GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Biz qafqazlı olaraq avropalaşmalıyıq - EKSKLÜZİV MÜSAHİBƏ

Biz qafqazlı olaraq avropalaşmalıyıq - EKSKLÜZİV MÜSAHİBƏ

Tarix: 11-07-2023, 11:46 Bölmə :Cəmiyyət Baxış: 634


"Seçmələr" rubrikasının bugünkü qonağı Azərbaycan Respublikasının və Kalmıkiya Respublikasının Əməkdar artisti Şövqi Hüseynovdu. Onu da xüsusi qeyd edim ki, Şövqü müəllim 113 illik tarixi olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrda ilk monotamaşa oynayan aktyor kimi də tarixə düşüb. Sənətkarla həm yaradıcılığından, həm teatr və kinomuzun hazırkı durumundan, həm də gələcək planlar barədə geniş söhbətimiz alındı. 


- Şövqi müəllim, yarım əsr yaşayan biri kimi geriyə baxsaz nə deyərdiniz? 


- Çox xoşbəxt ki, aktyorluq peşəsini seçmişəm. 2-ci sinifdən teatr dərnəklərində çıxış edirəm. 1991-ci ildə isə Cənnət Səlimovanın rəhbərliyi ilə "Kamera Teatrı" yaratdıq və o gündən sırf peşəkar aktyorluğum başladı. "Kamera Teatrı"mız 2009-cu ilə qədər fəaliyyət göstərdi. Sonra "Gənc Tamaşaçılar Teatrı"na birləşdik. Biz  yeganə peşə sahibləriyik ki, ən azı 2 ömür yaşayırıq. Öz ömrümüz və oynadığımız rollardakı ömür. Geriyə baxanda Şekspir, Dostoyevski, Çexov, Cavid, Mirzə Cəlil və başqalarının ömürlərini də yaşadığım üçün xoşbəxtəm. 50 illik ömrümün 40 ilini səhnədə keçirmişəm və bunu həyatımda ən böyük nemət hesab edirəm.


- Aktyorluğa gəlməyinizdə ən çox kimə borclusuz? 


- Akytor olmağımın əsas səbəbi anamdı. Anam bu yolda mənə ən böyük təkanı verib. Atam aktyor olmağımı istəmirdi. Lakin anam fərqli düşünürdü. Onun tez-tez mənə  "dram dərnəyi tap" deməsi hələ də qulağımdadı.  

- Dostoyevski deyir: "Bizlərdən hər biri kiməsə və nəyəsə sadiqdi". Şövqi Hüseynov sənətindən başqa daha nəyə və kimlərə sadiq, vurğundu? 


- Ailəmə, valideynlərimə, dostlarıma. Bilirsiz, səhnəyə ləyaqətli insan çıxmalıdı. Biz xarakterimizdə, yaşantılarımızda nəyisə gizlətsək, ört-basdır etsək, bu, gec-tez mütləq üzə çıxacaq. Tamaşaçı bizim nə gizlətmək istədiklərimizi görür. Bu paradoksdu. Sədinin bir sözü var - "Bir əli cibində müşki-ənbər varsa, onu göstərməyə ehtiyac yoxdu, onun ətrindən bilinəcək ki, səndə nəsə var". Bizim də səhnə mövcudluğumuz, hərəkətlərimiz həmin müşki-ənbərdi. Ona görə xarakterimiz düzgün, sadiqliyimiz də yerində olmalıdı ki, dəyərli tamaşaçılarımız qarşısında xidmətdə buluna bilək. 


- Şövqi müəllim, adətən aktyorların mütləq əksəriyyətinin karyerası uğurlu alınsa da, şəxsi həyatlarında faciələr yaşayırlar. Sizdə isə hər 2 cəbhədə xoşbəxtlik var. Bunu özünüzə, yoxsa həyat yoldaşınızın fədakarlığına borclusuz?


- Təbii ki, həyat yoldaşıma borcluyam. Biz aktyorların xarakterinə, nazına dözmək, tab gətirmək hər qadının işi deyil. Xanımım  aktrisa Şəbnəm Hüseynovadı. Bizdən sonra gələn aktyor nəslinin nümayəndəsi olsa da, həm şəxsi həyatımızda, həm də karyeramızda bir-birimizi tamamlaya bilmişik. Evimə qayıdanda artıq aktyorluğum qapının arxasında qalır. Çünki, sutkanın böyük hissəsini teatrlarda keçirirəm. Yerdə qalan az vaxtımı isə ailəmə sərf etməyə çalışıram. Evimdəki yaxşı mühiti, sakitçiliyi yaradan xanımımdı.  Məsələn, Dostoyevskinin həyat yoldaşı onun tək xanımı yox, həm də dostu və korrektoru idi. Məmməd Arazı böyük edən onun xanımı idi. Çünki şairin bütün əlyazmalarını, başqa şəxslərin oxuya bilmədiyi şeirlərini yoldaşı oxuyar və kağıza köçürərdi. Ümumiyyətlə yaradıcı insanların ortaya nəsə çıxarmasında evindəki yaradılan hüzurdan çox şey asılıdı. Sağolsun həyat yoldaşım əksər həmcinsləri kimi məndən çox şey tələb etməyib, ay niyə qızılım yoxdu, niyə evdə bu yoxdu, o yoxdu kimi narazılıqlar olmayıb. Ona görə ailə xöşbəxtliyi və hüzurda xanımıma çox borcluyam. 


- Bu vaxta kimi 50-dən çox səhnə əsərlərində, 30-dan çox filmlərdə rol almısız. Bunlar içində sizin üçün xüsusi obraz hansıdı? 


- İnanın səmimiyyətimə, mənim üçün sevdiyim, sevmədiyim rol yoxdu. Bütün canlandırdığım obrazlarımı dəyərli, əziz bilirəm. Yəni, Məşədi İbad, Şeyx Sənan, III Riçard, Molla Fazil, Aydın, Yaqo və digər hansı rolları oynayıramsa hamısını eyni cür can qoyub, sevirəm. Məsələn, bu yaxınlarda rejissör Nicat Kazımovun quruluş verdiyi səhnədə erməni obrazını bədahətən canlandırdım. Bu o demək deyil ki, mən ermənini sevirəm. Xeyr! Amma düşmənimin obrazını elə canlandırmalıyam ki, həm təbii alınsın, həm də peşəkarlığımı göstərim. Bununla düşmənimizin də zəif olmadığını göstərmək lazımdı. Müqəddəs Üzeyir Hacıbəyovumuz dediyi kimi mənim əsərlərim balalarımdı. Eyniylə mənim canlandırdığım obrazlarda mənim züriyyətlərimdi.


- Mərhum aktyorumuz Məlik Dadaşov "Fəryad" filmində Armen Xaçaturyan obrazını canlandırarkən deyib: "Söyülüb, nifrət qazanmışamsa, demək ki, işimin öhdəsindən yaxşı gəlmişəm". Siz də bir növ sənətkarımızın dediklərini təsdiq edirsiz?


- Birmənalı olaraq, bəli.


- Həm teatr, həm də kinoda rollar alırsız. 2 cəbhədə çətin olmur?


- Çətin olmur, amma arada yorğunluq olur. Buna rəğmən nə xoş ki, daim məşğul oluruq. Aktyor bekar olsa, dəli olar. Ona görə də sənətkarın həmişə işi, məşqi, dərsi, tamaşası olmalıdı. Məsələn, məzuniyyətlərdə özümü çox narahat hiss edirəm. Nə yaxşı ki, daim başımızı öz işimizlə məşğul edirik. 


- Belə bir ifadə var: "Aktyor çəkdiyi əziyyətlərdən, tökdüyü tərdən zövq almalıdı". Bu sizə də aiddimi?


- Təbii ki. Amma özümüzdən çox tamaşaçılar işimizdən zövq almalıdı. Seyirçilər xidmətlərimizdən məmnundusa, bu bizim xöşbəxtlik və əziyyətimizdən zövq almaqdı. Ona görə də daim tamaşaçıların xidmətində olmalıyıq. 


- Seçim qarşısında qalsanız kinonu yoxsa teatrı üstün tutardız?


- Teatrı


- Sərkərdələr düşmənlərini darmadağın etməklə məğlubedilməzlik arzulayır, hökmdarlar yer kürəsinə sahib olmaq iddiasıyla alışır, rəssamlar uzun illər bir portret üzərində çalışmaqla onda bütün ömrünü əks etdirməklə ölməzliyə çatmaq istəyir, yazıçılar əsərləriylə əbədiyyətə qoşuşmaq eşqiylə yanır. Bəs Şövqi Hüseynovun ən böyük amalı nədi?


- Ən böyük amalım yeni-yeni rolları ifa etməklə daha böyük uğurlar qazanmaq istəyirəm. 


- Bir çox mükafatlara layiq görülmüsüz, o cümlədən Azərbaycan və Kalmıkyanın Əməkdar artistisiz. Sizcə, aktyora ən böyük dəyəri dövlət yoxsa tamaşaçı verir? 


- Yaradıcı insanlar üçün dövlətin verdiyi dəyər çox vacib və önəmlidi. Çünki biz sənətlarlar tez inciyən peşə sahibləriyik, ona görə dövlətdən qayğı-diqqət görməyəndə çox pis oluruq. Mütləq biz o qayğını hiss etməliyik. Amma o qayğıya da ümid edib yaşamamalı, təslim olmamalı, öz işimizi  görməliyik. Keçmiş SSRİ-in elə bir dövləti, şəhəri yoxdu ki, ora ayaq basıb tamaşa oynamayım. Hətta ABŞ-da belə olub tamaşa oynamışam. Bütün bunlara da dəstəyi dövlətimiz, Mədəniyyət Nazirliyimiz verib. Bütün sadaladıqlarımla yanaşı, tamaşaçı sevgisi də vacibdi. Odu ki, həm dövlətin qayğı-qiymətini görməli, həm də seyrcilərin rəğbətini qazanmalıyıq. 


- Hazırkı televiziyamızda nümayiş olunan verlişlərdən razısızmı?


- İnanın səmimiyyətimə, vallahi-billahi televiziyaya baxmağa heç cür vaxtım olmur. Heç özümün çəkildiyim filmlərə baxmağa imkan tapmıram. 


- Böyük sənətkarımız Rasim Balayev efirlərimizdən çox narazıdı və bunu tez-tez vurğulayır...


- Rasim Balayev dəyərli sənətkarımız və kino sahəsindəki milli sərvətimizdi. Allah onun canını sağ eləsin. Əminəm ki, Rasim müəllim hansısa xoş olmayan, lazımsız şouları tənqid edib. Nə yaxşı ki, edib və edir. Bəzən efirlərimizdə xalqımıza, milli dəyərlərimizə, sənətimizə zərər gətirəcək nüanslara kimsə dayanın deməlidi. 


- Milli və dünya kinolarından favoritləriniz hansıdı?


- Çoxdu. Uzun illər dublyajda da çalışdığımdan saysız filmlərə baxmışam. Amma yerli kinolarımızdan "Fəryad" filmini qeyd edərdim. Böyük sənətlarımız Ceyhun Mirzəyev filmdə həqiqətləri o qədər təbii və təsirli canlandırıb ki, ürəyim ağrıdığından başdan sona qədər baxa bilməmişəm. Hədsiz təsirlidi, insanın ürəyini sızladır. "Axırıncı aşırım", "Arxadan vurulan zərbə" və digər filmlərimiz də dünya kinosunun incilərindən hesab edirəm. Əcnəbi filmlərdən isə "Xaç atası" ən sevdiyimdi. Georgi Daneliyanın filmlərinə üstünlük verirəm. Əsas əhvalım pis olanda rejissörun "Ne qoryuy" ("He горюй") kinosuna tez-tez baxıram. Robert De Niro, Alpa Çino, Cek Nikolson kimi nəhəng aktyorların yer aldığı filmləri də seyr edirəm. Leonardo Dikapriyonu gəncliyində canlandırdığı rollara görə xoşlamırdım. Amma yaşa dolduqca onun necə unikal aktyor olduğunu anladım. 


- Böyük aktyorların adını çəkdiniz. Onlar içərisində Robert De Niro akyorluğundan başqa aşpazlıqlıq hobbisiylədə tanınır. Şövqi Hüseynovun da hobbisi varmı?


- Əlbəttə, başqa məşğuliyyətim var. Uşaqlıqdan taxta işini sevirəm. Taxtadan müxtəlif əşyalar, stol, stul düzəldirəm, döşəmə, tavan vura bilirəm. Bu məşğuliyyətimdən də zövq alır və dincəlirəm. Ona görə düşünürəm ki, hər bir kəsin o cümlədən aktyorların da hobbisi, məşğuliyyəti olmalıdı. 


- 90-cı illərdə və 2000-ci illərin əvvəllərində sənətkarlarımızın sosial, iqtisadi vəziyyəti çox pis idi. Həmin vaxtlarda aktyorluğun daşını atıb ustalıqla məşğul olmaq ağlınızdan keçibmi?


- Qətiyyən! Bizlər o sıxıntılar içərisində xöşbəxt idik. Ən çətin vaxtlarımızda belə Hüseyn Cavidin, Mirzə Cəlilin qəhramanlarını canlandırırdıq. Hətta bir dəfə həmin vaxtlarda jurnalist məndən müsahibə almışdı. Belə bir sual ünvanlamışdı ki, ac olaraq tamaşalar oynayırsız, bunu necə bacarırsız? Mən də belə cavab vermişdim: "Qarnımdan gələn səsləri aclıq yox, səhnədə çəkdiyim əziyyətimə alqış səsi kimi qəbul edirəm". Jurnalist də götürüb  "Kamera teatrının aktyorlarının qarnından alqış səsi gəlir" başlığıyla müsahibəni vermişdi. Mən də buna etirazımı bildirmişdim ki, bu nə başlıqdı?! Təbii ki, aktyorluq peşəsi asan deyil, buralara gəlib çıxana qədər də çox əzab, əziyyət, məhrumiyyətlərdən keçmişik.

Sözüm o ki, çətinlik, məhrumiyyətlər aktyorluq peşəsini atmağa əsas vermir. 

Gəncliyimdə mənə çatmırdı ki, insan sürücü, mühəndis, aşpaz və s. olmaq istəyir, lakin aktyor, rejissorluq peşələrindən qaçır?! Düşünürdüm ki, hamı aktyor olmalıdı. Bu gün isə daha müdrikcə düşünməyə çalışır və deyirəm: "hamı aktyor ola bilməz və olmamalıdı". Fikirimcə, ən böyük vətənpərvərlik hər bir kəsin öz peşəsində vicdanla calışmasıdı.  


- Zatən hər bir insan dünyaya göz açandan ölən günə kimi aktyorluq etmirmi?


- Şekspirin "Dünya teatrdı, insanlar isə aktyordu" aforizmini deyirsinizsə, razıyam. Amma məsələ odu ki, insanlar bunun fərqində deyil. Adamlar bunu anlasalar ümumiyyətlə yaşaya bilməzlər


- Sizcə, Azərbaycan ədəbiyyatının pik siması kimdi?


- Mirzə Cəlil ilə Cavid əfəndinin üstün sayıram. Onları müqəddəs bilirəm. Ona görə də müqəddəs Cavid, müqəddəs Mirzə Cəlil deyirəm. 


-  Mirzə Fətəli Axundov, Sabir, Əbdürrəhim Haqverdiyev, Mirzə Cəlil, Nəriman Nərimanov, Hüseyn Cavid, Cəfər Cabbarlı sadalanan simalarımızdan hansı daha çox teatrımızı zənginləşdirib? 


- Axundov dramaturgiyamızın banisidi. Ondan sonra geniş maarifçilik hərəkatımız başlayır. Sadaladığınız hər biri böyük ədiblərimizdəndi və teartımıza zənginlik qatıblar. Onların hər birinin xidmətləri olub və bir nöqtəni hədəf alıblar. 


- Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Fyodr Dostoyevskinin "Utancaq qız" əsəri əsasında səhnələşdirilən eyni adlı monotamaşanı tez-tez canlandırırsız. Hətta Russiyada belə pərəstişkarlarınız var. Bir qədər bu mövzuda danışardıq...


- "Utancaq qız" böyük həcmli fantastik povesti. Bu əsərin monotamaşasını tələbəliyimdən səhnələşdirmək istəyirdim. Sağolsun Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyi bu arzumu reallaşdırmağına kömək etdi. "Utancaq qız"ı həm rus, həm də öz dilimizdə canlandırıram. Tək Dostoyevskini, Qoqolu yox, digər rus klassiklərinin də qəhramanlarını səhnədə oynayıram. Ümumiyyətlə monotamaşaları oynamağı çox sevirəm. "Utancaq qız" monotamaşasını tək ölkəmizdə yox, İranda, Belarusiyanın 2 şəhərində, Rusiyada qastrol səfərim zamanı oynamışam. Hətta, bu yaxınlarda Rusiyanın Lobnya şəhərində 27-ci Beynəlxalq Rus Klassika Festifalında iştirak edərək "Tamaşaçı rəğbəti" diplomuna da layiq görülmüşəm. "Onlayf" rəqəmsal teatr festifalından da iştirak edərək "Utancaq qız"ı oynadım. Burda öz məkanından tamaşanı oynayırsan və "zoom" proqramı vasitəsiylə virtual olaraq dünyaya yayımlanır. Hətta Rusiya mətbuatı onlayfda yayımlanan tamaşam barədə yazdı. Sentyabrın 8-16-sı aralığında Belarusiyanın Brest şəhərində "Utancaq qız"la iştirak edəcəyik. Ümumiyyətlə gələcəkdə yeni monotamaşa hazırlamağı düşünürəm. Rus və Alman dramaturgiyasına üstünlük verəcəm. Amma ömür yetsə, daha çox monotamaşalar canlandırmaq istəyirəm. İstedadlı qələm sahiblərimiz var. Onlardan ricam odu ki, milli klassiklərimizdən, əsas da Axundovun, Cavidin, Mirzə Cəlilin qəhramanlarından monotamaşalar qələmə alsınlar. Mən də böyük həvəslə onları canlandırım. Bir misal çəkim, Türkiyənin məşhur teatr aktyoru var Cihan Ünal. O, Şekspirin bütün qəhramanlarını 3 saatlıq monotamaşada canlandırdı. Mən həm ölkə və xaricdə klassiklərimizin qəhramanlarını böyük məmnuniyyətlə monotamaşa şəklində canlandırmağı arzulayıram. Yaxşı olardı ki, Azərbaycanda dramaturgiya festivalları keçirilsin. Bununla həm ədəbiyyatımızı, həm teatrımızı, həm də kinomuzu inkişaf etdirə bilərik. Məsələn, İlqar Fəhminin qələmini kifayət qədər güclü hesab edirəm. Ədəbiyyatımızı və dramaturgiyamızı yetəri qədər yaxşı bilir. Nə vaxtsa, onun qələmiylə dramaturgiyamızı dünyada tanıtdıra bilərik. 


- "Yaddaş" filmində döyüşçü-zabit Azər obrazını canlandıraraq son damla qanına qədər erməniyə qarşı savaşmısız. Bəs daxilimizdəki cəhalət, sosial ədalətsizlik, istismarçılıq qısası hər cür parazit insanlara qarşı həm vətəndaş, həm də sənətkar kimi necə mübarizə aparırsız?


- Təbii ki, onlarla da mübarizə öndə gəlməlidi. Mirzə Cəlil, Cavid vasitəsiylə də  naqis ünsürlərə qarşı mübarizə 1 əsrə yaxındı davam edir, edəcək də. Mən də o ədiblərin səhnədə əsgəri olaraq cəhalət, özbaşınalıq, harınlıq, ləyaqətsizliklə mübarizə aparıram. 


- ABŞ-ı bizə hərtərəfli super demokrat, ideal, humanist dövlət kimi təbliğ edilir. Reallıq da isə heç də elə deyil. ABŞ-ın klassik nəhəng ədibləri Mark Tven, Cek London, Teodor Drayzer, Ernest Hemenquey və digərləri daim "Amerika xəyalı"nın əslində istismarçı, yalan, sosial ədalətsizlik, irqçilik və digər naqisliklə zəngin olduğunu əsərlərində hər zaman vurğulayıblar. Amma onların maarifçilikləri effekt vermədi. Bu gün isə Oliver Stoun kimi dahi rejissör ABŞ-ın bütün iyrəncliklərini lentə aldığı sənədli filmləriylə dünyaya göstərir. Amma yenə də okeanın o tayındakı özbaşınalıqları və dünyadakı ABŞ imperializmi aradan qaldırılmayıb. Sizə elə gəlmirmi ki, Mirzə Cəlilin mübarizə vasitəsi köhnəlib, alternativ yollar axtarmalıyıq? 


- Klassika köhnəlmir. Ona görə Mirzə Cəlilə, Cavidə və digər ədiblərimizə, onların mübarizəsinə köhnə deyəndə xətrimə dəyir. Onların apardığı mübarizə və vasitələri kökdü, başlanğıcdı. Desəm ki, ədiblərimizin dərdlərinim hamısı aradan qaldırılıb, yalan olar. Amma heç bir inkişafa da nail olmamışıq desək absurd olar. Ən azında qamışlıqda yaşamırıq, son 50-70 ildə nə qədər məşhur simalar, ziyallılar yetişdirdik. Sadəcə bu gün müasir texnologiya vasitəsiylə cəhalətə, nadanlığa, xurafata qarşı mübarizə aparmalıyıq. 


- Amma son illərdə biz özümüzdən qopmaqla daha çox diqqət çəkirik. Keçmişi dağıtmaq, şəxsiyyətlərimizi alçaltmaqla hara gedirik? 


- Azad cəmiyyətdə azad insanlar olmalıdı və onlar sərbəst öz fikirlərini dilə gətirməlidi. Təbii, şəxsi fikir bildirmək keçmişimizi aşağılamaq, tapdalamaq, inkar etmək yönümlü olmamalıdı. Biz Avropaya inteqrasiya etmək istəyirik. Mən də bunun tərəfdarıyam. Amma necə inteqrasiya edirik məsələ budu. Keçmiş SSRİ, Asiya-Avropa ölkələrini gəzmiş, hətta ABŞ-a qədər gedib çıxmış bir adamam. Yəni, çox oxuyan yox, çox gəzən bilir məsəlinə uyğun olaraq onu deyim ki, biz şərqli, qafqazlı olaraq avropalıya maraqlıyıq. Mən özümü Avropada avropalı kimi göstərsəm bu onlara qətiyyən maraqlı deyil. Məsələn, mənim İtaliyadan qonağım gəlirsə, onu Bakıdakı İtaliya restoranlarına aparıb spagetti yedirmək, Toto Kutunyonun mahnılarını dinlətməklə özümü göstərməli deyiləm. Əksinə, ona milli mətbəximizin təamlarını daddırmalıyam, Şövkət Ələkbərovanın, Səid Rüstəmovun, Alim Qasımovun və digər sənətkarlarımızın ifalarını dinlətməliyəm. O zaman mən qonağım üçün daha maraqlı oluram. Bu gün istənilən özündən razı olub da millətini, mədəniyyətini, musiqisinui harda gəldi tərifləyib bizləri aşağı görənləri Nizaminin, Füzulinin beytləriylə, Üzeyir bəyin "Koroğlu uverturası"yla, "Arşın mal alan" filmindəki qızların xoru ilə, Soltan Hacıbəylinin "Karvan suitası"yla, susdura bilərəm. Şərqdən ilk opera, balet yazan qadınlarımızı nümunə göstərə bilərəm. Ən əsası dünyanın gözləmədiyi halda biz 44 gündə qəhrəmanlıq, rəşadət, igidlik, Vətən sevgisi tarixini yazdıq. Bütün bunlar bizim ən böyük milli sərvətimizdi. Milli sərvətimizi də dağıtmalı yox, qorumalıyıq. Ona görə mən keçmişimlə, bu günümlə və azərbaycanlı sənətkarı olmağımla fəxr edirəm. 

Odu ki, keçmişini, kimliyini danmaqla nəin ki, avropalaşmaq, heç inkişaf etmək, hətta insan da olmaq olmaz. Bizim möhtəşəm keçmişimiz, ədəbiyyatımız, musiqimiz, mədəniyyətimiz var. Biz qafqazlı olaraq avropalaşmalıyıq. 


- Rusiyada tez-tez qastrollarda olduğunuzu dediz. Ordakı sənətkarların sizə paxıllığı tutmur?


- Əstafurullah. Hər yerdə olduğu kimi Rusiyada da böyük sənətkarlar var. Hər kəs öz işini mükəmməl görəndən sonra niyədə kiminsə kimə paxıllığı tutsun?


- Sovet dönəmində gözəl filmlərimiz çəkilib. Onlar içərisində dünya inciləri hesab olunanlar da var. Hazırda kinomotoqrafiyamız niyə deqradasiyadan qurtula bilmir?


- Deməzdim tamamilə deqradasiyaya uğramışıq. İşlər gedir, kinolar çəkilir, festivallara da gedirik. Bu yaxınlarda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyiylə teart və kino forumları da keçirildi. O sahədəki problemlərdən danışıldı. 


- Buna rəğmən hələ dünya çıxa bilmirik...


- Bilirsiz, heç nə birdən-birə olmur. Bu gün bəh-bəhlə deyə baxdığımız türk filmləri hazırkı duruma gəlmək üçün çox enişli-yoxuşlu yollardan keçiblər. Fikirim aşağılamaq, yekəxanalıq kimi qiymətləndirilməsin. Amma bizdə "Arşın mal alan", "O olmasın, bu olsun", "Gün keçdi", "7 oğul istərəm", "Arxadan vurulan zərbə" və digər şedevr filmlər çəkiləndə onlar nə çəkirdilər?! Olduqca bayağı, ucuz və remeykli filmlər. Əgər yaxın keçmişdə dünyaya gözəl filmlər bəxş etmişiksə, deməli filmlər çəkmək ənənəmiz var və bu sahədə sıçrayış etmək üçün çalışmalıyıq. İnanıram və buna əminəm ki, yaxın gələcəkdə filmlərimiz və aktyorlarımızın qalib sədaları "Kan" və digər beynəlxalq kino festivallarından gələcək. 


- Nə vaxtsa öz teatrınızı yaratmağı düşünürsüzmü?


- Çox böyük arzumdu. Çünki ən böyük nisgilim tələbəlik illərində yaratdığımız "Kamera Teatrı"nı itirməyimiz oldu. 1991-2009-cu ilə qədər həyatımız o teatrda keçdi. Nə yaxşı ki, aktyorlara Gənc Tamaşaçılar Teatrı qucaq açdı və çöldə qoymadılar. Gələcəkdə imkan olan kimi istedadlı tələbələrlə birgə  "Kamera teatrı"nı bərpa etmək və ya yeni teatr yaratmağı düşünürəm. Təbii ki, tələbələrə ən azından simvolik maaş verilməsi şərtiylə. 


- Sonda tamaşaçılarınıza, teatrsevərlərə və ümumilikdə xalqımıza nə deyərdiz?


- Aktyor olaraq tamaşaçılarımı, xalqımı çox sevirəm, daim də onların xidmətindəyəm. Xalqımdan və seyrcilərimdən ricam budu ki,  milli-mənəvi dəyərlərimizi daha çox sevsinlər, fəxr etsinlər, tamaşalarımıza gəlsinlər, kinolarımızın təqdimatlarına təşrif buyursan, birgə olaq və inkişafa doğru irəliləyək. Əgər tamaşaçı və aktyorlar arasında qarşılıqlı sevgi olsa, millət olaraq da mənəviyyatımızı, mədəniyyətimizi, tariximizi sevib dəyər versək, biz uğura gedən yolda irəliləyəcək, zirvələri fəth edəcəyik. 


ABDULLA İSMAYILOĞLU

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Analoqsuz teatr ad gününü qeyd edir

    Analoqsuz teatr ad gününü qeyd edir ...

    3-09-2018, 12:05

  • 
  • “Amaliya xanım özündən incisin”

    “Amaliya xanım özündən incisin” ...

    24-10-2013, 13:53

  • 
  • Hacıbaba Bağırov - 90 illik yubileyi qeyd edilir -FOTOLAR

    Hacıbaba Bağırov - 90 illik yubileyi qeyd edilir ...

    13-06-2022, 10:06

  • 
  • "Utansın, yerə girsin" - Xalq artisti

    "Utansın, yerə girsin" - Xalq artisti ...

    28-07-2015, 19:37

  • 
  • Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümün açılışına hazırlaşır.

    Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümün ...

    9-09-2016, 17:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu