Bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə yerləşən Laçının Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürdüyünü açıqlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, bu addım yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar atılıb. "Yeni yol" dedikdə atəşkəs razılaşması əsasında ötən ilin yayında Azərbaycana təhvil verilmiş Laçın şəhərindən kənar keçməklə Ermənistanı Xankəndi ilə birləşdirən yol nəzərdə tutulur. GundemXeber.Az bildirir ki, bunu Müdafiə Nazirliyi BBC Azərbaycancaya təsdiq edib.
Nazirlik yüksəklik və yolların hansı hərbi əməliyyatlar zamanı nəzarətə götürülməsi və bu zaman itkilərin və qarşı tərəflə silhalı toqquşmanın olub-olmaması barədə sualımıza cavab verməkdən imtina edib.
Laçının Cağazur və Zabux kəndləri Ermənistanla sərhəddə yerləşir və kəndlərin arasındakı avtomobil yolu Ermənistanın Gorus bölgəsi ilə Azərbaycanın Laçın şəhərini birləşdirən yolun üzərindən keçir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?