İcra başçısının müavinininin külli miqdarda yeyintiyə görə həbsi xəbəri yayıldı
Sosial şəbəkələrdə Zaqatala rayon icra hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri İlkin Şərifzadənin həbs olunması xəbəri yayılıb.
Məlumatlarda deyilir ki, İlkin Şərifzadə bu günlərdə vəzifəsindən istefa vermək zorunda qalan kənd təsərrüfatı nazirliyi «Aqrolizinq» ASC-nin sabiq prezidenti Əli Bayramovla bağlı işlə əlaqədar həbs edilib.
Xəbəri olduğu kimi diqqətinizə çatdırıq: «İlkin Şərifzadə «Aqrolizinq»in Zaqatala şöbəsinə ayrılan 3 milyon manata yaxın pulu mənimsəməkdə ittiham edilir. 35 yaşlı gənc müavinin bu yeyintidə təkbaşına hərəkət etmədiyi aydındır. Aydın olanı həm də odur ki, Zaqatala RİH başçısı Mübariz Əhmədzadə onu «rasxod»a verib».
Onu da bildirək ki, yayılan informasiyanı dəqiqləşdirmək üçün Zaqatala RİH-lə əlaqə saxladıq. Zaqatala RİH-i xəbərin doğru olmadığını bildirdi.
Xatırladaq ki, buna qədər də Zaqatala RİH başçısının «Aqrolizinq» işi ilə əlaqədar sorğu-suala tutulacağı haqda informasiyalar yayılmışdı.
Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq. Əlavə bilgiləri də diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?