GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bazar günü qətnaməsilə özgə əmlakını ələ keçirən icra məmuru Kamil Əliyev necə və neçəyə hakim olub?

Bazar günü qətnaməsilə özgə əmlakını ələ keçirən icra məmuru Kamil Əliyev necə və neçəyə hakim olub?

Tarix: 13-03-2023, 22:26 Bölmə :Cəmiyyət Baxış: 680


Məhkəmə hakimiyyəti icra, ədliyyə, məhkəmə məmurlarının ağılasığmaz iş prinsipi belədir?


 Yevlax rayon məhkəməsinin hakimləri sırasında  2022-ci ildə Əliyev Kamil Çingiz oğlunun yer almasının prezident fərmanı ilə gerçəkləşdiyini biləndə eyni ad, soyad, ata adlı başqa şəxsin olduğunu güman etdim. Nə qədər bu Kamil Əliyev Çingiz oğlu haqqında bilgi toplamağa çaba göstərsəm də, e-məhkəmə portalından, Ədliyyə Nazirliyindən, Məhkəmə-Hüquq Şurasından heç bir informasiya əldə etmək mümkün olmadı. Bu həmin Ədliyyə Nazirliyinin  Xətai icra şöbəsinin icra məmurudursa, bunun saxta məhkəmə qətnaməsi tərtib edib, vətəndaşların toxunulmaz əmlakına yiyələnməsi, sığorta dələduzları ilə birlikdə avtomobillərə yol polisi araçılığı ilə həbs qoydurması faktı ədliyyə nazirinə, məhkəmə hüquq şurasının sədrinə də bəllidir, hazırda onun müavini olan, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Eldar Nuriyevə də! Hələ üstəlik baş prokurorun, yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin, birinci instansiyadan tutmuş ali instansiyaya kimi bütün məhkəmə-hüquq sisteminin bu mütəşəkkil cinayətdən, icra, məhkəmə, sığorta dələduzluğundan xəbəri var! Ona görə də 2022-ci ildən hakim təyin olunan Əliyev  Kamil Çingiz oğlunun həmin dələduz, məhkəmənin səlahiyyətlərini mənimsəyib, saxta məhkəmə qətnaməsi ilə icraçılıq edən eyni ad, soyad, ata adlı şəxs olmadığını güman edirdim. Gümanımda yanılmışammış, e-məhkəmə portalında Yevlax rayon məhkəməsinin yeni hakimi Əliyev Kamil Çingiz oğlu haqqındakı bilgi keçmiş icra məmurunun hakim təyin edilməsini doğrulayır. 

İndiki hakim,  keçmiş icra məmuru Kamil Çingiz oğlu Əliyevin icra dələduzluğu dosyesindən bir fakt: Azərbaycan Respublikasının vətəndaşı Bədəlov Zahid Xanmalı oğlunun “ATA sığorta” şirkətində icbari sığortası olan 90-MG-843 dövlət nömrə nişanlı “Volkswagen” avtomobili 2011-ci ilin 13 noyabrında Yasamal rayonu ərazisində yol qəzasının iştirakçısı olub və yol polisinin 100 manatlıq cəriməsi ilə başa çatıb. Bir ara sonra Xətai icra məmuru Kamil Əliyev olduğunu deyən şəxs Zahid Bədəlova zəng edərək Xətai məhkəməsinin 2012-ci il tarixli  icra sənədinə əsasən digər avtomobilin Kasko sığortaçısı “Atəşgah” sığorta şirkətinə 3100 manat borclu olduğunu bildirib və məbləği azalda biləcəyini deyərək, görüşməyi təklif edib. Təbii ki, “borclu” məhkəmədən xəbərsiz olduğunu, 3100 manatlıq ziyan məbləğinin şişirdildiyini, lap olsa da, qanunvericiliyə görə ziyan məbləğinin 5000 manata qədər olan hissəsinin avtomobilini  icbari sığorta etdirdiyi “ATA” sığorta şirkətinin ödəməli olduğunu bildirib. 

Məhkəmənin olayın baş verdiyi Yasamalda yox, Xətaidə keçirilməsini avtomobil yiyəsinin qeydiyyat ünvanı ilə “əsaslandıran” icra məmuru, gələcəyin hakimi məhkəmənin niyə cavabdehdən xəbərsiz keçirilməsinə cavab verə bilməyib. 

Dələduzluq faktı ilə üzləşən vətəndaş Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət edib, Prezident Administrasiyası Ali Məhkəməyə, Ali Məhkəmə isə Xətai rayon məhkəməsinə. Xətai rayon məhkəməsi 07.12.2012 tarixli məktubla bildirib : ”..Bədəlov Zahid 

Xanmalı oğlu cavabdeh olmaqla ona qarşı hər hansı mülki iddia ərizəsi 2012-ci ildə Xətai rayon məhkəməsinə daxil olmamışdır.” Xətai məhkəməsinin sədrinin böyük məsləhətçisi Vaqif Xələfbəylinin imzaladığı məktubu Ombudsmana, PA -ya, NK-ya göndərib, icra məmuru Kamil Əliyevin avtomobilinə qoyduğu həbsin götürülməsini tələb edən vətəndaşın müraciətləri aidiyyatı üzrə Ədliyyə Nazirliyinə göndərilib və oradan da olmayan iddia üzrə  saxta məhkəmə qətnaməsininin icrasının məcburiliyi bildirilib. PA-nın şöbə müdiri Eldar Nuriyev 28.02.2014 tarixli məktubla vətəndaşın ərizəsini ədliyyə naziri Fikrət Məmmədova baxılması üçün göndərib. 9 il keçib, hələ də nazir PA-nın şöbə müdirinin müraciətinə cavab verməyib. Hazırda ədliyyə nazirinin müavini olan Eldar Nuriyev yəqin 9 il qabaqkı məktubunu özü araşdırar. PA-dan,  NK Aparatından, Ali Məhkəmədən, Ombudsmandan daxil olan müraciətlərə  cavab olaraq, icra baş idarəsinin ovaxtkı rəisi Xanlar Zeynalov  11.03.2014 tarixli, icra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev 16.04.2014 tarixli Ədliyyə Nazirliyinin  Xətai rayonu icra şöbəsinin rəis müavini Fuad Nəbiyev 03.03.2014 və 05.05.2014 tarixli məktublarla bildiriblər : “Xətai rayon məhkəməsinin 2 (011)-1529 saylı 08.04.2012 tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən “Atəşgah” sığorta şirkətinin hesabına 3076 manat və 20 manat dövlət rüsumu ödənilməlidir. Özbaşınalığa baxın, məhkəməyə 2012-ci ildə  iddia ərizəsi daxil olmadığı halda, vətəndaşdan 08 APREL 2012 TARİXLİ QƏTNAMƏ ƏSASINDA BORC TƏLƏB EDİLİR! Bu icra, ədliyyə, məhkəmə dələduzlarının birinin də vecinə deyil və ağıllrarına gəlmir ki, birincisi, Xətai məhkəməsinin rəsmi məktubu ilə 2012-ci ildə məhkəməyə “borclu” barəsində iddia daxil olmaması bildirilib ; ikincisi, bunların birinin də “ağlına gəlməyib” təqvimə baxsınlar ki, 08 aprel 2012-ci il bazar gününə düşür. Bazar günü qətnamə qəbul oluna bilər? Heç demə, Xətai rayon məhkəməsində bazar günü də iş günü imiş! Hakim Raziya Ataşovanın bazar günü -08.04.2012 tarixli qətnamə qəbul etməkdən əmək haqqına nə qədər “paket” alması bu yazının mövzusu deyil, mövzumuz saxtalığı şübhə doğurmayan, özlərinin rəsmi məktubları, qərarları ilə doğrulanan məhkəmə aktları qəbul edən, bu saxta aktlarla əmlaka da, vətəndaşın özünə də həbs qoyan Əliyev Kamil Çingiz oğlunun necə hakim təyin olunmasındandır. Keçmiş icra məmuru onu da bilmir ki, icra məmurunun həbs seçmək hüququ yoxdur! “İcra haqqında” qanunun 50 -ci maddəsinə əsasən, əmlaka həbsi yalnız məhkəmə qoya bilər. İcra məmuru isə nəinki əmlaka, vətəndaşın özünə də həbs seçib! (?) Yaxşı ki, baş prokurorluq anında bu ikiqat həbsin yolverilməz olduğunu hazırkı hakimə və havadarlarına anlada bilib. 

Belə məhkəmə hüquq  sistemi ilə nə insan hüquqları qorunar, nə dövlət maraqları. Qorunan yalnız dələduzluqla doldurulan ciblər olar. Bu fakt açıq – aşkar Azərbaycanda məhkəmə hakimiyyətinin icra, ədliyyə, məhkəmə məmurlarının inhisarında dələduzluq, rüşvət , korrupsiya meydanına çevrildiyini göstərir. Belə göstərici isə heç kəsə başucalığı gətirməz.


Məğrur Bədəlsoy

 

P.S. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin bu özbaşınalığa qiyməti ilgincdir. 

Öncə 09.12.2013 tarixli məktubla məhkəməyə iddia ərizəsinin daxil olmadığı halda, əmlakın üzərinə həbs qoyulmasının aydınlaşdırılmasını istəyən Ombudsman, aldığı cavab  haqqından elə  ”müdafiə 

qurub” ki, 30. 12.2013 tarixli məktubla barəsində məhkəməyə iddia daxil olmayan şəxsin bazar günü- 08.04.2012 tarixli qətnamə ilə 3096 manat borc ödəməli olduğunu bildirib. (??)

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ədliyyə Nazirliyinin icra məmuru tələbkar Qarabağ qazisini şantaj edir

    Ədliyyə Nazirliyinin icra məmuru tələbkar Qarabağ ...

    30-03-2022, 21:17

  • 
  • İcra məmurları ilə yol polisinin “stop biznesi ” Toxunulmaz mülkiyyətə yiyəsindən xəbərsiz necə həbs qoyulur?

    İcra məmurları ilə yol polisinin “stop biznesi ” ...

    3-08-2020, 10:35

  • 
  • Məhkəmə ədalətsizliyinin beləsi də var... - Ədliyyə Nazirliyinin Suraxanı rayon icra şöbəsindən GİLEY

    Məhkəmə ədalətsizliyinin beləsi də var... - ...

    27-09-2018, 11:11

  • 
  • Ədliyyə nazirinə yeni müavin təyin edilib

    Ədliyyə nazirinə yeni müavin təyin edilib ...

    26-12-2019, 16:42

  • 
  • Sabiq deputatın oğlu məhkəmə qarşısında

    Sabiq deputatın oğlu məhkəmə qarşısında ...

    11-11-2014, 23:41


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu