Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hacı Şahin kim idi? – BİOQRAFİYA
Bu gün səhər saatlarında tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin qəfil vəfatı onun kimliyi və şəxsiyyətinin ətrafında maraq yaradıb.
Tanınmış ilahiyyatçının həyat və fəaliyyətilə bağlı vacib məqamları oxucuların diqqətinə çatdırırıq.
Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Texniki Universitetinin məzunu olan Hacı Şahin, ikinci təhsilini tarix üzrə Bakı Dövlət Universitetində alıb. O, eyni zamanda, fars və rus dillərini də bilirdi.
Təkcə dindarlar deyil, cəmiyyətin digər kəsimləri arasında da böyük nüfuza sahib olan Hacı Şahin, həm də ictimai xadim kimi fəaliyyət göstərirdi. O, sağlığında kütləvi tədbirlərdə, şəhidlərin dəfn mərasimində yaxından iştirak etməklə şəhid ailələrinə mənəvi dəstəyi ilə diqqət çəkirdi. Eyni zamanda Vətən müharibəsi dövründə hərbçilərin ruh yüksəkliyinin artırılmasında da rolu olub.
Hacı Şahin son zamanlar Azərbaycan və İran arasında gərginləşən siyasi proseslər zamanı da açıqlamaları ilə diqqət çəkirdi. O, bu mövzuda son olaraq Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləmiş, İranın buna görə məsuliyyət daşıdığını demiş, “Xarici ölkələrdəki səfirliklər Azərbaycan ərazisidir və insan vətən uğrunda canını fəda edirsə, şəhiddir” açıqlaması ilə yadda qalmışdı.
Bu gün 48 yaşında vəfat edən alim, dini fəaliyyətinə 1991-ci ildən başlayıb. Bir il sonra isə paytaxtın Yasamal rayonunda yerləşən “Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani kimi fəaliyyət göstərib. 2001-ci ildən “Məşədi Dadaş” məscidində imam-camaat olub. 2014-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.
Hacı Şahin ailəli, dörd uşaq atası idi.
Allah rəhmət eləsin!
GUNDEMXEBER.AZ
6-11-2018, 15:11
18-02-2021, 11:27
26-07-2014, 14:57
27-11-2015, 13:11
30-09-2021, 13:37
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?