"Deportasiya" İctimai Birliy Ermənistandan azərbaycanlıların deportasiyasının il dönümünə həsr olunmuş növbəti iclasını keçirib.
Açılış çıxışında birliyin dönəm sədri E.Namazov qeyd edib ki, həmvətənlərimizin Qərbi Azərbaycandan deportasiyasına, bizim xalqa qarşı soyqırım aktlarının törədilməsinə və Qarabağda torpağlarımızın işğalına, birliyin fəaliyyətində daimi əsas diqqət yetirilir: “Əslində, bu problemlərin hamısının kökü birdir - erməni millətçilərinin əlləri ilə həyata keçirilən Rusiyanın regiondakı imperia siyasəti. Məhz bu siyasətin naticəsində bizim ərazilərdə müharibələr və münaqişələr baş vermiş, yerli sakinlər - azərbaycanlılara qarşı soyqırım və deportasiya aktları baş vermişdir. Bu baxımdan, 1997-ci ilin dekabrında dərc olunmuş Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası haqqında H.Əliyevin Fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla ilk dəfədir ki, bir əsrdən artıq həyata keçirilən anti-Azərbaycan siyasətinə tarixi və siyasi qiymət verilmişdir. Daha sonra görüş iştirakçıları birliyin idarə heyyatinin üzvü, elmlər doktoru Əziz Ələkbərlinin həmvətənlərimizin tarixi torpaqlarından deportasiya olunmalarının tarixi və siyasi aspektlərinə həsr olunmuş məruzəsini dinləyib. Bundan sonra yığıncağın iştirakçıları üçün “Deportasiya” birliyi şurasının üzvü olan məşhur şair Vahid Əzizin "Qərbi Azərbaycanım" adlı yeni mahnısının videoklipi təqdim olunub. Yekun məruzə ilə tanınmış alim-türkoloq, professor Firudin Cəlilov çıxış etdi. O, öz çıxışında ölkəmizin çətin bir dövrdə inkişaf ediyini, regional münaqişələrin ətrafımızda cərəyan etdiyini və bu münəqişələrin, xüsusən İsrail-İran münəqişəsinin sərhədlərimizə yaxınlaşma tendensiyasını vurğuladı. Eyni zamanda, erməni millətçiləri tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı nəticəsində Qarabağda hərbi əməliyyatların bərpa edilməsi ehtimalını yüksək olduğunu nəzərə çatdırdı. Qeyd olunanlar hamısı bizdən xüsusi sayıqlıq, ümummilli birlik, cəmiyyətin və dövlətin səylərini birləşməsini tələb edir. Bununla əlaqədar, natiq bu çətin geosiyasi şəraitdə daxili sabitliyin təmin edilməsi naminə hazırkı prezident İlham Əliyevin namizədliyini qarşıdakı prezident seçkilərində dəstəkləməyə çağırdı. Müzakirələr zamanı danışan Qaçqınlar cəmiyyətin sədr müavini Cümşüd Dərələyəzli , “Deportasiya“ birliyinin idarə heyətinin üzvləri Nurəddin Osmanlı və keçmiş baş prokuroru Əli Ömərov qarşıdan gələn seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməyi vacib saydılar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?