GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İran Azərbaycanlı terrorçuları BAZARLIĞA ÇIXARMIŞDI... - AMMA...

İran Azərbaycanlı terrorçuları BAZARLIĞA ÇIXARMIŞDI... - AMMA...

Tarix: 4-05-2023, 10:18 Bölmə :Cəmiyyət Baxış: 176

İran Azərbaycanlı terrorçuları BAZARLIĞA ÇIXARMIŞDI...

“Hüseyniyyun” terror qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov həbsdən azad edilib.

GUNDEMXEBER,.AZ Bizim.Media-y istinadla xəbər verir ki, bununla bağlı “İran” qəzetinin müxbiri, tanınmış jurnalist Məhəmməd Mütləq Tvitter səhifəsində yazıb. Mütləq həmçinin SEPAH-ın məsələyə müdaxiləsindən sonra onların həbsdən buraxıldığını qeyd edib.
Tohid İbrahimbəyli və Orxan Məmmədov 22 apreldə İranın Qum şəhərində həbs edilib. Xatırladaq ki, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən bir müddət əvvəl yayılan rəsmi məlumatda qeyd olunurdu ki, aparılan araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib.

Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən rəsmi olaraq beynəlxalq axtarışa veriliblər.

Beynəlxalq axtarışa verildikdən sonra terror qruplaşmasının rəhbərlərinin saxlanılması azacıq da olsa inam yaratmışdı ki, İran Azərbaycana qarşı məkrli oyunlarından əl çəkəcək. Terrorçuları ölkəmizə təhvil verəcək. Ancaq hadisələrin inkişafı göstərdi ki, molla-fars rejimi xain əməllərindən əl çəkmək niyyətində deyil. Ona görə də Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycana təhvil vermək əvəzinə sərbəst buraxıldı. Bununla da molla-fars rejimi təkcə ikiüzlülüyünü göstərmədi, həm də beynəlxlaq hüquqdan uzaq bir dünya yaşadığını ortaya qoydu.

DİA.AZ-ın məlumatınaa görə, məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan bildirdi ki, Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi də müəmmalı idi:

“Bu barədə rəsmi məlumat yoxdur. Ancaq sosial şəbəkələrdə yazılıb. Bu günsə yazırlar ki, terror qrupunun rəhbərləri sərbəst buraxılıb. Bu informasiyaların hansının doğru olduğunu deyə bilmərəm. Bildiyimsə odur ki, molla-fars rejimi öz agentlərini asanlıqla Azərbaycana təhvil verməz. Çünki, onların hazırlanmasına külli miqdarda vəsait xərclənib. Onların Azərbaycanda müəyyən fəaliyyətləri də olub. Gəncədə və Bakıda baş verən terror hadisəsi bunun sübutudur. İran xüsusi xidmət orqanları Tohid İbrahimli və Orxan Məmmədovu fiziki cəhətdən məhv edər, amma Azərbaycana təhvil verməz”.
Tural İrfan onu da qeyd etdi ki, terror qrupunun rəhbərlərinin həbsindən sonra belə bir informasiya dövriyyəyə buraxıldı ki, guya onlar İranın xüsusi xidmət orqanlarının adından sui-istifadə ediblər:
“Hesab edirəm ki, bunlar hamısı İran hakimiyyəti tərəfindən idarə olunur. Ola bilsin ki, Ali dini liderin özünün fətvası ilə bunlar həyata keçirilir. Buna şübhəm yoxdur. İran rejimi hər zaman günah keçisi axtarır. Nə olursa onun günahını xaricdə axtarır. Gah İsraili, gah Amerikanı günahlandırır.
Bu məsələdə də molla-fars rejiminin mövqeyi bəllidir. Terror qrupunun rəhbərləri Azərbaycana təhvil verilməyəcək. Ola bilsin ki, onlar bir müddət gözdən-könüldən uzaq saxlanılsın. Digər variant isə odur ki, onlar rejim tərəfindən aradan götürülsün”. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Nardaran hadisələri də məhz onların apardığı işin nəticəsi idi" - HƏQİQƏTƏN DƏ...

    "Nardaran hadisələri də məhz onların ...

    11-02-2023, 14:01

  • 
  • Azərbaycan İran kəşfiyyatçısını ölkədən qovdu

    Azərbaycan İran kəşfiyyatçısını ölkədən qovdu ...

    23-11-2013, 23:02

  • 
  • Orxan Camalla vida mərasimi keçirilir - Canlı

    Orxan Camalla vida mərasimi keçirilir - Canlı ...

    7-08-2018, 15:08

  • 
  • İran 2 ölümdən sonra koronavirusa daha 3 nəfərin yoluxduğunu elan edib

    İran 2 ölümdən sonra koronavirusa daha 3 nəfərin ...

    21-02-2020, 12:42

  • 
  • İran mediasından Şuşada keçiriləcək qurultaya qarşı təxribat - Molla rejiminin KÜRKÜNƏ BİRƏ DÜŞÜB...

    İran mediasından Şuşada keçiriləcək qurultaya ...

    20-04-2022, 14:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu