Gundemxeber.az » Ölkə » Cəmiyyət » İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən şəxsə hökm oxunub
İŞİD terror təşkilatının Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Şahin Salayevə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Gundemxeber.az "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, Ş.Salayev bu il Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Ş.Salayevin 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş sayıldığı məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Gundemxeber.az
18-09-2020, 10:10
22-11-2018, 22:49
22-06-2021, 13:37
2-05-2017, 22:17
7-03-2019, 13:31
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?