Azərbaycan Bütövlük Platforması Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 85 illik yubuleyinə həsr olunmuş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə açan ABP sədri Bəhram İsmayıl Ə. Elçibəy haqqında qısa giriş nitqindən
sonra sözü tədbirin məruzəçisi dosent-dr. Mərmərə Universitetinin müəllimi MHB başqanı Arif Acaloğluna verdi.
A. Acaloğlu Ə. Elçibəyin həyat və fəaliyyəti haqda geniş.məruzə ilə çıxış etdi:
"Ə. Elçibəy ölmüş fikirləri, düşüncələri bərpa edən, reabilitasiyasını həyata keçirən və onlara həyat verən nəhəng tarixi şəxsiyyət, ideoloq, siyasi liderdir".
Məruzəçi çıxışında yeni və çox maraqlı faktlar açıqladı, xüsusən 1974-75 -ci illərdəki etiraz aksiyarı haqda məlumat verərək, Elçibəyin o dövrdəki liderlik rolina, ali məktəblərdəki fəaliytətinə işıq saldı.
A, Acaloğlu, Azərbaycanın müstəqilliyi ilə nəticələnmiş Milli Azadlıq Hərəkatının ruşeymlərinin ötən əsrin 70-ci illərində Ə. Elçibəy tərəfindən qoyulduğunu konkret faktlarla açıqladı.
Və sonda tədbir iştirakçılarının suallarını cavablandırdı.
Daha sonra söz alan fəlsəfə Elmlər doktoru Nazir Əhmədli Ə. Elçibəyin 260 illik şəcərəsi haqda maraqlı məlumatlar verdi.
Digər çıxışçılar, görkəmli tədqiqatçı - alim Əli Şamil, Azadlıq hərəkatının öncüllərindən Səyavuş Mustafa, AXP sədri Pənah Hüseyn, iqtisadçı alım Qənimət Səfərov,ADRH sədr müavini Rüfət Muradlı, DDR sədri Əli Mustafa və başqaları Ə. Elçibəyin həyat və fəalliyyəti hada öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Məkətəbli Məhluqə Mustafaqızının çıxışı zalda xüsusi rəğbətlə qarşılandı.
Yubiley tədbiri xatirə fotolarının çəkilməsi ilə başa çatdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?