GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DTX-nin istintaqa cəlb etdiyi QHT-lər bəyanat yaydılar

DTX-nin istintaqa cəlb etdiyi QHT-lər bəyanat yaydılar

Tarix: 18-08-2023, 11:10 Bölmə :Cəmiyyət Baxış: 389

“Göyçə-Zəngəzur Respublikası”nın və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi bəyanat yayıb.

Bəyanatda deyilir:

“Tarixən ermənilər və hazırkı Ermənistan Respublikası azərbaycanlıları etnik zəmində soyqırımı və deportasiya cinayətlərinə məruz qoyublar. Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən 1987-1991-ci illərdə deportasiya edilən azərbaycanlıların böyük əksəriyyəti Azərbaycan Respublikasında qaçqınlıq həyatı yaşayıb. Deportasiya qurbanlarının bir qismi də qardaş Türkiyə Respublikasında və digər ölkələrdə məskunlaşıblar.

Ətrafımızda olan bəzi deportasiya qurbanları ilə birgə Azərbaycanda məskunlaşmış soydaşlarımız kimi öz adət-ənənələrimizi qoruyub yaşatmaq, bir-birimizə kömək etmək, məhrum edildiyimiz təməl insan haqlarımızı bərpa etmək, erməni cinayətlərinə və Ermənistanın Azərbaycan ərazisində separatçılığı dəstəkləməklə nümayiş etdirdiyi ikiüzlülüyə qarşı mübarizə aparmaq məqsədilə təşkilatlanmaq barədə qərar qəbul edib və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyini təsis etmişdik. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən ruhlanaraq, “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi bir təşkilat qismində “Göyçə Zəngəzur Respublikası”nın yaranması təşəbbüsünü elan etmişdi. Biz bu yolla ermənilərin törətdiyi deportasiya cinayəti və soyqırımına məruz qalmış soydaşlarımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün əlavə imkanlardan istifadə etməyə çalışmışıq. Ötən müddətdə elan edilmiş “Göyçə Zəngəzur Respublikası” tərəfindən qardaş Türkiyə Respublikası ərazisində də nümayəndəlik və müxtəlif təsisatların formalaşdırılması təşəbbüsü həyata keçirilib.

Eyni zamanda Prezident İlham Əliyevin Qərbi Azərbaycan və bu bölgədən köçürülən yüzminlərlə soydaşımızın taleyi ilə bağlı müdrik düşüncələrə və planlara sahib olduğunu gördük. Prezident İlham Əliyevin hələ 2014-cü ildə hərbçilərimiz qarşısında çıxış edərkən söylədiyi “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”, - sözlərinin reallığa söykəndiyini hiss etdik.

Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan ziyalıları ilə görüşündə etdiyi çıxışından sonra Qərbi azərbaycanlılarla bağlı dövlətimizin siyasi xətti ilə daha yaxından tanış olduq. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasi xəttə uyğun olaraq, Qərbi Azərbaycan İcmasının qısa müddətdə yenidən təşkilatlandığına və bu gün çox böyük uğurla fəaliyyət göstərdiyinə şahid olduq.

Bu gün bütün Qərbi azərbaycanlılar öz pozulmuş hüquqlarının Azərbaycan Prezidentinin siyasi iradəsi, dövlətimizin gücü ilə bərpa olunacağına əmindirlər. Buna görə də onlar vahid niyyətlə bir olmalı, çaşqınlıq yaradan hər cür bölücü addımlardan kənar durmalı və Qərbi Azərbaycana - öz doğma torpaqlarımıza qayıtmaq üçün birgə mübarizə aparmalıdırlar.

Biz də öz növbəmizdə bu ali məqsədə xidmət etmək niyyəti ilə hazırda bir təşkilat olaraq “Göyçə Zəngəzur Respublikası”nın fəaliyyətini dayandırdığını rəsmən elan edir və bütün soydaşlarımızı Prezidentimizin vahid siyasi xətti ətrafında və bu siyasi xəttə öz töhfəsini vermək üçün qətiyyətlə fəaliyyət göstərən, Ermənistandan qovulmuş azərbaycanlıların maraqlarını legitim və mötəbər şəkildə müdafiə edən, Qərbi azərbaycanlıların hər birini əhatə edərək yeganə ümumi təşkilatı olan Qərbi Azərbaycan İcmasında səylərini bundan sonra da birləşdirməyə çağırırıq.

Yolumuz doğma torpağımız Qərbi Azərbaycanadır. Bu yolda hər birimizə uğurlar arzulayırıq”.

Xatırladaq ki, “Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbovun, həmçinin “respublika”nın yeni prezidenti olduğu bildirilən Tünzalə Çələbiyevanın avqustun 10-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqa cəlb edildiyi barədə məlumat yayılıb. Məsələ ilə əlaqədar DTX-də araşdırma və axtarış tədbirlərinin aparıldığı bildirilib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deportasiya Mərkəzi 1988-ci ildə ermənilərin sonuncu türk deportasiyası haqda bəyanat yayıb

    Deportasiya Mərkəzi 1988-ci ildə ermənilərin ...

    5-12-2018, 21:39

  • 
  • Deportasiya Qurbanları Cəmiyyəti Azərbaycan ordusunun addımlarını dəstəkləyir

    Deportasiya Qurbanları Cəmiyyəti Azərbaycan ...

    4-04-2016, 13:04

  • 
  • Ukraynadan deportasiya olunan erməni səhvən Bakıya gətirildi

    Ukraynadan deportasiya olunan erməni səhvən ...

    26-07-2013, 13:43

  • 
  • Azərbaycanlıların Ermənistandan son deportasiyasından 31 il keçir

    Azərbaycanlıların Ermənistandan son ...

    4-12-2019, 19:16

  • 
  • Deportasiya Təşkilatı İlham Əliyevin namizədliyini dəstəkləyib

    Deportasiya Təşkilatı İlham Əliyevin ...

    19-02-2018, 15:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (160)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu