GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Nardaran hadisələri də məhz onların apardığı işin nəticəsi idi" - HƏQİQƏTƏN DƏ...

"Nardaran hadisələri də məhz onların apardığı işin nəticəsi idi" - HƏQİQƏTƏN DƏ...

Tarix: 11-02-2023, 14:01 Bölmə :Cəmiyyət Baxış: 213


"Nardaran hadisələri də məhz onların apardığı işin nəticəsi idi"

İran daim Azərbaycana qarşı kəşfiyyat işləri aparıb. Sovet vaxtı SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycanda İrana qarşı iş aparırdı. SSRİ dağılıb, Azərbaycan müstəqil olandan sonra İrandan sözün əsl mənasında, Azərbaycana böyük axın oldu. Onlar dini, İran İslam Respublikasının inqilabını təbliğ etmək üçün mədəniyyət mərkəzi yaratdılar. Bu işlə əlaqədar onlar səfirliyin adından istifadə edirdilər. Bu dövrdə Azərbaycana çox sayda İrandan “din xadimləri” adı altında xüsusi xidmət orqanlarının əməkdaşları gəldi.


Uzun illər Azərbaycan da fəaliyyət göstərən İranın Mədəniyyət Mərkəzinin rəhbəri Ocaq Necatın İran xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu bilirdik. O, burada iş aparırdı. Həmin dövrdə İran Xüsusi Xidmət Orqanlarının əməkdaşları Bakı kəndlərində şiəliyi, İran İslam İnqilabını təbliğ edirdi. Məqsəd Azərbaycanda da İslam dövləti qurmaq, Azərbaycanı İrana birləşdirmək idi. Bunun üçün milyonlar, bəlkə də milyardlar xərclədilər…

GUNDEMXEBER.AZ bildirir ki, bu barədə bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Onun sözlərinə görə, İran xüsusilə onunla sərhəd olan cənub rayonlarında aktiv şəkildə iş aparırdı. İranın dəstəyi ilə Bakı kəndlərində İslam partiyası yaradılmışdı. Elşad Həsənov hesab edir ki, Nardaran hadisələri də məhz onların apardığı işin nəticəsi idi.

“Nardaranda nə qədər adam tutuldu. Bu, İranın Xüsusi Xidmət Orqanlarının apardığı işin nəticəsi idi. Bununla yanaşı onlar Azərbaycanlı gəncləri dini təhsil adı altında Qum şəhərinə aparırdılar. Qum şəhərində onlar xüsusi məktəblərdə həm təhsil alır, həm də kəşfiyyat-əks kəşfiyyat məsələlərini öyrənirdilər. Sonradan onların bəzilərini Suriyaya göndərdilər, bəziləri isə Azərbaycana qayıdıb, İranın təbliği ilə məşğul olmağa başladı.

Müəyyən boşluq olduğu üçün onlara çox imkanlar yaranmışdı. Ancaq onların bütün hərəkətləri hər zaman Azərbaycanın xüsusi xidmət orqanlarının nəzarətində olub”-deyə politoloq qeyd edib. Onun sözlərinə görə, 1992-ci ildə bir qrup İran Xüsusi Xidmət Orqanlarının əməkdaşları həbs edilir. Onlar xüsusi texnika ilə İraan məxfi məlumatlar ötürürdülər. Amma həmin şəxslərin diplomatik pasportları olduğuna görə, onlar İrana qaytarıldı. Ölkə rəhbərləri arasında bu mövzuda ciddi danışıqlar aparıldı.

“Yadınızdadırsa, akademik Ziya Bünyadov qətlə yetirildi. Həmin qətlin istintaqı sübut etdi ki, Ziya Bünyadovun qətli İran molla rejiminin tapşırığı ilə İranda təhsil almış Azərbaycanlılar tərəfindən həyata keçirilib. İran Xüsusi Xidmət Orqanları təkcə dini cameə arasında deyil, eyni zamanda Azərbaycanın hüquq mühafizə orqanları arasında da əməkdaşları məxfi cəsusluq işinə cəlb edə bilmişdilər. Onların bir çoxları aşkar olunub, tutulub, məhkəmə hökmü ilə layiqli cəzalarını alıblar”-deyə Elşad Həsənov əlavə edib.

Politoloqun sözlərinə görə, yanvarın 27-də İranda Azərbaycan səfirliyində törədilən terror aktı İran rejimin əsl simasını göstərdi. Azərbaycanda yaşayanların İrana mövqeyi dəyişdi. O, cümlədən İran təbliğatının təsirinə düşən soydaşlarımız da, başa düşdülər ki, İran terroru dəstəkləyən və "qardaş" dediyi dövlətə qarşı terror edən bir ölkədir.

“İran İslam pərdəsi altında Azərbaycana qarşı daim əxlaqsızcasına iş aparıb, ermənilərin də qardaşı olub. 30 illik işğal-müharibə dövründə hər zaman Ermənistanı dəstəkləyib. 44 günlük müharibədə qazanılan qələbə də onları məyus etdi. İran molla rejimi istəyirdi ki, Ermənistan qələbə çalsın. Ermənistan Azərbaycanı daha çox işğal etsin və Azərbaycanın müəyyən hissəsini də İran zəbt etsin. Onların arzuları gözündə qaldı” - deyən politoloq bildirib ki, İran İslam dininə etiqad etmir. Onların dini siyasidir və onlar xaricdən - Fransadan, Amerikadan idarə olunan din pərdəsi altında çalışan Xarici Xüsusi Xidmət oranlarının adamlarıdır. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan İran kəşfiyyatçısını ölkədən qovdu

    Azərbaycan İran kəşfiyyatçısını ölkədən qovdu ...

    23-11-2013, 23:02

  • 
  • İran Azərbaycanı çevrilişlə hədələməyə başladı

    İran Azərbaycanı çevrilişlə hədələməyə başladı ...

    25-11-2013, 13:13

  • 
  • İran Azərbaycana nota verdi

    İran Azərbaycana nota verdi ...

    25-11-2013, 12:08

  • 
  • Azərbaycan səmasında İran təyyarəsi vurulub

    Azərbaycan səmasında İran təyyarəsi vurulub ...

    29-11-2013, 13:00

  • 
  • İrandan Azərbaycana xainlik, Ermənistana dostluq - “İslam qardaşlığı” budur? - ŞƏRH

    İrandan Azərbaycana xainlik, Ermənistana dostluq ...

    25-08-2022, 20:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu