Tez-tez əcnəbi müğənnilər Azərbaycana gələrək toy şənliklərində iştirak edirlər.
Xüsusən də Türkiyənin tanınmış müğənniləri Azərbaycanda toy şənliklərində daha çox iştirak edirlər.
Ən azı 100 min manata gələn sənətçilər aldıqları pulun qarşılığında vergi ödəməlidirlərmi?
Iqtisadçı-ekspert Xalid Kərimli deyir ki, sənətçini Azərbaycana dəvət edən şəxs onun vergisini ödəməlidir. Əgər sifarişçi bundan imtina edirsə, burada qazanan tərəf, yəni müğənninin özü vergi ödənişini etməlidir. Bu hal Vergilər Məcəlləsinin 125-ci maddəsində də göstərilir. Qeyd olunur ki, gəlirin 10 faizi vergiyə cəlb edilməlidir.
Ekspert deyir ki, gələn müğənnilər əgər vergi ödəmirsə və vergi bəyannaməsini etmirsə, məbləğ böyük olduğu üçün həmin şəxs barəsində qanuna uyğun olaraq axtarış verilə, hətta cinayət işi də başlana bilər.
Dövlət Vergi Xidmətindən bildiriblər ki, əcnəbi müğənniləri Azərəbaycana dəvət edən təşkilatçılar adətən özləri vergi ödənişi edirlər. Qaldı ki ən son türkiyəli müğənni Ebru Gündeşin bu günlərdə Şəmkirdə toy məclisində oxuduqdan sonra vergi ödəyib-ödəməməsinə, Xidmətdən bildirilib ki, bu barədə bazar ertəsi ətraflı məlumat verəcəklər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?