GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Dedi ki, “1 limon ver, səni buraxaq”, sən demə, 1 milyon istəyirmiş”

“Dedi ki, “1 limon ver, səni buraxaq”, sən demə, 1 milyon istəyirmiş”

Tarix: 28-02-2023, 21:50 Bölmə :Cəmiyyət Baxış: 865


Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – red.) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun apellyasiya məhkəməsi yekunlaşmaq üzrədir.

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkən iş adamı Akif Qurbanov dindirilib.

O məhkəmədə deyib ki, Mövlam Şıxəliyevlə toy məclisində söz-söhbətləri olub və 3 gün sonra zəng edərək onu MTN-ə çağırıblar: “Zəng gələndə dedim ki, mənim MTN-də nə işim var? Dedilər ki, çağıran Vüsal Ələkbərovdur. Növbəti gün MTN-ə getdim. Məni apardıqları otaqda bir nəfər mənə tərs-tərs baxırdı. Soruşdum ki, sən “nemes”sən? “Yox” deyib söyüş söydü. Sonra məni öz otağına apardı. Orada şirkətlərimi saymağa başladı. Axşam 7-yə qədər saxladılar, “povestka” verib buraxdılar. Səhəri gün yenə çağırdılar. Bu dəfə Mövlam Şıxəliyevin yanına apardılar. Uzun söhbətimiz oldu. Oradan isə köməkçisi Təhsin Ağayevin yanına apardılar. O dedi ki, bu gün Eldar (o zaman milli təhlükəsizlik naziri olan Eldar Mahmudovu nəzərdə tutur – red) müəllimin oğlunun toyudur. Səni mənə tapşırdı. Bizə 1 limon ver, səni buraxaq. Dedim ki, sizə 1 limon nə edəcək? Astaradan, Lənkərandan 10 kilo limon gətizdirərəm. Təhsin Ağayev güldü, dedi ki, 1 milyon istəyirlər. Mən isə dedim ki, hərənizə 10 min manat verə bilərəm. Axşam məni azad etdilər. Səhər ailəmlə Dubaya getdim, 4 ay xaricdə qaldım. Bu müddətdə hər gün bir oğlumu MTN-ə çağırıb incidirdilər. Oğlanlarımla razılığa gəldilər. Vüsal Ələkbərova 1 milyon dollar verdik. Pulu verəndə dedi ki, bu işdən kimsə xəbər tutsa, sən də, oğlanların da həbsə gedəcəksiz”.

Zərərçəkən məhkəmədən xahiş edib ki, Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun cəzaları 12 ildən 14 ilə qaldırılsın, ona vurulan ziyan ödənilsin.

Fotoda: Mövlam Şıxəliyev

Digər zərərçəkən Hüseyn Səfərov isə ifadəsində bildirib ki, evlərini satıb pullarını Mövlam Şıxəliyevə verdiyinə görə kirayələrdə yaşayır: “Bunlar mütəşəkkil dəstədirlər, məndən 2 milyon pul alıblar. Hərbi Məhkəmə gedən dövrdə Mövlam Şıxəliyevin vəkili gəlib dedi ki, səs-küy salma, Eldar Mahmudov 3 nəfərin – sənin, Əfsəl Həsənəliyevin və Zaur Əliyevin pullarını ödəyəcək. Bunu Mövlam Şıxəliyev də təsdiqlədi. Dedi ki, kişinin sözü bir olar. 2 ay keçdi, kişinin sözü bir olmadı. Bizə vurulan ziyanın ödənilməsini və dördünə də ən yüksək həddə cəza təyin olunmasını tələb edirəm”.

Daha sonra zərərçəkən Zaur Əliyev dəlillərlə çıxış edib: “MTN-in arxasında poliklinika var. Pullar poliklinikanın qarşısında alınırdı. Oranın kameraları vasitəsilə də pul alınması prosesi izlənilirdi. Hətta pulu alıb MTN binasındakı kabinetə aparan adamı belə izləyirdilər. Çünki onlar özlərinə belə inanmırdılar. Baş Prokurorluğun İstintaq İdarəsi bu məsələləri araşdırmayıb. Zərərçəkənlərdən birinin 8 milyon pulu 8 televizor qutusunda MTN binasına gətirilib. Bu pullarla bağlı formal da olsa, hər hansı istintaq hərəkəti həyata keçirilməyib. Bu mütəşəkkil dəstənin başçısı Eldar Mahmudov olub. Mövlam Şıxəliyev sadəcə icraçıdır. Eldar Mahmudovdan prokuroru da, hakimi də, notariusu da, məmuru da qorxub. Adı gələndə belə deyirdilər ki, onun adını çəkmə”.

Daha sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov çıxış edib. O bildirib ki, müvəkkilinin əməlində cinayət sıfra bərabərdir: “Mövlam Şıxəliyevə məxsus üzərinə həbs qoyulan əmlakların 90 faizini o, MTN İstintaq Baş İdarəsinin rəisi olmazdan əvvəl əldə edib. Ailə üzvlərinə aid pay torpağı müsadirəyə götürülüb. Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva bacısı oğlu ilə birlikdə mebel biznesi ilə məşğul olub. Biznesdə Aybəniz Şıxəliyevanın oğlu Elgün Şıxəliyev də iştirak edib. O, Səbail rayonu ərazisində məhz Aybəniz xanımın mebel biznesindən əldə etdiyi gəlirlər hesabına əmlaklar alıb. Amma həmin əmlakların yarısı müsadirəyə götürülüb. Halbuki Mövlam Şıxəliyevin əməlində həmin dövrə aid hər hansı bir ittiham yoxdur.

Dövlət qanunu işgəncəyə çevirə bilməz. Xahiş edirəm ki, müşavirə otağında bu nüanslara baxın və ədalətli qərar çıxarın. 5-10 ildən sonra deyəcəklər ki, hakim İlqar Murquzov Mövlam Şıxəliyevin 70 illik əmlaklarını müsadirə elədi”.

Fotoda: Keçmiş MTN binası

Daha sonra hakim çıxış üçün sözü dövlət ittihamçısına verib. Prokuror Bakı Hərbi Məhkəməsinin Mövlam Şıxəliyev və digər 3 şəxs barəsində çıxardığı hökmün cəza hissəsi ilə razı olduğunu deyib. Dövlət ittihamçısının narazı qaldığı hissə isə müsadirəyə götürülən əmlaklarla bağlıdır. Belə ki, Bakı Hərbi Məhkəməsi istintaq dövründə üzərinə həbs qoyulan əmlakların yarısına qədərini Mövlam Şıxəliyevə qaytarıb. Dövlət ittihamçısı isə bildirib ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub və geri qaytarıla bilməzdi. Ona görə də məhkəmədən xahiş edib ki, xüsusi müsadirədən çıxarılan həmin əmlaklar tam olaraq müsadirəyə götürülsün.

İş üzrə qərarın növbəti prosesdə – martın 6-da elan olunacağı gözlənilir.

Xatırladaq ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

Ötən ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum edilib. Generalın 7,7 milyon manatlıq əmlakı müsadirə edilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var./Qafqazinfo/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Həbsdə olan MTN polkovnikinin məhkəməsi TƏXIRƏ DÜŞDÜ

    ​Həbsdə olan MTN polkovnikinin məhkəməsi TƏXIRƏ ...

    15-02-2018, 23:02

  • 
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45

  • 
  • “Məndən hədə-qorxu ilə alınan pulun yarısı kreditlə alınıb və bu günə qədər də həmin krediti ödəyirəm” - MTN İŞİ...

    “Məndən hədə-qorxu ilə alınan pulun yarısı ...

    19-11-2021, 11:19

  • 
  • Ziyad Səmədzadənin dilənçiyə çevirdiyi keçmiş milyonçunun səhhəti pisləşdi - İbrahim Zeynalov həkim nəzarəti altındadır

    Ziyad Səmədzadənin dilənçiyə çevirdiyi keçmiş ...

    8-04-2022, 12:54

  • 
  • “Bərəkət İnşaat”ın sahibindən 1 milyon manatı kim və necə alıb?

    “Bərəkət İnşaat”ın sahibindən 1 milyon manatı kim ...

    22-01-2017, 00:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu