GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İntihar edəcəyini deyən Qarabağ Qazisi Bahar Muradovaya müraciət etdi:sevimli kadrına "DUR" de!

İntihar edəcəyini deyən Qarabağ Qazisi Bahar Muradovaya müraciət etdi:sevimli kadrına "DUR" de!

Tarix: 25-07-2023, 13:48 Bölmə :Cəmiyyət Baxış: 432

Sayqılı oxucularımıza da məlum olduğu kimi, bir neçə gün əvvəl Qarabağ Müharibəsi Qazisi Səfərov Azər Saleh oğlunun redaksiyamıza ünvanladığı şikayət məktubu əsasında “Bahar Muradovanın kadrının adı Qazinin təhdidində hallanır -TƏFƏRRÜAT” başlıqlı yazı dərc etmişdik.(Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/sosial/153794-bahar-muradovanın-kadrının-adı-qazinin-təhdidində-hallanır.html)

Yazıda hörmətli Qazimizin Yevlax rayon Qoyunbinəsi kəndinin keçmiş bələdiyyə sədri Məmmədov Qabil Süleyman oğlu tərəfindən haqsızlığa məruz qalmasından, ona və ailəsinə məxsus torpaq sahəsinin əllərindən alınmasından bəhs olunurdu. Xüsusi ilə vurğulanan məqam isə sabiq bələdiyyə sədrinin müxtəlif dövlət strukturlarında vəzifə tutan övladlarının vəzifə səlahiyyətlərindən sui-istifadəsi idi...

 

 Əvvəlcə, icazənizlə özüm haqqında: Mən, Səfərov Azər Saleh oğlu  1975-ci il 7 yanvarda Yevlax rayonunda doğulmuşam. 1992 -ci ilin iyul ayında könullu olaraq ön cəbhəyə yollanmışam. “N” saylı  h /h -nin tərkibində Laçın dəhlizində gedən döyüşlərdə fəal iştirak etmişəm. Agdərə istiqamətində aparılan əməliyyatların iştirakçısı olmuşam. Vəng yüksəkliyində gedən ağır döyüşlərin birində yaralanmışam. Hazırda Qarabağ qazisiyəm, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Sabunçu Rayon Təşkilatının sədriyəm.

Ötən yazımızdan sonra qarşı tərəf sizin məlum problemlə bağlı iddia edir ki, torpaq sahəsi 1995-ci ildə "Avdılar" Kəndli Fermer Təsərrüfatı (KFT) mülkiyyətində və faktiki istifadəsində olmuş və 28 il ərzində siz və ailəniz bununla bağlı hər hansı iddia irəli sürməmisiniz. Bu iddia nə dərəcədə doğrudur və əgər doğrudursa hansı səbəblərdən qaynaqlanır?

Əvvəla bildirim ki, "Avdılar" KFT-nin iddia olunan heç bir torpaq sahəsi özünün olmayıb. 1998 -ci ildə ölkənin hər yerində olduğu kimi bizim kənddə də torpaq islahatları aparılıb. Mənə və 4 ailə üzvümüzə 6,6 hektar torpaq sahəsi ayrılıb.  Məlum olduğu kimi, torpaq sahəsi ilə bağlı ən vacib sənəd Dövlət Aktıdır. 1995 -ci ildə heç kimə 50 hektar torpaq sahəsi verilə  bilməzdi.

Yaxın qohum olduğumuz üçün atamla danışığı olmuşdu ki, bizimlə halallaşacaq.

Lakin, gözlənilməz hadisələr oldu, ağlımıza gələməyənlər başımıza gəldi: 2019-cu ildə bizim adımızdan saxta sənəd düzəldərək bizim torpağımıza sahiblənmək istədi.

Onlarn özünə aid pay torpaqları var idi. Lakin 50 hektar deyildi. Qeyd etdiyim kimi, bu faktdır ki, o dövrdə heç kimə 50 hektar torpaq sahəsi verilmirdi.  Burada söhbət qanuni pay torpaqlarından gedir. Bununla bağlı 04. 05. 2022-ci ildə Yevlax Rayon Prokurorluğunda və Polis İdarəsində müvafiq araşdırma aparılmış, müəyyən edilmişdir ki, Qabil Məmmədov sənədləri saxtalaşdırıb. Hətta buna görə də ona CM-nin 320.2-ci maddəsi ilə cinayət işi açılmışdı. Müddət ötdüyü üçün xitam verilmişdir. Amma məsuliyyət üzərində qalır.  

Bəs sonrakı proseslər necə cərəyan elədi? Mən Məhkəmə mərhələlərini nəzərdə tuturam…

Nəhayət, məlum qayda-qanunlara uyğun olaraq Məhkəməyə üz tutduq. Bütün Məkəmə proseslərinə açıq və qanunsuz müdaxilələr olurdu. Bu müdaxilələrin başında da Qabil Məmmədovun oğlu Rahil Süleymanzadə durur. O, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsində məsul vəzifədə işləyir. Və vəzifə səlahiyyətlərindən də açıq və kobud şəkildə sui-istifadə edir. Mən bu özbaşınalıqla bağlı sözügedən komitənin rəhbərliyinə də dəfələrlə müraciət etmişəm. Təəssüf ki, belə anlaşılır ki, Rahil Süleymanzadəyə bu “səlahiyyət” elə komitə rəhbərliyi tərəfindən verilib…



 Bunun başqa adı isə yumşaq desək məmur özbaşınalığıdır.

Bundan əlavə Rahil Süleymanzadənin bacısı Əsgərzadə Vəfa Ombudsman Aparatında, qardaşı Məmmədzadə Elşən isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində məsul vəzifələrdə işləyirlər. Onlar da öz nüfuz və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məhkəməyə və digər dövlət strukturlarına təzyiq edirlər. Onu da qeyd edim ki, bu işdə vəzifə ilə bərabər, onların maddi imkanları da əhəmiyyətli rol oynayır. Pulları çox olduğu ücün himayədarları da çoxdur. Biz haqlı olsaq da, çətin vəziyyətdə qalmışıq. 4 ildir ailəmin və mənim başıma gətirmədikləri oyunlar qalmayıb. Ən dəhşətlisi də odur ki, onların bizə təzyiq və hədələri getdikcə artır.

(Yeri gəlmişkən onu da, bildirim ki, bunların bu saxtakarlıqları təkcə bizə qarşı deyil, 41 nəfər kənd sakini bunların “qurbanlıq”larına çevrilib.)   

27. 12. 2022 -ci ildə Yevlax rayonunda  Məhkəmə zalında hakim Toğrul Əliyevin gözu qarşısında Rahil Süleymanzadə atamı və qardaşımı qışqıra-qışqıra hədələyirdi. Rahil Suleymanzadə elə Məhkəmə zalında heç kimdən qorxub-çəkinmədən bizə hədə-qorxu gəlirdi. Açıq şəkildə deyir ki, mənim arxamda o boyda Komitə dayanıb, bəs sizin arxanızda kim dayanıb?

Mən ona etiraz etsəm də, hakim məni həbslə hədələdi. İstər Ombudsman Aparatı olsun, istərsə də Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi olsun, onları ona görə yaradıblar ki, xalqa xidmət etsin. Daha insanların hüquqlarını ayaqlar altına atmasınlar. Bunların özbaşınalıqları ilə bağlı minlərlə ərizə yazmışıq Bahar Muradovaya,  Səbinə Əliyevaya...  .

Mən, Bahar Muradovaya muraciət etdim ki, əməkdaşının hansı oyunlardan çıxdığını bilsin və onun haqqında tədbir görsün. Təəssüflər olsun ki, bu vaxta qədər  heç bir tədbir görülməyib.  Hansı səbəbdənsə  bu komitə həqiqəti uzə çıxartmaq istəmir. Bu da bizə əsas verir deyək ki, bu işin arxasında həqiqətən də elə Bahar xanım durur. 

Mən buradan bir daha Bahar Muradovaya müraciət edirəm: sevimli kadrı Rahil Süleymanzadəyə "DUR" desin!  

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin və Ombudsman Aparatının əməkdaşlarının atası hektarlarla torpaq sahələrini saxta sənədlərlə  ələ keçirir, çirkli pulların sayəsində varlanır. Obudsman Aparatının rəhbəri və Komitə sədri isə buna göz yumur.

Bu qalmaqalda qardaşınızın yaşadığı evlə də bağlı söz-söhbət var. Qarşı tərəf bu evin sizə məxsus olmadığını iddia edir. Bəs həqiqət necədir?

 Qardaşımın yaşadığı ev, baba mülküdür. Məndə o evə babam tərəfindən verilmiş vərəsəlik haqqında rəsmi sənəd var. Eləcə də, anam da o evə payçıdır.

 Mən onların saxtakarlıqlarını, cinayət yolu ilə ələ kecirdikləri hektarlarla torpaq sahələrini üzə çıxartdığım üçün bizimlə düşmənçilik edirlər.

Amma, unutmasınlar nə təzyiqləri, nə təhdidləri, nə də hansısa şantajları məni yolumdan çəkindirməyəcək. Mən və ailə üzvlərimiz haqqımız olanı istəyirik. Bu qədər sadə, bu qədər bəsit.

Artıq beş ildir ki, bu Məhkəmələrdə məmur özbaşınalığından dolayı olmazın zülmünü çkirəm, dözə bilmirəm. Mən məgər bundan ötrü vətən torpağı uğunda canımı fəda etmişdim ki, halal-haqqım olan torpağımı hansısa məmurlar vəsifə səlahiyyətlərindən, pul-paralarında istifadə edib, işğal etsin?

Bu özbaşınalıqlar durmasa intihar edəcəm. Bunu da bu işdə rolu olan hər kəs bilsin.


Söhbətləşdi: Vüqar Əsgər






  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid bacısı: “Nə iş verirlər, nə də əkib-becərməyə torpaq” – VİDEO

    Şəhid bacısı: “Nə iş verirlər, nə də ...

    5-02-2020, 13:59

  • 
  • Həmkarlar İttifaqı intihar edən qazinin ittihamından danışdı

    Həmkarlar İttifaqı intihar edən qazinin ...

    25-12-2013, 16:41

  • 
  • Bahar Muradova: “...bir daha belə hadisə baş verməyəcək”

    Bahar Muradova: “...bir daha belə hadisə baş ...

    29-12-2013, 15:31

  • 
  • “Azərsu”da “sular belə durulur”-həbs təhlükəsi ilə üzləşənlər-SİYAHI

    “Azərsu”da “sular belə durulur”-həbs təhlükəsi ...

    27-05-2021, 18:28

  • 
  • Qarabağ qazisi məktub yazıb intihar etdi

    Qarabağ qazisi məktub yazıb intihar etdi ...

    9-01-2015, 23:53


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu