Gundemxeber.az » Ölkə » Cəmiyyət » Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı yekun rəyi açıqlandı:Qanun, hazırkı mətni ilə tətbiq edilməməlidir
Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı yekun rəyi açıqlandı:Qanun, hazırkı mətni ilə tətbiq edilməməlidir
Avropa Şurası Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası (Venesiya Komissiyası) “Media haqqında” Azərbaycan Respublikası qanunu ilə bağlı yekun rəyini açıqlayıb.
Sənəd Media Hüququ Qrupu tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Qeyd olunur ki, sözügedən rəy Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin 2 fevral 2022-ci il tarixli məktubuna əsasən hazırlanıb. Rəyin müəllifləri Neila Çabane, Herdis Thorgeirsdottir, Ben Vermeulen və Krisztina Rozgonyidir. Sənəd Venesiya Komissiyasının 17-18 iyun 2022-ci il tarixdə keçirilmiş 131-ci Plenar İclasında qəbul edilib və onun mətni iyunun 20-də ictimaiyyətə açıqlanıb.
Komissiyanın gəldiyi yekun nəticələr Venesiya Komissiyası, Media haqqında Qanunu Azərbaycanın səlahiyyətli qurumları ilə müzakirə apara bilmədən və səlahiyyətlilər tərəfindən müvafiq bilgi və izahatlar (rəy layihəsinə təqdim edilmiş yazılı şərhlər istisna olmaqla) təqdim edilmədən incələyib, Azərbaycanda müstəqil jurnalistika və media üçün mühitin zatən, son dərəcə məhdudlaşdırıcı olması kontekstində Qanunun daha da “çəkindirici effekt” doğuracağı qənaətinə gəldi. Qanunun bir çox müddəaları ifadə və media azadlığına dair Avropa standartları ilə uyuşmur və medianın “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə yerinə ytirməsinə imkan vermir. Bu səbəbdən Qanun, hazırkı mətni ilə tətbiq edilməməlidir. Qanunun bütövlükdə ləğv edilməyəcəyi durumunda, Venesiya Komissiyası Azərbaycanın səlahiyyətli qurumlarına təcili olaraq, aşağıdakı addımların atılması çağırışını edir: Mediada çoxsəsliliyi təşviq etmək məqsədilə, xarici mülkiyyət və xaricdən maliyyələşmə ilə bağlı sərt məhdudiyyətlər daxil olmaq üzrə media subyektlərinin təsisçiliyi ilə bağlı qanunun 26-cı maddəsindəki nəzərdə tutulan sərt məhdudiyyətlər ləğv edilsin; Media reyestri ya ləğv edilməli, ya da ya da jurnalistlərin və media subyektlərinin reyestrə daxil edilməsi üçün həddən artıq məhdudlaşdırıcı şərtlər, xüsusilə, detallı şəxsi məlumatların verilməsinə dair şərtlər, təhsillə, əmək müqaviləsi, jurnalistin cinayət törətmiş olub-olmaması, iş təcrübəsi, media subyektlərinin fəaliyyətinin davamlılığı ilə bağlı tələblər Qanundan çıxarılmalı, toplumun bilgiləndirilməsi üçün geniş spektrdə çalışan subyektlərin öz fəaliyyətlərini həyata keçirə bilmələri təmin edilməlidir;
“Media haqqında” qanunla bağlı yekun rəy
Jurnalistlər üçün akreditasiya sistemi ləğv edilsin; Məzmunla bağlı məhdudiyyətlərin AİHM-in Konvensiyanın 10-cu maddəsi ilə bağlı presedent hüququna uyğun olmasını təmin etmək üçün Qanunun 14-cü maddəsi dəyişdirilsin; Qanunun 15.3-cü maddəsinə – jurnalistlərin 15.2-ci maddəsi çərçivəsindəki öz qaynaqlarını açıqlamamaq hüququni aydın ifadə edən, jurnalistin öz mənbəyini yalnız məhkəmə qərarı əsasında açıqlaya biləcəyi, məhkəmənin jurnalistin qaynağını açıqlamasına yalnız qaynağın açıqlamasını istisna edən bütün ağlabatan alternativ vasitələr tükəndirildikdən sonra və qaynağın açıqlanması ilə bağlı legitim mənfəətin yetərincə həyati və ciddi xarakter daşıması, qaynağın açıqlanmaması ilə bağlı ictimai mənfəətdən daha ağır gələn “qarşısıalınmaz sosial zərurət”dən doğması durumunda qərar verə biləcəyi məzmunda dəyişikliklər edilməlidir; Platforma yayımçılarının, sifarişli yayım xidməti provayderlərinin və platforma operatorlarının lisenziya ilə fəaliyyət göstərməsi tələbi ləğv edilsin,, onların yalnız qeydiyyatdan keçmələri yetərli hesab edilsin; Çap və onlayn media məhsullarının nəşri və yayılması üçün ərizə ilə müraciət etmək şərtinin, səlahiyyətli qurumların bilgiləndirilməsi tələbindən fərqli olmadığı qanunda aydın ifadə edilsin; Audiovizual media üçün lisenziyaların qüvvəsinin dayandırılması və lisenziyaya xitam verilməsi ilə çap və onlayn media subyektlərinin fəaliyyətinin dayandırılması və fəaliyyətinə xitam verilməsi haqda müddəalara tətbiq edilən sanksiyaların proporsional olmasını, müstəqil tənzimləyici orqan tərəfindən mərhələli tətbiq edilməsini və şəffaf olmasını, lisenziya sahibinə söz haqqı verilməsini nəzərdə tutan, lisenziyanın qüvvəsinin dayandırılması və ya xitam verilməsi ilə bağlı qərara yenidən baxılması ilə bağlı ədalətli prosedurları təmin edən dəyişikliklər edilsin;
Venesiya Komissiyası, qeyd edilənlərə əlavə olaraq aşağıdakıları da müəyyən etdi:
Qanunun 1-ci maddəsindəki “jurnalist” anlayışı daha da genişləndirilməli, jurnalistlərin “ictimai nəzarətçi” roluna uyğun tərif verilməlidir; Qanunun 3-cü maddəsindəki Qanunun ölkə hüdudlarından kənara tətbiq edilməsinə xitabları nəzərdə tutan müddəalar silinməlidir; Fövqəladə vəziyyət, hərbi vəziyyət, xüsusi antiterror əməliyyatları və ya dini ekstremizmə qarşı xüsusi əməliyyat durumlarında ifadə azadlığını məhdudlaşdırmanın aydın və əlçatan hüquqi əsaslarını müəyyən etmək üçün Qanunun 7-ci, 8-ci və 9-cu maddələrinə yetərli prosessual təminatları əks etdirən düzəliş edilməlidir; Qanunun 11.4-cü maddəsində yer alan məhdudiyyətlərin qarşılıqlılığı ilə bağlı hissə silinməlidir; Jurnalistlərin və media subyektlərinin ibtidai araşdırmalar və ya cinayət təqibləri haqqında məlumat yaymaları üçün Qanunun 15.1.3 və 15.1.4-cü maddələrində nəzərdə tutulan qabaqcadan icazə almaq tələbi ləğv olunmalı və ya ən azı konkret hansı sənədlərin nəzərdə tutulduğu Qanunda aydın ifadə edilməlidir (bu yolla dərc, yayım üçün əvvəlcədən icazə alınmasını gərəkli edən haqlı və ağır gələn mənfəətin müəyyən edilməsi mümkün olar); Gizli səs və video yazılarının, fotoşəkillərin aidiyyəti şəxsin razılığı və ya məhkəmə qərarı olmadanistifadəsi ilə bağlı qəti qadağanın, üçüncü şəxslərin haqlarının qorunması şərtilə ictimai faydanın aşkar ortada olduğu durumlarda razılıq olmadan istifadəyə icazə verən müddəa ilə dəyişdirilməlidir; Audiovisual Şuranın mövcud institusional modelinin, onun müstəqil tənzimləyici orqan kimi fəaliyyət göstərməsini təmin etmək üçün Avropa standartlarına uyğunlaşdırılması gərəklidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?