Məlum olduğu kimi, bu ayın 24-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri-Elman Məmmədov və onun cinayət ortağı-qurumun kommersiya departamentinin rəisi Xanvər Abbasov saxlanılıb.
Elman Məmmədov ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin operativ qaydada nağdlaşdırılmasında və mənimsənilməsində əsas fiqurlardan biri olub. "Azərsu"nun keçmiş rəhbərliyinin üst-üstə 500 milyon manata yaxın dövlət əmlakını mənimsədiyi barədə iddialar var… ***
“Azərsu”da həbslərin start götürməsi gözlənilən idi. İllərdir ki, ölkə mediası bu qurumda korrupsiya faktlarını, qanunazidd əməlləri və müxtəlif özbaşınalıq faktlarını ictimailəşdirirdi. Bu mövzuda yenixeber.org olaraq biz də 10-larla yazı dərc etmişik. Hələ bir il öncə-19.06.2020-ci ildə- “"Azərsu" ASC-də yoxlamalar olacaq- Həbslər gözlənilir:ARAŞDIRMA” sərlövhəli yazımızda bu qurumdakı korrupsiya faktlarından, qohumbazlıqdan və bütün bunların yaxın zamanlarda araşdırılıb, günahkarların cəzalandırılacağını yazmışdıq. (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/96243--azersu-asc-de-yoxlamalar-olacaq-hebsler-gozlenilir.html)
Nəhayət yazdıqlarımız bir ildən sonra məlum dövlət strukturlarının gərəkən tədbirləri ilə təsdiqlənməkdədir.
İndi isə yenixeber.org-a bu istiqamətdə yeni məlumatlar daxil olub. Bəlli səbəbdən-istintaq prosesi ilə bağlı-bu məlumatlardan geniş yazmağı uyğun bilmirik. Hələlik onu qeyd edə bilirik ki, “Azərsu”da “suların durulması” öz axarı ilə gedir və yaxınlarda yeni həbslər də gözləniləndir...
Əldə etdiyimiz məlumatlara görə “başı üzərində qara buludlar dolanan” “Azərsu” yetkililəri bunlardır:
1. Sədrin birinci müavini Teyyub Cabbarov.
2. Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru Səid Salayev.
3. Sədrin müşaviri-Hüquq departamentinin rəisi Faiq Kazımov.
4. Magistral Su Kəmərlərinin Mühafizəsi idarəsinin rəisi Rafiq Əsədov.
5. Maliyyə İdarəsinin rəisi Yaşar Kəlbiyev. Bu adam haqqında yaxınlarda mediada yazılıb: (http://www.tezadlar.az/index.php?newsid=69669)
6. “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov (Qorxmaz Hüseynovun yaxın qohumudur)
7. "Azərsu" ASC-nin Nəzarət Ölçü Cihazları idarəsinin rəisi Eyvaz Hüseynov. (Bu adam Qorxmaz Hüseynovun qardaşı oğludur. Əvvəllər də Anbar Təsərrüfatı İdarəsinin rəisi olub).
8. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (STİHİRK) sədri Akif Məmmədov.
9. İşlər İdarəsinin rəisi Möhsün Quliyev.
Bu sırada adları yer alan vəzifə mənsublarının hər biri Qorxmaz Hüseynovun kadrları kimi tanınır. Daha doğrusu məhz Qorxmaz Hüseynovun sayəsində irəli çəkilib, mənsəb sahibi olublar. Birlikdə işləyib, birlikdə dişləyiblər. İndi də birlikdə cavab vermək zorundadırlar...(Mövzunun davamı olacaq)/yenixeber.org/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?