1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə tərkibinə etirazı sədrə verilmir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ll, İnzibati Prosessual Məcəlləsinin lll fəsli hakimlərə, məhkəmə tərkibinə etirazların verilməsi qaydasını tənzimləyir. Hər iki Məcəllənin 19-cu maddəsinə uyğun olaraq, hakimin şəxsən, birbaşa və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, onun işə baxılmasında iştirakına yol verilmir.
Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun açıq şəkildə cavabdehlərin vəkili rolunda çıxış etməsindən, 1-ci dərəcəli Qarabağ əlilinə isə vəkil ayırmaqdan imtinasından hakimə etiraz edilsə də, qanunvericiliyin tələblərinə uyğun olaraq etiraz baxılması üçün sədrə verilməyib. Etirazın əsası kimi işə birtərəfli baxılması, qərəz, tərəflərin hüquq bərabərliyi prinsipinin pozulması və s. hallar göstərilib. Təsəvvür edin, cavabdeh dövlət orqanının -DİN-in nümayəndəsi kimi 3 ilin vəkili Orxan Qılman oğlu Babayev etibarnaməsi olmadan çıxış edib, 1-ci dərəcəli Qarabağ əlilinin isə dövlət hesabına vəkillə təmin olunmaq barədə ərizəsi təmin olunmayıb. Hakim 20.06.2022-ci ildə mümkünlük iclası keçirib, iddianı mümkün sayaraq, cavabdehlər üzrə icraatı ayırıb, amma 6 aydan sonra hazırlıq iclasında cavabdehləri “birləşdirib” , iddianın mümkün sayılmaması haqqında qərardad çıxarıb ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında 15.02.2019 tarixli qərardadı hələ də qüvvədədir. Halbuki Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli, 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndinə görə, iddianın mümkün sayılmaması haqqında qərardad, yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Hakim Orxan Həsənovun açıq-aşkar qıraqdan sifarişlə qərəzli, ədalətsiz, birtərəfli mövqe sərgiləməsi ona qarşı haqlı etiraza səbəb olsa da, etiraza baxılmayıb
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Şərafət Məmmədova , Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət heyəti hər iki cavabdehə qarşı işə ayrı -ayrılıqda məhkəmə kollegiyası kimi təyin edilib. Bu heyətin tərəf tutması, ədalətsizliyi, qeyri -obyektivliyi şikayətin məhkəməyə daxil olması ilə bir vaxtda üzə çıxıb. Təsəvvür edin, eyni məktubla göndərilən 2 apellyasiya şikayətinin eyni məhkəmə heyətinə çatması guya eyni vaxtda baş verməyib. DİN -ə qarşı şikayətin “gecikdiyini” , DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı şikayətin vaxtında “çatdığını” bildirən yuxarı instansiya bilmir ki, prosessual müddətlər şikayətin məhkəməyə daxil olduğu vaxtdan yox, rabitə orqanına təqdim edildiyi vaxtdan hesablanır ? Bilmirlərsə , necə yuxarı instansiyada hakimlik edirlər ? Bilirlərsə, niyə tərəf tuturlar, şikayətin mümkünlüyünü şübhə altına alırlar? Bu azmış kimi, Bakı Apellyasiya Məhkəməsinin sözügedən heyəti DİN-ə qarşı iş üzrə etibarnaməsi olmayan vəkil Orxan Babayevin DİN-in nümayəndəsi kimi iştirakını təmin edib. Məhkəmə heyəti bilmir ki, vəkil dövlət orqanının, özəlliklə istintaq, ittiham orqanı olan DİN-in nümayəndəsi ola bilməz?
DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasından imtina edən heyət 10 günlük şikayətvermə müddətini gözləmədən işi apellyasiya baxışından çıxarıb və məhkəmə tərkibinə etirazı da sədrə verməyib.
DİN -ə qarşı işə baxılması 17 may 2023-cü ilə təyin edilib. İddiaçı 1-ci dərəcəli Qarabağ əlilinin məhkəmə tərkibinə etirazı yenə də sədrə verilmir. Qanunvericiliyin tələblərinə görə, məhkəmə tərkibinə etiraza sədr baxmalıdır. Məhkəmə heyəti etirazı sədrə vermədiyindən media araçılığı ilə Bakı Apellyasiya Məhkəməsinin sədrini bilgiləndirmək zorundayıq.
Sorğu
Yeni dizaynımız necədir?