GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı kampaniya davam etdirilir

Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı kampaniya davam etdirilir

Tarix: 24-02-2023, 21:44 Bölmə :Cəmiyyət Baxış: 210


47 gündür aclıq aksiyası keçirən insan haqları fəalı Bəxtiyar Hacıyevlə bağlı ictimai kampaniya davam etdirilir. Kampaniya "Bəxtiyar Hacıyevi azad et!", "Öldürmə, azad et!" şüarları ilə aparılır. Bəxtiyar Hacıyevlə bağlı kampaniyaya bir sıra ictimai şəxslər də qoşulub və onun azadlığa buraxılmasına çağırış ediblər.

General-mayor Polad Həşimovun anası Səmayə Həşimova videomüraciət edərək, aidiyyatı qurumlardan Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını istəyib.

"Oğul itkisi dözülməzdir. Mən Bəxtiyarın anasına bu hissi yaşamağı arzulamıram. Gəlin, gənc balamızı xilas edək. Bunu Polad Həşimovun anası olaraq xahiş edirəm", - deyə Səmayə Həşimova bildirib.

"İnsanı göz görə-görə ölümün pəncəsinə buraxmasınlar"

Müğənni Nura Suri bildirib ki, Bəxtiyar Hacıyevin hazırkı vəziyyəti çox acınacaqlıdır:

“Aiddiyyəti orqanlardan xahiş edirəm, ona biganə qalmasınlar. İnsanı göz görə-görə ölümün pəncəsinə buraxmasınlar".

"Bəxtiyarın belə bir vəziyyətdə olması məni çox üzür"

PRoMete ləqəbi ilə tanınan repçi Pərviz İsaqov da Bəxtiyar Hacıyevə dəstək məqsədilə paylaşım edib. Onun sözlərinə görə repçi, Bəxtiyar Hacıyevin uzun müddətdir ki, aclıq aksiyası keçirməsini yeni öyrənib. Prometə bildirib ki, o tez bir zamanda Bəxtiyarın vəziyyətinin müsbətə doğru dəyişəcəyinə və onun sağlam, azad şəkildə cəmiyyətə qatılacağına ümid edir.

"Bəxtiyarla tanışlığımız məhz yaradıcı müstəvidə, "Birlik Üçün Oxu" layihəsi çərçivəsində olmuşdu. Bəxtiyarın yaradıcılığa necə həssas olduğunu bu iş zamanı kəşf etmişdim. İndi onun belə bir vəziyyətdə olması məni çox üzür", deyə o bildirib.

"Allah işinə fərəc eləsin, Bəxtiyara qıymasın"

Xalq artisti Flora Kərimova ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı Toplum TV-yə açıqlama verib.

Flora Kərimova ictimai fəalın fəaliyyətindən yaxşı məlumatlı olmadığını bildirib, amma onun azadlıqda olmasını arzuladığını qeyd edib:

"Allahdan başqa kim ona kömək edə bilər? Kim söz sahibidir? Mənə ayıb olar nədənsə qorxmaq, çəkinmək. Onsuz da itirəcəyim heç nə yoxdur. Onun fəaliyyətindən elə də məlumatım yoxdur. Niyə ordadır bilmirəm? Allah bilir, o nə dərəcədə suçludur, ya da kimsə onun qarşısında suçludur. Allah qapısını açsın!".

"Bəxtiyar Hacıyev başda olmaqla bütün günahsız insanları azad edin"

"Gənc Qazilər" İctimai Birliyinin sədri Hacı Vəliyev isə yazıb ki, Bəxtiyar Hacıyev 44 günlük Qarabağ müharibəsində dayanmadan ön cəbhədə döyüşən əsgər və zabitlərə yardım göndərirdi.

"İndi o qanunsuz olaraq həbs edilib. Qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası edir. Hazırda əlil arabasında hərəkət edir, vəziyəti olduqca pisdir, ölüm ayağındadır. Xahiş edirəm, Bəxtiyar Hacıyev başda olmaqla bütün günahsız insanları azad edin", deyə müharibə iştirakçısı bildirib.

"Bəxtiyar ölməsin!"

Jurnalist və dizayner Röyal Paşayev də Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına səsləyib. Jurnalist bildirib ki, heç kəs fikrinə və düşüncəsinə görə ölməməlidir.

“Aclıq aksiyası çarəsiz adamın ən son addımı, ümidi, etirazıdır. Günlərin birində həqiqətən də kimsə öləcək. Bəxtiyar ölməsin!”, deyə o bildirib.

"Bəxtiyar ölüm ayağındadır, bir insanı öldürmək olmaz"

2017-ci ilin mayında "Tərtər hadisələri" zamanı işgəncə nəticəsində öldürülən, daha sonra bəraət alan Elçin Quliyevin anası Validə Əhmədova da Bəxtiyar Hacıyevi azad etməyə çağırış edib:

"Hər kəsə məlum olduğu kimi Bəxtiyar ölüm ayağındadır, bir insanı öldürmək olmaz. Anaları ağlatmaq olmaz, bəsdir anaları ağlatdınız, zülm etməyin!”.

"Məsələnin hüquq müstəvisində çözülməsinin tərəfindəyik"

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Amerikanın Səsinə müsahibəsində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin aclıq aksiyasından danışıb. Deputat müsahibəsində bildirib ki, məsələnin ictimai-siyasi həyatda müxtəlif dairələr tərəfindən, o cümlədən beynəlxlaq uzantılarını göz önünə gətirdikdə, bunun hazırkı dövrdə Azərbaycan gündəliyində birinci yerdə qalmasını qətiyyən istəmirlər:

"Bu mənada aclıq aksiyasının dayandırılmasını, məsələnin hüquq müstəvisində çözülməsinin tərəfindəyik. Bəxtiyar bəy təkcə ictimai deyil, eləcə də siyasi fəaldır. Azərbaycana qarşı təzyiqlərin bir elementinə çevrilib. Bütün bu momentləri nəzərə alanda biz məsələnin belə gərgin, dramatik və tərəflərin hikkə səviyyəsində deyil, daha başqa vasitələrlə çözülməsinin üzərindəyik".

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 47 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib.

Fevralın 23-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin həbs qətimkan tədbiri 28 aprel 2023-cü il tarixinədək uzadılıb.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.


Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bəxtiyar Hacıyevin vəziyyəti ağırlaşdı – MRT olunmalıdır

    Bəxtiyar Hacıyevin vəziyyəti ağırlaşdı – MRT ...

    25-01-2023, 22:10

  • 
  • Bəxtiyar Hacıyevin ailəsi ilə görüşünə icazə verildi - Vəkilindən AÇIQLAMA

    Bəxtiyar Hacıyevin ailəsi ilə görüşünə icazə ...

    10-01-2023, 17:21

  • 
  • Bəxtiyar Hacıyevin adından yayılan yazışmlarla bağlı DİN-dən açıqlama

    Bəxtiyar Hacıyevin adından yayılan yazışmlarla ...

    12-03-2021, 11:55

  • 
  • Məhkəmə Bəxtiyar Hacıyevi HƏBSDƏ SAXLADI

    Məhkəmə Bəxtiyar Hacıyevi HƏBSDƏ SAXLADI ...

    23-12-2022, 14:11

  • 
  • Vəkil: 36 gündür aclıq edən Bəxtiyar Hacıyev məcburi sistem köçürülməsindən imtina edib

    Vəkil: 36 gündür aclıq edən Bəxtiyar Hacıyev ...

    14-02-2023, 13:59


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu