Xəbər verdiyimiz kimi, Baş Prokurluq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun əmlaklarının xüsusi müsadirədən azad olunması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından protest verib. Həmin protestə Ali Məhkəmənin iki gün əvvəl baxacağı barədə məlumat yayılsa da sonradan prosesin tarixi qeyri-müəyyən müddətə təxirə salınıb. Qeyd edək ki, İnam Kərimovun Ali Məhkəməyə sədr kimi fəaliyyətə başladığı tarixə təsadüf edən bu işlə bağlı mediada “İnam Kərimovun ilk sınağı” başlıqlı məlumatlar dərc olundu. Həmin məlumatlarda İnam Kərimovun MTN-dəki mütəşəkkil dəstənin əsas adamlarından biri olan Akif Çovdarovun əmlakları ilə bağlı məsələnin nə dərəcə obyektiv araşdırılacağına dair suallar ifadə olunub. Görünür, qərar üçün tələsməyən yeni sədr məsələnin gündəmdən çıxarılmasını gözləyir. Biz də gözləyək!/Gununsesi.info/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?