Siyasi həbslərin artması, insan hüquqlarına sayğısızlıq, vətəndaş cəmiyyəti institutları və milli medianın 80-90%-nin hökümətin nəzarətində olması gələcək üçün yaxşı heç nə vəd etmir.
Siyasi, iqtisadi və hüquqi islahatlara nə qədər tez start verilərsə bir o qədər bizi qarşıda gözləyən ciddi problemləri önləyə bilərik.
Lakin islahat, açılım real olmalı və bütün sahələri əhatə etməlidir. Elə bir islahat olmalıdır ki, onu cəmiyyət, vətəndaş yaşam tərzində hiss etməli, gündəlik rastlaşdığı problemlərin tədricən aradan qalxdığını müşayiət etməlidir.
Bunun üçün ilk öncə "Tərtər işi" cinayətinə rəhbərlik etmiş Hərbi prokurorluğun bütün rəhbərliyi vəzifədən kənarlaşdırılaraq cinayətdə əli olan vəzifəli şəxslər həbs olunmalıdırlar. Həmin prokurorluğun indiki rəhbərliyi dövründə həbs olunmuş bütün hərbi qulluqçuların işləri yenidən araşdırılmalıdır.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatların siyasi məhbus kimi tanıdığı məhbuslar azad edilməli, siyasi hüquqların təminatı ilə bağlı ciddi addımlar atılmalıdır. Əks təqdirdə hökümət gözləmədiyi halda insan seli ilə meydanlarda üz-üzə qalacaq.
İmkan olsa Bəxtiyar Hacıyevlə Əvəz Zeynallınıda təcili olaraq həbsdən buraxın, axı özünüzdə bilirsiniz ki, onlar cinayət yox, hansısa məmuru tənqid etdikləri üçün həbs olunublar.
Fikrət Cəfərli
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin sədri
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?