Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xoylulara yardım etmək istəyən professor həyəcan təbili çaldı
İran hakimiyyəti Xoyda zəlzələdən sonra köməksiz qalan əhaliyə yardım etməyə çalışan insanların təşəbbüslərinin qarşısını almaqda davam edir.
Belə ki, Tehran Universitetinin professoru doktor Sadeq Zibakəlam Xoy zəlzələsi ilə bağlı “Twitter”də paylaşım edib.
O qeyd edib ki, zəlzələdən zərər çəkən şəxslər üçün elektron ianə hesabı aşmaq istəsə də, buna süni maneələr yaradılıb.
“Dünən Xoy zəlzələsindən zərər çəkənlərə vətəndaşların yardımlarını toplamaq üçün Qızıl Ayparanın yüksəkvəzifəli şəxslərindən birinə xəbər göndərdim ki, mən bank hesabı açmaq istəyirəm. Sözügedən şəxs dərhal mənə zəng edib hesabın bloklanacağını bildirdi”, - doktor Sadeq Zibakəlam qeyd edib.
Professor əlavə edib ki, hazırda o, Təbriz və Urmudakı bəzi dostları ilə koordinasiya quraraq onların vasitəsilə yardımları göndərməyə hazırlaşır.
Gundemxeber.az
2-02-2023, 13:50
1-02-2023, 13:42
18-01-2018, 13:43
15-08-2014, 10:37
3-08-2020, 15:56
Sorğu
Yeni dizaynımız necədir?