Gundemxeber.az » Ölkə » Cəmiyyət » İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb
İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb.
Bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb.
Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç rayonunda baş verib
“İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib.
Terrorçulara qarşı effektiv tədbir görülməsi və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün İran tərəfi ilə lazımi əlaqə qurulur”, – məlumatda qeyd olunub.
Hadisə ilə bağlı heç kim məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, Pakistan-İran sərhədi 900 km uzunluğundadır. Daha əvvəl də İran – Pakistan sərhədində təhlükəsizlik insidentləri baş verib.
GUNDEMXEBER.AZ20-02-2020, 10:42
10-12-2013, 21:54
14-03-2018, 12:35
12-12-2022, 16:33
12-03-2015, 09:19
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?