Təsəvvür edin ki, çayda boğulmaqda olan birini "yoldan keçən" bir şəxs xilas edir. Ölümdən qurtulan şəxs həmin adamı ömür boyu özünün Xilaskarı hesab edir. Halbuki, bir saat öncə həmin o "yoldan keçən" desəydi ki, mən sənin xilaskarınam, boğulacaq adam buna inanmazdı...
Cəmiyyət də belədir, xilas olmayınca, heç vaxt öz Xilaskarını qəbul etmir. Xilaskar o vaxt tanınır ki, cəmiyyətin bir hissəsi qırılır, digər hissə xilas olur (Nuhun, Lutun...dövründə olduğu kimi).
Xilas olanlar kimin məsləhətinə (tövsiyyəsinə) qulaq asıb qurtulublarsa onu öz Xilaskarları kimi qəbul edirlər.
Bir daha bəyan edirəm ki, 21 ildir baş verən bütün təbii fəlakətlər, yanğınlar, qəzalar....hamısı günahların həddi aşmasına görədir....
Həkim olaraq peşə fəaliyyətimdə rastlaşdığım günahları sizə danışsam, Allahın səbrinə (milləti niyə tam qırmadığına) təəccüb edərsiniz.... Qəbuluma gələn onkoloji xəstələrin yüz faiz hamısının cadudan, tilsimdən yarandığını görürəm və Elmi-lədun bilicisi olaraq bu lənətlənmiş əməlin özgənin deyil, öz əmisinin, yaxud, dayısının, yaxud, qardaşının arvadları tərəfindən törədildiyini hiss edirəm (başqa həkimlərdən fərqli olaraq bütün xəstəliklərin hansı gizli səbəbi olduğunu bilirəm).
Uşaqlarda yaranan bütün bu və ya digər xəstəliklərin (xərçəng, autizm, əqli gerilik, şikəstlik və s) onların analarına (öz yaxın qohumları tərəfindən) edilmiş cadu-tilsim səbəbindən baş verdiyini görürəm... Məsələn: 35 yaşına çatıb ailə qura bilməyən, hər il cərrahi əməliyyata məruz qalan, həyatda uğur qazana bilməyən bir qız pasiyentim deyirdi ki, tez-tez yuxuda ölmüş ata nənəmi görürəm: hər dəfə mənə yalvarır ki, sənə görə burada məni incidirlər, mənə halallıq ver.... Dedim nənənin sənə bir pisliyi dəyimişdimi? Dedi xeyr, mənim beş yaşım olanda o ölüb, mənə nə pisliyi deyə bilər ki? Testin nəticələrindən məlum oldu ki, pasiyentimin anası ailə quran kimi, qaynana onu tilsimə salıb ki, guya sözündən çıxmasın. Nəticədə qarşımdakı 35 yaşlı pasiyentim tilsimli (çiləli) doğulub (fizikanın qanunlarına görə enerji itmir, ötürülür). Və bu qız bu dünyada cəhənnəm əzabı çəkdikcə, səbəbkar olan nənəsi də o dünyada cəhənnəm əzabı çəkir... Hər gün rastlaşdığım neçə-neçə pisliklərdən ancaq birini yazdım ki, Azərbaycanda klinikaların nəyə görə dolu olduğunu, niyə sağala bilmədiklərini, uşaqların niyə kütləvi şəkildə əsəbi, şikəst...doğulduğu, insanlar evlərində çörək yedikləri yaxın qohumlarına, sevgililərinə, rəfiqələrinə.... hansı gizli zərbələr vurduqlarını ağıl sahibləri anlasınlar. Əhalinin yarıdan çoxu cürbə-cür murdar (lənətlənmiş) işlərlə məşğuldurlar. Bu hal tək Azərbaycanda deyil, bütün dünyada belədir: prezidentindən tutmuş sıravi insanına qədər hərənin öz cadugəri (ekstrasensi və s) var. Azərbaycanda bu kimi pislikləri bacaranlar Rusiyaya, İsrailə, Avropaya üz tuturlar. Çünki, burada qəpik quruşa işləyən falçınin oralarda qəbulu bir neçə min dollardı....
Bütün bunları ona görə yazdım ki, insanların gizlində hansı murdar əməllərlə (hələ heyvanlarla, eynicinslilərlə əlaqələri demədim) məşğul olduqlarını anlayasız....
Anladıqca, zəlzələlərin, ölümlərin....çox olmasına yox, hələ az olmasına təəccüblənərsiz (mənim kimi).
Allah-taala buyurur ki, bütün günahkarları bir gündə öldürsəydik, dünyada insan qalmazdı.
Artıq həm insanların günahları, həm də gələn bəlalar pik həddə çatıb. Bundan ancaq tövbə edənlər və əməlisalehlər xilas ola biləcəklər. Çalışın bunları edin. Ziyan vurduğunuz insanlardan bu dünyada halallıq alın ki, o dünyada ah-nalə çəkməyəsiz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?