Azərbaycanın yeni mədəniyyət naziri Adil Kərimli də sosial şəbəkələrin gündəminə gəlib.
GUNDEMXEBER.AZ bildirir ki, gununsesi.info-nun xəbərinə görə, yeni nazir bir qrup media quruluşunun rəhbəri ilə səhər yeməyində görüşüb. Jurnalist Eynulla Fətullayevin görüşdən paylaşdığı fotoda masa diqqəti çəkib. Belə ki, nazirin qarşısında saysız-hesabsız təamlardan ibarət səhər yeməyi sosial şəbəkələrdə nazirə qarşı tənqidlərə səbəb olub. Buna cavab olaraq isə Eynulla Fətullayev “Nə var ki masada? Üç blinçik, meyvə və 2 sosiska” deyə replikalara reaksiya verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?