GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AXCP fəalı dörd gündür aclıq edir

AXCP fəalı dörd gündür aclıq edir

Tarix: 18-09-2023, 10:25 Bölmə :Cəmiyyət Baxış: 56

Yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində dörd gündür aclığı davam etdirir. O, siyasi sifarişli həbsinə son qoyulmasını, bəraətverici əsaslarla azadlığa buraxılmasını, ailəsinin sosial problemlərinin həlli və ailəsinin sosial müavinətinin bərpa edilməsini tələb edir.

Bu barədə onun həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə deyib.

“Onun ailəsi ilə telefon əlaqəsi saxlamasına da imkan verilmir. Çox yəqin ki, Aqili cərimə təcridxanasına (kars) salıblar. Çünki bundan öncə də aclıq edəndə cərimə təcridxanasına yerləşdirmişdilər”, o qeyd edib.

Hümbətova həyat yoldaşının tələblərinin yerinə yetirilmədiyini deyib.

“Bu gün mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında etiraz aksiyası etdim. Bundan sonra nazirliyin əməkdaşı məni qəbul etdi. Tələb etdim ki, sosial müavinətimiz bərpa edilsin. Uşaqlarımı saxlaya bilmirəm, ailəmizdə işçi qüvvəsi yoxdur. Həyat yoldaşım həbsdədir. Mən isə üç azyaşlı uşağa baxıram”, o, Amerikanın Səsinə deyib.

Bu zaman nazirliyin əməkdaşı Aygün Hümbətovanın həkim komissiyasına müraciət etməsini məsləhət görüb.

“Həkim komissiyasına inanmıram. Həm də mən sosial müavinətimizin bərpa edilməsini istəyirəm”, o qeyd edib.

AXCP fəalı Aqil Hümbətov 2021-ci il avqustun 11-də saxlanılıb. 2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa görə həbs edilib.

Aygün Hümbətova deyib ki, ailəsinin sosial müavinətini bu il mayın 1-dən kəsiblər.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə bildirdilər ki, ailəmə kəsilən 272 manat sosial yardım düz hesablanmayıb. Mənim üç uşağım var. Ona görə 450 manatdan çox yardım təyin ediləcək. Bu səbəbdən mənə ərizə yazdırıb 272 manatdan imtina etdirdilər. İndi isə nə 272 manatı ala bilirəm, nə də vəd etdikləri 450 manatı. Ailəm çox ağır durumda yaşayır. Üç azyaşlı uşağım var. Hər hansı gəlir yerimiz yoxdur. Evimiz çox rütubətlidir, uşaqlarım öskürür. Həkim deyir ki, müalicə edilməsə astma xəstəliyinə tutulacaqlar. Üç aydan çoxdur ki, yaxşı insanlar uşaqlarıma çörək alırlar. Onun-bunun yardımı ilə zülmlə sabaha ümidlə yaşayıram. Mən Prezident İlham Əliyevə müraciət edirəm. Uşaqlarımın sosial yardımını bərpa edin. Həyat yoldaşım haqsız yerə həbsdədir. O, azadlığa buraxılmaldır ki, ailəsinin, uşaqlarının çörəkpulunu qazansın”, o qeyd edib.

Hümbətova bildirib ki, həyat yoldaşı bir ay öncə də eyni tələblə aclıq aksiyası keçirib.

“O zaman özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs aclığı dayandırmasını xahiş etdi. Bildirdi ki, ailəsinin sosial problemləri həll olunacaq. Ancaq onu aldatdılar. İndiyədək ailəmizin sosial problemi ilə bağlı hər hansı bir iş görməyiblər”, Aygün Hümbətova Amerikanın Səsinə deyib.

Öz növbəsində, rəsmi qurumlar Aygün Hümbətovanın iddialarına hələ münasibət bildirməyib./amerikaninsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Həbsdə olan AXCP fəalının ailəsinə sosial yardımın verilməməsinə etiraz olaraq aclığa başladığı bildirilir

    Həbsdə olan AXCP fəalının ailəsinə sosial ...

    13-07-2023, 14:14

  • 
  • AXCP fəalı Fuad Əhmədli cərimə kamerasına salınıb

    AXCP fəalı Fuad Əhmədli cərimə kamerasına salınıb ...

    27-12-2018, 13:53

  • 
  • AXCP fəalının cərimə kamerasına salındığı deyilir

    AXCP fəalının cərimə kamerasına salındığı deyilir ...

    26-11-2019, 15:58

  • 
  • Mehman Sadıqov: Məmməd İbrahimin yatağından kəsici-deşici alət tapılıb

    Mehman Sadıqov: Məmməd İbrahimin yatağından ...

    28-09-2018, 15:40

  • 
  • AXCP fəalı həbs edildi - SOSİAL ŞƏBƏKƏDƏKİ FƏALİYYƏTİNƏ GÖRƏ

    AXCP fəalı həbs edildi - SOSİAL ŞƏBƏKƏDƏKİ ...

    7-09-2017, 15:57


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (425)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu