GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Özəl bağçalarda fantastik qiymətlər: "Sanki uşaqlara Eynşteyn dərs keçir" - Araşdırma

Özəl bağçalarda fantastik qiymətlər: "Sanki uşaqlara Eynşteyn dərs keçir" - Araşdırma

Tarix: 13-07-2023, 00:21 Bölmə :Cəmiyyət Baxış: 336

Uşaq bağçaları azyaşlıların əqli, fiziki, yaradıcı potensialının və şəxsi ünsiyyət bacarıqlarının inkişafında mühüm rol oynayır.


Bu səbəbdən valideynlər yeni tədris ilində azyaşlı övladlarını bağçaya qoyarkən qarşısında iki əsas seçim olur: dövlət bağçaları və özəl bağçalar.
Azərbaycanda dövlət bağçaları pulsuzdur. Lakin çox vaxt bu müəssisələrdə yer çatışmazlığı olur. Özəl bağçalara üz tutan valideynlər isə ağlasığmaz qiymətlərlə qarşılaşırlar.



Araşdırma zamanı aydın olub ki, özəl bağçalarda gündə 4 və ya 5 dəfə qidalanmaq, dil qrupları, əyləncəli və öyrədici oyunlar, idman, rəsm, şahmat və musiqi dərsləri keçirilir. Həmin bağçalarda təhlükəsizliyə nəzarət yüksək səviyyədədir. Özəl bağçalarda valideynlərə övladının günlük fəaliyyətini canlı izləmək imkanı yaradılır. Araşdırmamız göstərdi ki, özəl bağçalarda ən aşağı qiymət 350 manatdan başlayır.




Məsələn, “Zümrüd” özəl uşaq bağçasında Azərbaycan, rus və ingilis dilində tədris təklif olunur. Azərbaycan dili bölməsinin aylıq ödənişi 550 manatdır. Rus dili qrupunun 600, ingilis dili qrupunun isə aylıq ödənişi 700 manatdır.

“Yaşıl ada” uşaq bağçasında tələbat olmadığı üçün Azərbaycan dili qrupu səhər saat 08:00-dan günorta saat 1-ə kimi fəaliyyət göstərir. (?) Rus dili bölməsi 750, ingilis dili bölməsinin aylıq ödənişi isə 800 manatdır.

“Neo Kids” özəl uşaq bağçasında da həftədə 5 gün olmaqla Azərbaycan və rus dili qrupları fəaliyyət göstərir və hər iki qrup üçün aylıq ödəniş 700 manat təşkil edir. İndilis dili bölməsi isə 750 manatdır. Baxçada uşaqlar üçün hovuz da fəaliyyət göstərir.

“Şəkər” uşaq baxçasında hər üç bölmə üzrə aylıq ödəniş 760 manat təşkil edir.

“Göyərçin” bağçasında isə rus bölməsi 550, ingilis bölməsi isə 600 manatdır.

“Erudit-M” uşaq bağçasında səhər 08:30-dan axşam 18:00-a qədər uşaqların təlim tərbiyəsiü üçün aylıq ödənişin məbləği 500 manat təyin olunub.

“Tumurcuq” uşaq bağçasında isə bütöv gün 450 manat, yarım gün isə 320 manatdır.

“Play Arena” özəl bağçasında bütöv gün 400, yarım gün isə 250 AZN təşkil edir.

“İnci balalar” uşaq bağçasında Azərbaycan və rus bölmələri üçün ödəniş 350 manat, ingilis dilli bölməsi üçünsə 450 manatdır.

“Albalı” uşaq bağçasında gündə 5 dəfə yemək verilir. Bağçada Azərbaycan, rus və ingilis dili tədris olunur. Bildirildi ki, hazırda yay rejimi olduğuna görə uşaqlara əyləncəli proqramlar keçilir. Səhər saat 08:00-dan axşam saat 18:00-a qədər 350 manat, müvafiq olaraq günün birinci hissəsi saat 1-ə kimi 200 manat, saat 3-ə qədər isə 250 manat ödniş 1təyin olunub. Sentyabrdan məktəbəqədər dərslərə isə əlavə heç bir ödəniş tələb olunmur.

Göründüyü kimi, özəl bağçalarda qiymətlər əksər valideynlər üçün əlçatan deyil. Bəs, qiymətlərin bu qədər baha olması nə ilə bağlıdır?





Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ümumi statistikaya görə ölkədə 1825 dövlət bağçası, 133 özəl bağça fəaliyyət göstərir.

Onun sözlərinə görə, özəl bağçalar qiymətlərin yüksək olmasını təhlükəsizlik, sağlamlıq, qida, əlavə servis xidmətləri ilə izah edirlər:

"Qiymətlərə baxanda bəzən elə təəssürat yaranır ki, sanki o bağçalarda uşaqlara Eynşteyn dərs keçir. Özəl bağçalar müstəqildir və qiyməti təyin etmək hüquq sahibkarın əlindədir. Amma istənilən halda özəl bağça sahibləri insaflı davranmalı və qiyməti münasib etməlidirlər".


E.Əfəndi qeyd edib ki, özəl bağçalar əlavə bir çox xidmətlər təklif edirlər:


"Məsələn, bağça yatılı olur, ya da uşaqlar xüsusi nəqliyyatla aparıb-gətirilirlər. Həmçinin, sahibkar müəssisəyə xaricdən mütəxəssislər cəlb edə bilər. Bu zaman aylıq təhsil haqqıı 1000 manat da olsa, buna qarışa bilmərik. Bağça sahibi deyə bilər ki, mütəxəssis dəvət etmişəm və o, bu qiymətə çalışır”.


Elm və Təhsil Nazirliyi mətbuat katibi Cəsarət Valehov isə bildirib ki, özəl bağçalarda qiyməti bazar tənzimləyir:

“Özəl bağçalar sahibkarlıq məqsədlidir. Buna görə də bu müəssisələrdə qiyməti sahibkar özü müəyyən edir. Elm və Təhsil Nazirliyi bununla bağlı heç bir səlahiyyətə malik deyil. Dövlət bağçaları isə pulsuzdur. Düzdür, özəl bağçalarda olduğu kimi əlavə xidmətlər olmasa da, dövlət bağçalarımızda körpələrimizə dövlət xidmət göstərir. Uşaqların tədrisi, təlim-tərbiyəsi qida və təhlükəsizliyinə nəzarət edilir”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Uşağımı bağçaya yazdırmaq üçün 300 manat vermişəm" - Təhsil eksperti

    "Uşağımı bağçaya yazdırmaq üçün 300 manat ...

    13-09-2019, 16:40

  • 
  • Bağçalarda rüşvət problemi: - bir uşaq üçün 300 manat tələb edilir?

    Bağçalarda rüşvət problemi: - bir uşaq üçün 300 ...

    1-08-2019, 13:35

  • 
  • Uşaq bağçaları batır, amma heç kim cəzalanmır

    Uşaq bağçaları batır, amma heç kim cəzalanmır ...

    23-12-2013, 20:27

  • 
  • İki qurum “arasında qalan” uşaq bağçaları - ASAN xidmətə verilir?

    İki qurum “arasında qalan” uşaq bağçaları - ASAN ...

    22-11-2018, 11:15

  • 
  • Bağçada dərisi soyulan uşaq

    Bağçada dərisi soyulan uşaq ...

    16-05-2014, 11:10


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu