Cəlilabadda yeni doğulmuş körpə evdə ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi körpə avqustun 28-də yaşadığı evdə ölüb.
Faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?