GundemXeber.Az bildirir ki, bu gün Milli Şuranın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublu həbsxanada baş vermiş dəhşətli hadisəni belə şərh edib: "Məhkum Qazi Sübhan Ağayev 5 saylı cəzaçəkmə müəssisəsində öldürülüb. İstintaqın məhkəməyə təqdim etdiyi ittihamda deyilir ki, cəzaçəkmə müəssisəsinin baş inspektoru, ədliyyə mayoru Hümbət Məmmədov 27-28 fevral tarixlərində Sübhan Ağayevi hər iki əlinə vurulmuş əl qandalını onun dəmir çarpayının başlığına digər əl qandalı ilə birləşdirilmiş vəziyyətdə qanunsuz saxlayıb, sonuncunun ləyaqətinin təhqir olunmasına gətirib çıxaran, onun qidalanmasını, təbii ehtiyaclarını ödəməsini, sərbəst hərəkət etməsini məhdudlaşdıraraq Sübhan Ağayevin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərini aşıb. Nəticədə məhkum S. Ağayev ölüb. Salyan rayon Məhkəməsi H. Məmmədovu təqsirli bilərək 2 min manat cərimə edib. Bu da sizə Azərbaycan hakimiyyətinin məhkəməsi. Hələ yaxşı ki, şifahi xəbərdarlıq etməklə kifayətlənməyiblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?