Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məmurlar dövlətin güzəştli kreditlərini ödəməkdən BU ÜSULLA yayınırlar - TƏFƏRRÜAT
İqtisadçı Natiq Cəfərli Sahibkarlığın İnkişafı Fondunun rəhbərliyini fonddan güzəştli şərtlərlə verilən kreditləri ödəməyən məmurların adlarını açıqlamağa çağırıb.
Gundemxeber.az xəbər verir ki, Natiq Cəfərli Sahibkarlığın İnkişafı Fondunun problemli kreditlərinə diqqət çəkib:
“Məmləkətdə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu var, məqsədi, güya, ölkədə kiçik-orta sahibkarlığa dəstək olmaq, güzəştli şərtlərlə, aşağı faizlə kredit verməkdir.
Təşkilat son hesabatını açıqlayıb: Fondun 946 milyon 58 min manat cəmi kredit portfelinin 704 milyon 173 min manatını və ya 74,4%-ni iri həcmli kreditlər (1 milyon 1 manat – 10 milyon manat civarında olan), 137 milyon 517 min manatını və ya 14,5%-ni orta həcmli kreditlər (50 min 1 manat – 1 milyon manat civarında), 104 milyon 368 min manatını və ya 11,1%-ni kiçik həcmli kreditlər (50 min manatadək) təşkil edib. Görürnən odur ki, kiçik sahibkarlıq yaddan çıxıb, amma dərd bu da deyil – Fondun verdiyi kreditlərin 26,3%-i, və ya 255 milyon 664 min manatını problemli kreditlərdir.
İri həcmli kredilərin 24,8%-i, orta həcli kreditlərin 19,2%-i və kiçik həcmli kredilərin isə 44%-i problemli kreditlər təşkil edir. Yəni, problemli kreditlərdə faiz nisbətində ən çox kiçik kreditlər görsənsə də (44%), məbləğ olaraq cəmi 45,9 mln. manatdır. Problemli kreditlərin 174 mln. 380 mini 1-10 mln. manat arası olan kreditlərdir.
İndi Fond zəhmət çəkib açıqlasın ki, bu iri sahibkarlar kimdir, hansı şirkətlərdir, kimlərə bağlıdır, nədən, az qala, 175 mln. manat borclarını qaytarmayıblar, amma hələ də onlara qarşı hüquqi addımlar atılmayıb – camaatın Banklara 100-200 manat borcu qalanda həmən məhkəməyə verirlər, amma 175 mln. borc qaytarmayan biznesmenlərə gözün üstündə qaşın var deyən yoxdur. Dərindən araşdırsan hamısının arxasından məmur çıxacaq…”/aztoday.az/
29-03-2019, 11:52
13-01-2014, 04:29
10-10-2014, 13:47
17-10-2019, 11:35
6-05-2013, 23:39
Sorğu
Yeni dizaynımız necədir?