GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Kaxovka faciəsi – beynəlxalq ictimaiyyətin ayrı-seçkiliyinin törəməsi - ŞƏRH

Kaxovka faciəsi – beynəlxalq ictimaiyyətin ayrı-seçkiliyinin törəməsi - ŞƏRH

Tarix: 7-06-2023, 23:08 Bölmə :Cəmiyyət Baxış: 225


Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatları nəticəsində yeni faciə yaşanıb: İyunun 6-da Kaxovka su elektrik stansiyasının bəndlərindən biri partladılıb.

Ukrayna faciəni törətməkdə Rusiyanı, qarşı tərəf isə rəsmi Kiyevi ittiham edir. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel isə birmənalı şəkildə partlayışa görə məsuliyyəti Rusiyanın daşıdığını bildirib. ABŞ və başqa ölkələrin uyğun qurumaları partlayışla bağlı araşdırmanı davam etdirirlər.

Beynəlxalq ictimaiyyət SES-in partladılmasını ekoloji faciə də adlandırıb.

Məlumatlara əsasən, partlayış nəticəsində 7 insan itkin düşüb, minlərlə vəhşi heyvan tələf olub. Neçə-neçə yaşayış binası və sosial obyektlərin dağıldığı da istisna olunmur.

BMT baş katibinin humanitar yardım və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits deyib ki, bu, Rusiya Ukraynada müharibəyə başlayandan sonra dağıdılan ən əhəmiyyətli mülki obyektdir. O əlavə edib ki, baş verənlər kənd təsərrüfatına və ərzaq istehsalına təsir edəcək:

“Bəndin dağılması onsuz da müharibədən əziyyət çəkənlər üçün həyatı dözülməz dərəcədə çətinləşdirəcək”Mütəxəssislər partlayış nəticəsində əmələ gələn selin minaları başqa ərazilərə aparacağından da ehtiyat edirlər.

BMT-nin baş katibi Antoniu Quterreş narahatlığını belə bildirib:

“Bu fəlakətə səbəb Rusiyanın Ukraynaya təcavüzüdür”.

Heç şübhəsiz, faciənin miqyası böyükdür. Oxşar durumla Azərbaycan da üzləşib. Azərbaycan torpaqları işğal altında olan zaman Ermənistan Azərbaycanın Mingəçevir su elektrik stansiyasını, Sərsəng su anbarını partladacağı ilə hədələyir, şantaj edirdi. Ermənistanın ovaxtkı müdafiə naziri David Tonoyan, yaxud seperatçıların qanunsuz silahlı dəstələrinin başçısı olmuş Levon Mnatsakanyan Azərbaycanı “Mingəçevirin vurulması” ilə də hədələmişdilər.

Qanunsuz silahlı dəstənin başçısı bildirirdi ki, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib.

Ermənilər dəfələrlə Azərbaycanı Mingəçevir, Tərtər, Şəmkir SES-lə hədələyiblər.

Yeri gəlmişkən, Mingəçevir su və istilik elektrik stansiyaları Azərbaycanın ümumi elektrik enerji tələbatının 60 faizini ödəyir.

Ümumiyyətlə, torpaqlar işğal altında olduğu dövrdə Ermənistan Mingəçeviri vurmaqla Azərbaycanın böyük şəhərlərini, ətraf bölgələri su altında qoymaqla hədələyib.

Ermənistan buna 44 günlük müharibə zamanı cəhd etdi. Onlar 2020-ci il oktyabrın 4-də rəsmi Mingəçevir şəhərinə 3 raket atıb. Həmin raketlərdən biri SES-in 1-6 saylı enerji bloklarının qarşısına düşmüşdü.

Ermənistan və ermənilər Tərtər çayı üzərində tikilən Sərsəng su anbarını partlatmaqla da Azərbaycanı təhdid ediblər. Bu süni su hövzəsi Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarında 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Onların bu su hövzəsinin vəhşicəsinə qurutması Azərbaycan fermerlərinə külli məbləğdə maddi ziyan vurub.

44 günlük müharibə zamanı Ermənistan müharibə bölgəsindən uzaqda yerləşən, Gəncə, Tərtər, Goranboy, Bərdə, Ağcabədidə mülki obyektlərə raketlə hücum nəticəsində Bərdədə 27 dinc sakin ölmüş, 80-i yaralanmış, Gəncədə 27 nəfər ölmüş, 125-i yaralanmışdı, Tərtərdə isə 17 nəfər ölmüş, 63 nəfər xəsarət almışdıErmənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında meşələri yandırıb, mədəni tarixi abidələri dağıdıb. Onlar Topxana meşəsini dağıdaraq Azərbaycana qarşı çıxışları ekoloji terrorla başlayıblar. Ermənilər Qarabağ və ətraf rayonlarda meşələri yandırmaq, ağacları kəsməklə sonralar da bu cinayəti davam etdiriblər. Ermənistan 30 il boyunca Oxçuçaya zəhərli metal tullantıları axıdıb. Ağır metallar buranın flora və faunasına mənfi təsir göstərib. Çaydakı nadir balıqlar məhv edilib.

Həmin bölgədə Ermənistanın və ermənilərin törədikləri ekoloji cinayətlərin izləri hələ də qalıb. Torpaqlar işğaldan azad ediləndən sonra bu istiqamətdə çoxsaylı faktlar aşkarlanıb.

Beynəlxalq ictimaiyyətin yenə ögey-doğma münasibəti müşahidə olunur. Torpaqlar işğal altında olanda rəsmi Bakı beynəlxalq ictimaiyyəti bu reallığı görməyə, Ermənistanı dayandırmağa çağırırdı. Ancaq onda beynəlxalq ictimaiyyət işğalçı Ermənistanın törətdiyi cinayətlərə, ekoloji terrora göz yumurdu. Onların gözünü 44 günlük müharibə açdı. Ancaq gec idi. Keçmiş SSRİ məkanında daha bir işğal hadisəsi baş verdi. Rusiya Ukraynanın ərazi bütövlüyünü pozdu. Azərbaycan Mingəçevir SES, Sərsəng su anbarı, Oxçuçay və s. məsələlərlə bağlı həyəcan siqnalı çalıb, Ermənistanın və ermənilərin cinayət əməllərini beynəlxalq ictimaiyyət çatdırdı. Ancaq onlar bu reallığa da əhəmiyyət vermədi. Bu laqeydlik isə Kaxovka SES-in partladılması ilə nəticələndi.

Ona görə də demək olar ki, Kaxovka faciəsi beynəlxalq ictimaiyyətin baş verən hadisələrə ayrı-seçkiliyinin törəməsidir.


Sədrəddin İsmayılov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits Ukraynaya dörd günlük səfər edib

    BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits ...

    12-12-2022, 18:32

  • 
  • BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits Ukraynaya dörd günlük səfər edib

    BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits ...

    12-12-2022, 21:48

  • 
  • Avropa Rusiyanı yenə hədələdi

    Avropa Rusiyanı yenə hədələdi ...

    11-05-2014, 12:42

  • 
  • Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib

    Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan ...

    30-09-2020, 20:44

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu