Sentyabrın 7-də Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki evlərin birindən 2 300 manat və 10 000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanıb.
Gundemxeber.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?