GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əhməd İsmayılovun "Komanda" davası: "Mətbuat çəpik çalmalı deyil"

Əhməd İsmayılovun "Komanda" davası: "Mətbuat çəpik çalmalı deyil"

Tarix: 3-04-2023, 10:07 Bölmə :Cəmiyyət Baxış: 393


"Komanda.az" saytının rəhbəri, jurnalist Rəşad Ergün Medianın İnkişafı Agentliyini tənqid edib. 


Səbəb saytın reyestrdən əsassız olaraq keçirilməməməsi ilə bağlıdır. 

Bu barədə Rəşad Ergün "Feysbuk" hesabında yazıb.

O bildirib ki, "komanda.az" saytı Media Reyestrində qeydiyyat üçün iki dəfə müraciət edib, amma ikisində də "yox" cavabı alıb.

Media Agentliyi "20 özəl xəbər" bəhanə gətirib: "Birinci dəfə qarşı tərəfdən zəng edən bəyə izah etdim ki, bizdə hər gün saytda 50-60 material olur: xəbərlər, köşə yazıları, sorğu, müsahibə və sair. İkincidə artıq izah eləməyə həvəsim olmadı. Başa düşdüm ki, məqsədli şəkildə incitmək istəyir, bəlkə də, ümumiyyətlə, qeydiyyatdan keçirmək istəmirlər".

Rəşad Ergün Medianın İnkişafı Agentliyinə bir sıra susllar da ünvanlayıb. 

Jurnalist hesab edir ki, Media Agentliyi reyestr məsələsində ayrı-seçkiliyə yol verir: 


"1. "Komanda.az" saytı "Komanda" qəzetinin varisidir. "Komanda" adı 2008-ci ildən mətbuatdadır. Yəni tam 15 il. "Komanda"dan kimlər çıxmayıb? İndi "CBC Sport"da, "İdman Azərbaycan"da işləyən xeyli jurnalist vaxtı ilə "Komanda"nın sıralarında olub. Klubların, federasiyaların mətbuat xidmətlərində çalışanlardan neçəsi "Komanda"nın "şinel"indən çıxmış, burada əmək vermiş jurnalistlərdir. "Komanda"nın əməkdaşları dəfələrlə ölkədə "ilin ən yaxşı jurnalisti" seçilib. Davam edim? Hələ ki, bəsdir.


2. "Komanda" 2008-ci ildən Azərbaycanda "ilin ən yaxşı məşqçisi"ni seçir. "Google"da "Qurban Qurbanov ilin məşqçisi" başlığı ilə axtarış verin və nəticələrə baxın. Hətta dövlət saytları, telekanalları, qəzetləri də "Komanda.az"ın hər il keçirdiyi ənənəvi sorğunun nəticələrini yayımlayıb. İndi siz - Media Reyestrini idarə edən yoldaşlar, ölkə Prezidentinin "Şöhrət" ordeni verdiyi məşqçinin "Komanda.az"ın keçirdiyi sorğuda illərlə qazandığı "İlin ən yaxşı məşqçisi" mükafatlarını heçə sayırsınız? Silib atırsınız öz aləminizdə?


3. "Komanda" yarandığı gündən ofisi olub və şəxsən mənim tək iş yerim olub. Qeydiyyata aldığınız saytlardan neçəsində bunlar var?


4. Gələk 20 özəl xəbər məsələsinə. Birincisi, belə anladım ki, "20 özəl xəbər" məsələsi sadəcə, kimlərəsə qarşı istifadə etmək üçün silahdır. Səbəbini deyim. Heç müraciət etmədiyi halda reyesterdən keçirdiyiniz neçə sayt var? Bəs, gündəlik 20 özəl xəbər bir yana, heç 15 xəbəri olmadığı halda qeydiyyata aldığınız saytların sayı neçədir? Adlarını yazım? Yox, hələ ki yox...


Nəhayət, "Komanda.az"da gündəlik 20 yox, bəzən 25, bəzən 30 özəl xəbər olur. Bura təbii ki, xarici xəbərlər də aiddir. Xarici xəbərləri yoxsa özəl xəbər saymırsınız? Öz qaydalarınızdır, saymalısınız. Çünki qeydiyyatdan keçirdiyiniz saytların hamısı bu qaydada işləyir, hətta bəziləri bizim xəbərləri olduğu kimi, istinadsız verir. Məsələ o deyil, halal xoşları...


5. "Komanda.az" sıradan, dünən yaranan bir sayt deyil. Media Reyestrində əyləşənlərin münasibəti isə sadəcə ayıbdır. Mediaya gəlmisinız, amma gerçək medianın yükünün kimlərin çiyinlərində olduğunu anlamamısınız. 


"Komanda.az" sərt tənqid edir? Yaxşı edir, mətbuat tənqid etməlidir, çəpik çalmalı deyil. Şəxsən mənim sosial mediadakı paylaşımlarım sərt olur? Yaxşı edirəm, fikrimi hansı formada ifadə etmək üçün kimdənsə icazə alan deyiləm. Hansısa partiyanın, qruplaşmanın, nə bilim, təriqətin üzvü deyiləm, hansısa xarici dövlətə işləmirəm, nəyi necə yazmağı özüm müəyyənləşdirirəm. 

Medianın İnkişafı Agentliyi jurnalistin yazdıqlarına hər hansı bir reaksiya verməyib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qurban Qurbanov: “Komanda tam hazır deyil”

    Qurban Qurbanov: “Komanda tam hazır deyil” ...

    4-02-2016, 13:34

  • 
  • MEDİA reyestrinə görə ilk məhkəmə iddiası qaldırıldı

    MEDİA reyestrinə görə ilk məhkəmə iddiası ...

    6-01-2023, 14:06

  • 
  • Rusiya təyyarələri İŞİD-in komanda məntəqəsinə yeni zərbə endirib

    Rusiya təyyarələri İŞİD-in komanda məntəqəsinə ...

    1-10-2015, 23:26

  • 
  • Yurgen Klinsmann: Azərbaycan yığması top-komanda deyil

    Yurgen Klinsmann: Azərbaycan yığması top-komanda ...

    27-05-2014, 11:00

  • 
  • Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilib

    Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi ...

    28-04-2016, 22:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu