bu rejimi tutacaq. “Bumeranq effekti” deyilən bir ifadə var. Bütün bu qisasların hamısı gec-tez İran hakimiyyətindən alınacaq. Çünki bu insanların çoxu ədalətsiz çıxarılmış qərar nəticəsində edam olunublar. İnsanlar azadlıq istəyir, azadlıq istəyən adamları isə küçə adamları adlandırıb edam etməyin özü ədalətsizdir. 

Bütün hökmlər qapalı şəraitdə keçirilir, hökm çıxarılır, amma icranı ictimaiyyətin gözü qarşısına edirlər”.

“Məsələn, sonuncu edam hökmü Məşhəddə baş verib. Bu üsullarla etirazların qarşısını almaq istəyirlər, amma bu üsul, əksinə, İran hakimiyyətin beynəlxalq nüfuzuna zərbə vuracaq və yeni sanksiyaların tətbiq olunacağı istisna olunmur.

Bu yaxınlarda bir xəbər yayıldı ki, İran rejimi ölkədən qaçsa, harada gizlənə bilər. Deyilənə görə, onlar Venesuelada özlərinə yer hazırlayıblar. Bunların aqibəti Müəmmər Qəddafi, yaxud Səddam Hüseynin aqibəti kimi olmasa da, hər halda Hüsnü Mübarəkin aqibətinə oxşar bir aqibət yaşayacaqları istisna edilmir. 

Gec-tez ədalət məhkəməsi bütün qan tökənlər üçün qurulur və onlar üçün də qurulacağı mümkündür. Məsələn, İran şahı Məhəmməd Rza Pəhləvi öz ölkəsində ölmədi. Öncə ABŞ-a qaçdı, sonra Panamaya yollandı, axırda da Misirdə öldü. Vətən torpağı ona qismət olmadı. Öz millətinə qarşı zülm edən hələ indiyə kimi alqışlar altında dəfn edilməyib”, – yekunlaşdırıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranda 3 nəfər edam edilib

    İranda 3 nəfər edam edilib ...

    11-11-2015, 14:53

  • 
  • İranda bir nəfər əhalinin gözü qarşısında edam edilib

    İranda bir nəfər əhalinin gözü qarşısında edam ...

    22-08-2013, 11:45

  • 
  • İranda 6 azərbaycanlı dar ağacından asıldı

    İranda 6 azərbaycanlı dar ağacından asıldı ...

    25-05-2017, 16:44

  • 
  • İran daha 4 nəfəri dar ağacından asdı

    İran daha 4 nəfəri dar ağacından asdı ...

    11-07-2017, 11:35

  • 
  • İranda 3 siyasi məhbus edam edildi

    İranda 3 siyasi məhbus edam edildi ...

    5-09-2018, 11:32


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (558)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu