GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Görəvindən alınan Nizami RİH-in şöbə müdirinin “məhkəmə toxunulmazlığı” pozulacaqmı?

Görəvindən alınan Nizami RİH-in şöbə müdirinin “məhkəmə toxunulmazlığı” pozulacaqmı?

Tarix: 6-09-2023, 14:19 Bölmə :Cəmiyyət Baxış: 601


Əli Axundov cinayət məsuliyyəti daşıyır


Əli Qüdrət oğlu Axundovun on ildən çox işlədiyi, daha doğrusu, yeyib, doymadığı RİH-in şöbə müdiri kürsüsündən məhrum edilməsi ilə iş bitmir. Bu şəxs cinayət məsuliyyəti daşıyır. Nə qədər görəvdə idi, “xidmətindən” rüşvətlə yararlanıb, “məhkəmə toxunulmazlığı” qazanmışdı.

Əli Nağıyev ƏƏSMN-in başçısı olduğu illərdə Əli Axundov onun “pulyığanı” xidmətində köməkçi, sonra əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin müdiri kimi əlillərə, qazilərə rüşvətlə xidmət təşkilatçısı adını “qazanmışdı”. Sosial xidmətə ayrılan pulları yeməkdən elə “şişib-enləşmişdi(lər)” ki, bir qıçı olmayan Qarabağ qazisinə o biri qıçının kəsiləcəyi halda, reabilitasiya vasitəsi avtomobillə təmin olunacağı “xidməti” söz verilmişdi. Bu sətirlərin yazarının bununla bağlı telefon-jurnalist sorğusuna Əli Axundovun şöbəsindən “ əlillər qələt eləyir” anonim cavabı verildiyindən, sözügedən cavab sual formasında basının-medianın manşetlərini bəzəmişdi. 21 il qabaqkı o yazıdan sonra bütün sosial, tibbi, mənzil -məişət güzəştlərindən məhrum edildim. Və Əli Axundov və  naziri rüşvətlə mənzil verdiyi əlilləri media işçisi Qarabağ əlilinə qarşı qanunsuzluqlara təhrik etməyə başladı; əlillərə ayrılan pullardan bir kisə götürüb, düşüb hakim partiyanın mətbu orqanlarının canına. Bir də bildim ki, “Yeni Azərbaycan”, “Səs” qəzetlərinin bütöv səhifələrini “ədalət adına görülən işlərə ədalətsiz münasibətin yaramazlığı” barədə ƏƏSMN-in şöbə müdiri Əli Axundovun və “əməkdaşı” Mehdi Mehdiyevin (dırnaq işarəsi ondan yanadır ki, Mehdi Mehdiyev ƏƏSMN-in əməkdaşı deyil, üzvü olduğum Qarabağ Əlillər Cəmiyyətini hökumətin ləğv edərək bazasında yaratdığı ictimai birliyin sədridi(r) imzası ilə böhtan- ittiham cızma-qarası bəzəyir. Məhkəməyə müraciətimə Səbail məhkəməsi geri qaytarmaqla, yuxarı instansiyalar bu qaytarmanı qüvvədə saxlamaqla cavab verdiyindən, məhkəmə təminatı hüququmdan da oldum, şərəf və ləyaqətin müdafiəsi hüququndan da, hələ üstəlik sağlamlığın müdafiəsi və mənzil hüququndan da. Söz davasında isə aparıcı media orqanları qələbəmi təmin etdi və dövlət başçısı sonda yolunu azmış nazirliyi “təmizləyib” yenilədi. 

Nazir müavini Tahir Budaqovun qeydiyyatında olduğum Nizami RİH-ə 2009-cu ildə başçı təyin edilməsi keçmiş həmkarı Əli Axundovun RİH-ə ictimai-siyasi şöbəyə müdir gətirilməsi ilə sonuclandı. Və Əli Axundov 1-ci dərəcəli Qarabağ əlilinə qarşı “ictimai-siyasi, humanitar” xidmətini”  gizlin gerçəkləşdirməyə, barəmdə olmayan, saxta məlumatları dövlət orqanlarına, Ombudsmana ötürməyə başladı. Təsəvvür edin, Xətai məhkəməsinin 2 (!) qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlilinə verdiyi Bəhruz Nuriyev-10A ünvanındakı otaqları başçı-şöbə müdiri “JEK”- in təsdiq etdiyi (?) saxta şəhadətnamə ilə ələ keçiriblər. Yeni başçı Arif Qasımov da Əli Axundovu rüşvət xidmətindən məhrum etmədi.

Əli Axundovun əl altdan qara işlərinə hüquq qiyməti verilmədiyindən Nizami məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verdim. Hakim Ramil Həsənov (hazırda vəkil işləyir) icraata götürdüyü işi Əli Axundovun rüşvəti ilə Yasamal Məhkəməsinə göndərdi və orada yanılmıramsa, Zəfər Quliyev icraata götürülmüş işi icraata götürməkdən gizlincə imtina etdi (?) və yuxarı instansiyalar da bu qeyri-prosessuallığı qüvvədə saxladı. Yenidən Nizami məhkəməsinə verdiyim şikayətlərə isə məsləhətçi Ceyhun Bayramov “baxıb” və it-bata salıb. Məsləhətçinin cinayət işinə baxması qeyri-prosessuallığına isə 5 ildən çoxdur Məhkəmə Hüquq Şurası qiymət vermir. 

Əli Axundovun əlil evlərinni satmaqda sonuncu alveri 2019-cu ildə Çobanzadə küçəsində tikilnən evin bölgüsündə olub. Təsəvvür edin, bütün əlil evlərinin bölgüsü ƏƏSMN  xətti ilə mərkəzləşmiş qaydada gerçəkləşir, sözügedən evin bölgüsündə isə yalnız Nizami rayonunda növbəyə duranların hüququ tanınıb. Keçmiş başçı Arif Qasımov, şöbə müdiri Əli Axundovun təcrübəsindən elə rüşvət amacı ilə yararlanıb ki, bir neçə evi, villası olanlara, keçmiş, indiki deputatlara, Bakıda mənzil hüququ olmayanlara mənzilləri satıblar. Təbii ki, ƏƏSMN yanında DSMF-in sosial proqramlar sektorunun müdiri (2020-ci ildən ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri) Vüqar Behbudovun bu alverdə rolu danılmazdır. Nə yazıq, 4 ildir bu alverə də baş prokurorluq, digər hüquq orqanları hüquq qiyməti vermir.

Axırı, Əli Axundov “ictimai- siyasi alver bazarı”ndan qovuldu. Tahir Budaqov ki Dövlət Statistika Komitəsinin sədridir, yanına aparar, kürsüsüz qalmaqdan qurtarar. 

..Hara getsə də, böhtana görə xüsusi ittihamımdan qurtara bilməyəcək.


Məğrur Bədəlsoy

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaqatalada şöbə müdiri həbs edildi

    Zaqatalada şöbə müdiri həbs edildi ...

    8-07-2014, 18:01

  • 
  • Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı imiş... - İDDİA

    Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı ...

    10-04-2020, 15:23

  • 
  • İcra başçısı şöbə müdirini işdən çıxardı

    İcra başçısı şöbə müdirini işdən çıxardı ...

    4-10-2018, 15:21

  • 
  • Şirkət meneceri məhkəmə zalında həbs edilib

    Şirkət meneceri məhkəmə zalında həbs edilib ...

    15-01-2016, 12:46

  • 
  • Adil Vəliyev “SAĞ ƏLİ“Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...

    Adil Vəliyev “SAĞ ƏLİ“Nİ azadlığa çıxardı - 280 ...

    11-11-2019, 15:57


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu