GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Başı-başına buraxılan ELEKTROSUKİTERLƏR – Od qiymətinə olan əyləncənin sahibi kimdir?

Başı-başına buraxılan ELEKTROSUKİTERLƏR – Od qiymətinə olan əyləncənin sahibi kimdir?

Tarix: 24-03-2023, 12:45 Bölmə :Cəmiyyət Baxış: 198

Başı-başına buraxılan ELEKTROSUKİTERLƏR

Bu gün paytaxtın demək olar ki, hər tərəfində, elektrosukuterlərə rast gəlmək mümkündür. Avropa ölkələrində elektrosukuterlərdən nəqliyyat vasitəsi, tıxaclara alternativ vasitə kimi istifadə olunur. Bizdə isə insanlar daha çox ondan əyləncə vasitəsi kimi istifadə edir. Bulvarda, əhalinin sıx olduğu parklarda onlardan istifadə edənlər var. Amma bunu şəhərin hər yerinə şamil etmək olmaz. Hətta bəzi ərazilər də bu elektrosukuterlər baxımsız, sahibsiz, atılmış vəziyyətədirlər.

Ekspertlər hesab edir ki, məlum cihazlar oyuncaq deyil, ondan istifadə etməyi, sürməyi bacarmaq lazımdır.
Ətrafdakı insanlar üçün təhlükəyə çevrilməməlidir. Digər bir problem isə vasitənin qiymətinin baha, saatı 5-6 manat olmasıdır ki, bu da ona olan marağı azaldır. Elə isə hər gün göbələk kimi çoxaldığı halda, demək olar ki, istifadəsiz qalan, yaxud da sürülüb hansısa bir küçədə yol qırağında atılan bu elektrosukuterlərin şəhərə doldurulmasında məqsəd nədir?
Gundemxeber.az bildirir ki, Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı elektrosukuterlərin baxımsız qalmasının səbəbini qiymətlərin baha olması ilə əlaqələndirilib.
“Qiymətlərin baha olmasını müzakirə etmək olar. İstənilən bir yenilik hər zaman problemlə müşahidə edilir. Zamanla bunu tənzimləmək olar. Ancaq elektrosukuterlərin bu gün ən çox problemə çevrildiyi məkan bulvar ərazisidir. İnsanlar gəzir, idman edir, uşaqlar əylənir. Sukuterlərin əlindən bir çox insanlar bulvara getmir. Onlar üçün xüsusi zona yaratmaq olar ki, həmin xətdən kənara çıxmasınlar”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov elektrosukterlərin Bakı şəhərinin ərazisinə özəl şirkətlər tərəfindən yerləşdirdiyini deyir:
“Bu vasitələrin özəl şirkətlər tərəfindən yerləşdirilməsi normaldır. Yəqin ki, onlar Bakı Şəhər İcra Hakimiyyətindən icazə alırlar və vergilərini də ödəyirlər. Bu sukuterlər fərdi mobil vasitəsi sayıla bilər. Düşünürəm ki, zamanla Azərbaycanda ondan istifadə edənlərin sayı artacaq. Kirayə götürməklə yanaşı, almaq da olur”.

Yollarda təhlükə mənbəyi

Ekspert vasitənin şəhərdə idarə edilməsi ilə bağlı qəbul edilmiş qaydalara ehtiyac olduğunu vurğulayıb:
“Bizim avtonəqliyyat üzrə ekspert qrupunun- “Elektosukterlərin Azərbaycanda istismarı” adlı layihəmiz var. May ayına qədər hökumətə təqdim etməyi düşünürük. Yaşı 16-dan az olan uşaqların elektrosukuteri avtomobil yolunda sürməsi qadağan olunmalıdır. Vasitədən istifadə etmək üçün hər hansı bir sürücülük vəsiqəsinə ehtiyac yoxdur. Müasir sukterlərin surəti çox yüksəkdir. Eləsi var ki, sürəti saatda 50-60 km-ə gəlib çatır. Sukuterlərin sürət həddi olmalıdır.
Hansı ki, saatda 25 km-dən artıq olmamalıdır. Bununla bağlı da layihə hazırlayıb təqdim edəcəyik. Təhlükəsizlik məsələsinə gəlincə, sürərkən mütləq ön və arxa fənərləri açıq olmalıdır. Sürən şəxsin başında qoruyucu dəbliqəsi mütləqdir. Kirayə qiymətləri bahadır. İnsanlar özləri bu vasitəni aldıqdan və sayları artdıqdan sonra qiymətlər düşəcək. Hələ ki. gənclər tərəfindən əyləncə vasitəsi kimi istifadə olunur. Amma ondan ciddi şəkildə istifadə edən orta yaşlı insanlar da var”.
Qeyd edək ki, sakinlər bulvar ərazisində elektroskuter sürmək üçün “Wingz.az” mobil tətbiqini yükləməli, qeydiyyatdan keçməklə kart hesabını daxil etməlidirlər. Hazırda cihazı istifadə etmək üçün yaş həddi yoxdur. İdarə etməyi bacaran istənilən şəxs gəlib elektroskuteri icarəyə götürə bilər. Vaxt isə skuteri icarəyə götürdüyünüz andan hesablanır.
Bu vasitədən istifadə edənlərlə apardığımız sorğudan məlum oldu ki, aparatlar maraqlı və əyləncəli olsa da, qiymətləri bahadır. Şəhər sakini Fərid İlqarov:
“Cəmi bir dəfə istifadə etdim. Saatı 5 manatdan yuxarıdır. Sürmək əyləncəli idi. Şərait yaradılsa, bu vasitə ilə tıxac problemindən də qurtulmaq olar”.
Vəli Rəşadov isə bildirdi ki, bir dəfə işə gecikdiyi üçün bu vasitədən istifadə edib:
“20 Yanvar metrostansiyasının qarşısından “Port Baku” istiqamətində işə getməliydim. Vaxt az, yollar tıxac idi. Sukuterdən istifadə etməklə vaxtında işə çata bildim. Bu sahədə qaydalarda, qiymətlərdə tənzimlənmə olsa istifadə edənlər çoxalar”.
Qeyd edək ki, müvafiq qurumlardan (Bakı şəhəri İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, Dənizkənarı Bulvar İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi) aldığımız açıqlamadan məlum oldu ki, bu cihazların yerləşdirilməsi və ya hərəkətinin tənzimlənməsi ilə bağlı heç bir dövlət qurumu məşğul olmur. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Aİ-92” markalı benzinin keyfiyyəti aşağı düşüb?

    “Aİ-92” markalı benzinin keyfiyyəti aşağı düşüb? ...

    7-09-2018, 14:40

  • 
  • Bakı yollarında xaos nə vaxt bitəcək?

    Bakı yollarında xaos nə vaxt bitəcək? ...

    18-09-2013, 10:43

  • 
  • Qonşudan gələn təhlükə

    Qonşudan gələn təhlükə ...

    25-01-2015, 23:36

  • 
  • Kredit Zəmanət Fondu hazır mənzilləri alır və vətəndaşlara satır... - Bu, doğru deyil

    Kredit Zəmanət Fondu hazır mənzilləri alır və ...

    26-05-2020, 11:33

  • 
  • Cadu cahillikdirsə, cadu yazdıran siyasətçi kimdir? - Üç RƏY

    Cadu cahillikdirsə, cadu yazdıran siyasətçi ...

    23-12-2013, 15:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (378)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu