"Həmişə yaz mövsümündə alergik xəstəliklərinin artması tendensiyasi müşahidə edilir. Koronavirus pandemiyasından, xüsusi ilə də vaksinasiyadan sonra insanlarda allergik xəstəliklərə meyilliliyin artması da qeyd olunur”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Aqil Qeybulla deyib. Onun fikirincə, bunun birbaşa vaksinasiya ilə bağlılığının olub-olmamasını demək çətindir:
"Amma hər halda bu cür tədqiqatlar və faktlar var. Müəyyən bir dövrdən sonra xəstəliklərə nəzarət və profilaktika mərkəzləri bununla bağlı konkret rəy açıqlayacaqlar”.
Adil Qeybulla deyir ki, yazda xəstəliklərin xüsusi çəkisinin artması da faktdır:
"Hesab edirəm ki, alergik xəstəliyi olanlar diqqətli olmalıdırlar. Yazda ağaclar çiçəkləyəndə, müxtəlif ətirlərin qoxuları bu xəstələrin nəfəs yollarında, xüsusi ilə də burun yollarının şişməsinə, axmasına gətirir. Bu da xəstələri narahat edir. Bundan başa müxtəlif səpkilər şəkilində olan alergiyaya meyilli şəxslər də var ki, onlar ilk növbədə həkimə müraciət edib, lazımı dərman qəbul etməlidirlər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?